Bölüm İki

Bölüm İki

Sənətlə niyə maraqlandığınızı özünüzdən soruşun.

Nəyi düşünmək üçün nəyi zəruri hesab etdiniz?

Sizdə bu hiss nə qədər güclüdür? Bəs qadağalar olsaydı?

Marağınız qanunsuz hesab olunsaydı və

bu marağa görə cəzalandırılsaydınız nə edərdiniz?
Ernst Haas

Bölüm İki

Qadağan olunmuş və basdırılmış arzuların bir yol tapıb gün üzünə çıxmaq kimi qəribə bir adəti var. İbtidai sinifi bitirdikdən sonra, 5-ci sinifdə yenidən bədii ədəbiyyata marağım artmağa başladı. Artıq əvvəlki sinif rəhbərim yox idi ki, mənə qadağa qoysun. Bunun əvəzinə sinifimizə çox gözəl bir ədəbiyyat müəllimi gəlmişdi. Deyə bilmərəm, müəllimin gözəlliyinə heyran olmuşdum, yoxsa intellektinə. Amma bir şey dəqiq idi: sinifdə ən arxa partada oturan bir uşağın bütün fənlərdən çox ədəbiyyata bağlanması, olduqca maraqlı görünürdü.

Bu dəfə nağıl kitabları yox, uşaq ədəbiyyatına keçmişdim. Kitablarımı yenə sinif yoldaşlarımla paylaşırdım, amma bu dəfə əvvəlki kimi kobud yox, daha balanslı şəkildə. Artıq uşaqları dərsdən yayındırmadan, maraqlarını kitablarla qidalandırırdım. İllər sonra anlayacaqdım ki, yaşadığım Bakının "Vasmoy" adlanan ərazisində balaca, könüllü bir kitabxanaçıya çevrilmişdim. Və bunu heç bir təmənna güdmədən, sadəcə sevgi ilə edirdim. Bəlkə də elə bu səbəbdən bədii kitab oxuyan uşaqların sayı artmağa başlamışdı.

Amma sən saydığını say, gör fələk nə sayır. Hardasa 6-7-ci siniflərdən başlayaraq nitqimdə tutulmalar baş verdi və kekələməyə başladım. Vəziyyət o yerə çatırdı ki, dərsi öyrənsəm də, sinif qarşısında bildiklərimi bölüşə bilmirdim. O yaşlarda içimdə Allaha suallar verirdim - nəyə görə nitqimi əlimdən aldı, məni nəyə görə bu cür cəzalandırdı? Lakin zaman keçdikcə başa düşdüm ki, şikayətlərimizə səbəb olan çətinliklər bəzən bizi gələcəyin ruzisinə hazırlayan keçidlərdir. Və bəlkə də bu sükut, gələcəkdə danışacaqlarım üçün yığılan güc idi...

Şərhlər (17)

  1. Qonaq Sevda

    @Qonaq Sevda

    01 dekabr 25, 20:38

    Kaş bizim sinifdədəbədii kitablar oxuyan uşaqlar olardı.Oturub bir yerdəkitab haqqında müzakirə aparmaq ən gözəl arzularımdan biridir.

  2. Hacıyeva Könül

    @Hacıyeva Könül

    01 dekabr 25, 07:13

    Yazan ürəyinizə ağlınıza əlinizə sağlıq 

  3. Gülər

    @Gülər

    30 noyabr 25, 22:09

    Kitab oxumağı mən də çox sevirəm .Kaş ki mənimdə sizin kimi sinif yoldaşım olsaydı. Kitabları oxuyub birlikde müzakire ederdik.😔

  4. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 21:42

    Hər bölüm bir həyəcan bir maraq oyadır oxucuda bunu sevdimmm🫠

  5. GÜNAY

    @GÜNAY

    17 noyabr 25, 10:46

    UŞAQ YAŞLARINDA UŞAGIN GƏLƏCƏKDƏ NƏLƏR GÖZLƏYƏKLƏRİNDƏN XƏBƏRSİZ SADƏCƏ KİTABA BAGLILIGI DEYİLDE BİRNÖV İÇİNDƏKİ DUYGULARI ÖNƏ MIXARTMAQ İDİ 

  6. NazQanbarzade

    @NazQanbarzade

    16 iyul 25, 10:56

    ✨Hər bir insanın həyatında müəyyən məqsədləri və o məqsədləri həyata keçirmək üçün atdığı addımlar vardır. Lakin, həyatımızda bir nailiyyət əldə etmək üçün başladığımız yolda diqqətlə irəliləməliyik. Heç bir şey asanlıqla əldə edilə bilən xüsusiyyətə malik deyildir və bu nailiyyətlərin hamısı mental və psixoloji güc tələb edir. Bir yola başlayarkən o yolu uğurla başa çatdırmaq üçün müəyyən xüsusiyyətlər olmalıdır, hansı ki, bu xüsusiyyətlər, əslində, bizi psixoloji baxımdan tərbiyələndirən və tənzimləyən qüvvəyə malikdir. 

  7. Feride

    @Feride

    28 iyun 25, 20:37

    Qadağalar böyük iradələri sarsa bilsəydi ,Sabir şair olmazdı 🤗 

  8. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    24 iyun 25, 22:34

    Bəzən çətinə düşə biləriy ama olsun bizi daha da güclü edir o çətinliklər 

  9. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:17

    Qadağanların aradan qalxdığı o dövrdə yaşadığınız daxili sükut və nitqdə tutqunluq çox dərin məna daşıyır. Bu sükut, gələcəkdə danışacağınız sözlərin gücünün toplanması kimi görünür. Yazdıqlarınız düşünməyə vadar edir və oxucuda təsir buraxır.

    “Hər fırtına sakitliyi dərk etdikdən sonra doğar.”

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:32

    Ədəbiyyatı sevmək gözəl.İnsan kitab oxuduqca nitqi belə gözəlləşir.

  11. Selcan Abdullayeva

    @Selcan Abdullayeva

    04 iyun 25, 02:27

    Mənim də nitqimdə problemlər var. Kəkələmələr var ən çoxu. Fikirlərimi ifadə edəndə dilim dolaşır, tez tez duruxuram.

  12. Sevda🤍

    @Sevda🤍

    03 iyun 25, 00:41

    Kitab sevginizə heç nə mane ola bilməyib🤍

  13. Rzalı Sona

    @Rzalı Sona

    26 may 25, 23:48

    Hər çətinliyin altında böyüyən bir güc var imiş.. 

    Siz yazdıqca sanki illərdir susmuş bir uşağın iç səsi danışır. Hələ Kitab paylayan könüllü kimi olmağınız təsirləndim🫠

  14. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:31

    Həyatdakı çəkinliklərə heyifslənməmliyik onar bizi gücləndirir

  15. Rəna

    @Rəna

    26 may 25, 13:39

    İradəli və əzimli olmaq👍🏻🍀

  16. Röya ne

    @Röya ne

    25 may 25, 15:35

    İstedad elə bir toxuma bənzər, cücerer bir quru daş üstündədi. ❤️

  17. Aynur Yusifova

    @Aynur Yusifova

    21 may 25, 18:12

    Hər işdə bir xeyr deyək🥹

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol