Bölüm Bir

Bölüm Bir

"Əslində, hər kəsin bir zaman maşını var. Bizi keçmişə aparan

 xatirələrimizdir, gələcəyə aparan isə ümidlərimizdir."
Herbert Uels

Bölüm Bir:

Niyə görə Uraqan? - bu sualı mənə iki formada tez-tez verirlər:

1. "Adınızın mənası nədir?"
2. "Niyə məhz Uraqan təxəllüsünü seçmisiniz?"

Yaşlı babalar kimi sizləri başıma toplayıb yazarlıq tarixçəmi danışmaq istərdim. Hələ yolun başlanğıcında olsam da, məni mən edən hadisələri bilməyə ən yaxın oxucularımın haqqı çatır. Amma bu suala cavab verməzdən öncə, sizlərə bir az uşaqlığımdan danışım.

Kitabları ibtidai sinifdən oxuyan biri kimi sinif yoldaşlarını yoldan çıxartmağı sevirdim. Amma mənim "yoldan çıxarmağım" şeytanınki kimi deyildi - əksinə, onları kitablara maraqlandırırdım. Bunu o qədər coşquyla edirdim ki, sinifdə dərsə maraq azaldı, uşaqlar yalnız mənim gətirdiyim kitablarla vaxt keçirmək istəyirdilər. Oxuduğum kitabları o qədər həyəcanla danışırdım ki, ətrafımdakı uşaqlar heyranlıqla qulaq asır, tam diqqətlərini mənə yönəldirdilər.

Lakin bu hal çox çəkmədi. Müəllim valideynlərimi məktəbə çağırıb şikayət etdi: "Uşağınız digər uşaqların tərbiyəsini pozur."
Nəticədə, "özün oxuyursan, oxu, amma başqalarını yoldan çıxartma" deyə xəbərdarlıq edildi və içimdəki kitab sevgisi basdırıldı. Ən azından bir müddətlik...

Zatən, bu dünyada cəzalanan bütün bilənlər, "özün bilirsənsə, bil, amma başqasına demə" düşüncəsinə görə cəzalandırılmadımı? Sən bildiyini başqalarına danışan kimi, ya fitnəçi adını alırsan, ya da "şübhəli" birinə çevrilirsən. Mən də bu cəzanı ibtidai sinifdə dadmışdım - əlimdə kitab, qəlbimdə coşqu, amma üzümə bağlanan bir məktəb qapısı ilə birlikdə...

Uraqan
27 Yaşıma Qədər


Bütün Bölümlər Növbəti Bölüm


Şərhlər (30)

  1. Qonaq Fəridə

    @Qonaq Fəridə

    28 mart 26, 14:33

    Yaxşıki mənde bu kitabları sizin yazılarınızi oxuyuram  birinə kitab sevdirmək yoldan cixartmaqla əlaqəsi yoxdur əksinə çox kitab oxuduqca insan fikirləri və xəyal dünyası genislenir yaxşıki bu addımi atmisiniz uşaqliqda sinif yoldaşlarıniza indide bizə sevirsiniz😊✨

  2. Qonaq Sevda

    @Qonaq Sevda

    01 dekabr 25, 20:33

    Mən hər zaman belə insanlara təəssüflənirəm.O qədər istəyirəm ki mənim sinifində belə kitaba maraq göstərən uşaqlar olsun.Ama təəssüf ki olmur hər zaman əlindən gələni etmək istəyərəm ki dostlarıminda kitaba maraqı artsın

  3. Qonaq Xədicə

    @Qonaq Xədicə

    30 noyabr 25, 21:37

    Bilmirəm niye duyğulandım amma bu hekaye hər kəsin yaşadığı həyatdan bir parça kimi gəlirrr mənə))))

  4. Na An

    @Na An

    30 noyabr 25, 21:10

    Mən özümdə yazıçı və şairəm.Çox sağ olun ki,bu cür kitabları yazırsız, bizdə yararlanırıq.Yazanlara uğurlar arzulayıram🤍🥰❤️

  5. Emil

    @Emil

    16 iyul 25, 11:50

    Oxudum. Başlanğıc üçün yaxşıdır. Bundan sonrakı hissələrdə nələr olacaq, onu da oxuya-oxuya öyrənəcəyəm.

  6. NazQanbarzade

    @NazQanbarzade

    16 iyul 25, 10:53

    Bəzən məndə sinif yoldaşlarıma kitablardan danışmaq istəyirəm təəssüflər olsun ki məni dinləyən yoxdur amma sizi ən azından qısa bir müddət belə olsa dinləyiblər

  7. Feride

    @Feride

    28 iyun 25, 20:30

    Kitablar uşaqların tərbiyəsini necə poza bilər başa düşmədim 🤔😠 , məncə valideynlər yşaqları danlamaq yerinə məkdəb sonrası kitab oxumaq üçün bir klub düzəltsələr bütün prablemlər həll olunardı 😒

  8. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    24 iyun 25, 22:31

    Əslində siz səf bir şey etməmisiz sadəcə insanlara kitab sevdirmək istəmisiz ama bəzilərinə o yaramır ona görədə insanları öz yollarına çəkmək istiyirlər .

  9. SİMURQ

    @SİMURQ

    16 iyun 25, 23:15

    Mən bu bölümü oxumuşam. Uşaqlıqdan başlayan kitab sevginiz və ətrafdakıların reaksiyası diqqətimi çəkmişdi. Təxəllüsünüzün mənası fərqli məqamlarda verdiyiniz məlumatlarla daha da aydın oldu.

    “Küllərin içindən doğan ruhlar, əsl gücünü orada tapar.”

    Hörmətlə.

    1. Feride

      @Feride

      28 iyun 25, 20:33

      Bu adı necə özünüz üçün tapdız , yəni özünüz   " Bu ad mənə uyğundu necə qərara gəldiz "

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    16 iyun 25, 13:29

    Kaş yenə o dövrlər olaydı.Uşaqları yolundan çıxara bilərdik yaxşı mənada.Kitab oxuyanlar çox olardı.

  11. İlahə

    @İlahə

    04 iyun 25, 19:17

    27 yaşıma qədər

    2 günə bütün bölümlərin bitirdim. Ancaq işdən sonra yolda vaxt edib oxuya bilirəm və indi də elə oxuyub bitirdim. Düşünürəm ki, bir çoxlarımız fərqli stiuasiyalarda eyni duyğuları, düşüncələri payalaşa və ya yaşaya bilirmişik. Bunu, Sizi oxuyakən də yenidən düşündüm. Hər birimiz fərqli həyatlara sahib olsaq da, əksərən məqsəd və hədəflərimiz, istəklərimiz eyni olur...

    Və deyə bilərəm ki, siz məqsədinizə çatmısınız. Kitab oxumağı sevən biri olaraq, uzun zaman idi bu vərdişdən uzaq qalmışdım. Zamanımı düzgün bölə bilmirdim. Demək ki, istəyəndə olurmuş. Hər bölümü oxuduqca özüm üçün dərslər çıxarır, həyəcanlanır, bəzənsə utanırdım. 

    Təbiniz rəvan, qələminiz iti olsun...🌸

  12. Selcan Abdullayeva

    @Selcan Abdullayeva

    04 iyun 25, 02:24

    Uşaqlarda ədəbiyyata həvəs yaratmaq çətin işdir öz bacılarımdan bilirəm. Siz bunu bacarmışdınız balaca yaşda. Yaxşı ki müəllimlərinizin rəftarı sizi ədəbiyyatdan soyutmayıb.

  13. Qonaq Selcan Abdullayeva

    @Qonaq Selcan Abdullayeva

    04 iyun 25, 02:23

    Uşaqlarda ədəbiyyata həvəs yaratmaq çətin işdir öz bacılarımdan bilirəm. Siz bunu bacarmışdınız balaca yaşda. Yaxşı ki müəllimlərinizin rəftarı sizi ədəbiyyatdan soyutmayıb.

  14. Sevda🤍

    @Sevda🤍

    03 iyun 25, 00:38

    Yazı tərzinizə görə kitablarınızı oxumaqdan böyük zövq alıram.Uzun müddətdir oxucunuzam,zaman keçdikcə yazdıqlarınıza marağıma daha çox artır.Hər zaman yazıb,yaratmanızı diləyirəm...

    1. Uraqan

      @Uraqan

      03 iyun 25, 08:22

      Təşəkkürlər

  15. Rzalı Sona

    @Rzalı Sona

    26 may 25, 23:38

    Yazdıqlarınızı oxuyarkən bir anlıq öz uşaqlığımı xatırladım🥹cəmiyyətimizin fərqli düşünən insanları necə sıxışdırdığını anladım birdaha..Ama siz bu cəzanı ilham mənbəyinə çevirməyi bacarmısız Düşünürəmki Uraqan olmağınızda elə buradan başlayır. Sakitliyi pozan, durğunluğu oyadan biri..

  16. Məhərrəm

    @Məhərrəm

    26 may 25, 21:26

    Mən kitab oxuyan biri deyildim heç məkdəb vaxtın bəri amma sizin sayta daxil olanan sora yazarlarınlzdan biraz oxudum içimdə kitaba qarşı sevgi yaranıb uje boş vaxtımda ancaq sizin yazarlarınızı oxuyuram uğurlarınız bol olsun inşallah❤️🫶🫶

  17. Röya

    @Röya

    26 may 25, 17:43

    Möhtəşəm bölümdü🥹😇

  18. Nigar

    @Nigar

    26 may 25, 13:48

    Çox qeşeng bölümdü. Yaxşı ki sizi tanıdım. Her bir bölümün ayrı bir marağı var. Ellerinize sağlıq🤍

  19. Ləman Əhədova

    @Ləman Əhədova

    25 may 25, 23:38

    Hərzamanki kimi möhtəşəm di hər cünləsi🤌🏻👍🏻

  20. Mahmudova Nəzrin

    @Mahmudova Nəzrin

    25 may 25, 22:04

    Kitaba həvəs yaratan bir sinif yoldaşın olsun, ondan da valideynlərin də narazılıq edib şikayət göndərsin ?! Kitab oxumağı aşılamaqla tərbiyəsizlik edən görməmişəm. Valideynlərin belə demələri məni belə qəzəbləndirir. Çox böyük bir haqsızlığa uğrauanda nə hiss etdiyini təxmin etmək çətin deyil, düzü. O valideynlər, müəllim utanmalı idilər ki, övladlarına, şagirdlərinə kitablardan bəhs edən sinif yoldaşı varkən onu şikayət edirlər. Siz yenə də vaz keçmədiniz, davam etdiniz.

    İlk bölümü birdə oxumaq mənə yaxşı hiss etdirdi.

    😍🌟

  21. Fexriyye

    @Fexriyye

    25 may 25, 21:04

    Kitablari cox sevirem ve sizin sayenizde ne qeder cox kitab severler oldugu  gordum  cox insan  kitablardan uzaqlasib huzuru sakinliyi basqa  seylerde gezirler  kitabdan gozel  huzur verici ne ola bilerki

  22. Rəna

    @Rəna

    25 may 25, 14:11

    Addımınız gözəldir. Siz doğru olanı etmisiniz. Uğurlarınız davamlı olsun.✨

  23. Rəvanə

    @Rəvanə

    25 may 25, 13:33

    Sizi tanımaq xoş oldu..

    Uşaqlarda kitaba həvəs oyatmısınız. Müəllimlər əslində buna sevinməli idilər, uşaqlar axmaq-axmaq işlərə baş qoşmaq əvəzinə kitab oxuyur. Burda pis nə var ki? 

  24. Röyane

    @Röyane

    25 may 25, 13:32

    Salam." Balaca qara balıq" kimi. ❤️

  25. Ceyn

    @Ceyn

    25 may 25, 13:17

    Çox sağolunn, Uraqan bəy. Fikirləriniz əladıı. Əziyyətinizi qiymətləndirmək lazımdır)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol