Memento mori - İnvisbl

Memento mori - İnvisbl

Ölüm, insanın qəlbinin durduğu, ağciyərlərinin nəfəs vermədiyi, qara ciyərinin qan yaratmadığı, əzələ və sinir sisteminin durmasıdır.

Ölüm, qismətin olan qədərin yaşadığdan sonra ruhun bədəni təkr etməsi, Tanrıya geri qayıtmasıdır...


Başqa bir ölüm var. Hansıki hisslər ölür, arzular ölür, isdəklər ölür, xəyal qurmağ belə isdəmir insan. Bütün duyğulardan məhrum qalıb yaşayırmış kimi gösdərməli olur insan özünü. Bu, o ölümdü ki, ürək qan dövran elətdirsədə, ağciyər hava dövr elətdirsədə, gözlər görsədə, qulağ duysada, sinir və əzələlər işləsədə, hamısının mənasız olduğu andı. Həyatın və ölümün adi hiss olunduğu andı ölüm. Hər kəsdən uzağ qalınan, öz tənhalığı ilə barışılan ölümdü bu. Bu elə bir ölümdür ki, başqa heç bir ölümə bənzəmir. Nə nəfəs kəsilir nə qəlb durur. Sadəcə hisslər ölür, güvən ölür, dosdluğ ölür, səmimiyyət ölür və İnsan ölür...

Şərhlər (50)

  1. Feride

    @Feride

    03 yanvar 26, 21:48

    Ruhun cismən olması ama mənəvi olaraq ölməsi kimi yaşamaq üçün yaşıyırsan 

  2. SİRİUS

    @SİRİUS

    03 avqust 25, 01:37

    Bir insan yaşamğa gələr dünyaya. Yaşamağij dəyərini anlamamiş ruhu əldən duşər. Cismən ölər. Ve sadəcə ureyi dayananda basdirilar. Uğurlar.🍀

  3. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    17 iyun 25, 01:35

    İnsan hər cür ölə bilir. Hər vaxt hər şəkildə. Amma ən ağrılı şəkli də elə ruhun ölümdür. Mərhəmətin, sevginin, anlayışın ölməyi isə insanın ən faciəli ölümdən də daha əzablıdır. 

  4. Şəlalə Abdullayeva

    @Şəlalə Abdullayeva

    16 iyun 25, 22:56

    Çox maraqlıdır ✨🫠

  5. Ağca Muradova

    @Ağca Muradova

    16 iyun 25, 22:44

    Hislər öləndən sonra yaşamaq məncə çox çətin olar. Ruhən ölü, cismən diri yaşamaq çox çətindir. Maraqlı fikirlər, yanaşma gözəl alınıb. Yazıda bəzi orfoqrafik səhvlər var

  6. FidanAli

    @FidanAli

    12 iyun 25, 23:41

    İnsan bəzən nəfəs ala-ala boğulur,gülə-gülə ağlayar və yaşaya-yaşaya ölər... 

  7. Aygül

    @Aygül

    12 iyun 25, 22:34

    Böyük bir çaba sərf edib  mübarizə aparıb istəyinə çatanda dərin bir boşluq,  bir peşmanlıq hiss edib əslində bu çabanın daha bir önəminin qalmadığını anladığın anda boş bir şey üçün ən gözəl ömrünü sərf etdiyini anlayırsan bundan sonra bütün ümidin ölür. Azırsan bu dünyada yol tapmırsan yıxılıb qalxırsan sonda yolun Allaha doğru yol alır. Onda yenidən doğulursan və insanlardan ,dünyadan gözləntin qalmır beləliklə insanlara olan inam, etibar ölür..

  8. Arzu Ağayeva

    @Arzu Ağayeva

    12 iyun 25, 21:39

    "Uman yerdən küsərlər" deyiblər. İnsan umduğu yerdən küsməyə başlayanda bu ölüm gerçəkləşir. Və insanın özünə gəlməsi zaman alır, bəlkə də çox vaxt özünə gələ bilmir..

  9. Səma

    @Səma

    12 iyun 25, 21:15

    Hə. Bəlkə də elə ən pisi hisslərin ölməsidir. İnsan heç nəyə reaksiya verə bilmir, heç nə ona maraqlı gəlmir, düşünmək belə mənasız olur. Bax onda o insanın cansız bədəndən bir fərqi qalmır.  

    Fərqli yanaşma və insanları cəlb edəcək fərqli sözlər. Dəyərli yazıçımız Uraqan Abdullayev, sizi fərqli edən elə məhz bunlardır. Yeniliklərinizi səbrsizliklə gözləyirəm✨.

  10. Arzu

    @Arzu

    12 iyun 25, 20:36

    Ölüm, əslində, çox qəribə bir ifadədir, qeyd etdiyiniz kimi qəlbin durması,digər tərəfdən isə hisslərimizin, düşüncələrimizin, sevgimizin ölməsi kimi. İkinci ölüm daha betərdir, amma həyat da gözəldir, yaşamaq da gözəldir. Duyğularımızı həmişə diri tutmalıyıq, özümüz üçün...

  11. Susen

    @Susen

    12 iyun 25, 20:27

    Yaşayarkən ölür insanlar. Sizin yazdığınız kimi. Bizim güvəndiyimiz insanların bizim üçün mənəvi ölməsi qədər ağır birşey yoxdur. Hər dəfə ordadır amma artıq ölmüş kimi….

  12. Nəzrin Mahmudova

    @Nəzrin Mahmudova

    12 iyun 25, 20:26

    İkinci dediyiniz ölüm mənə çox tanışdır. Buna mənasız şəkildə mövcud olmaq deyirəm. Sadəcə var olursan, yaşamırsan. Bunlar arasında fərq çoxdur. Bu hissləri təəssüf ki, bir zamanlar yaşamışam.

    Oxuduqca sanki insanın çarəsizliyini düşünürəm.

    Sanki insan çox çıxılmaz vəziyyətə düşüb, doğmaları, yaxınları, dostları artıq ona inanmır, vaxt keçirmir, bəlkə də həyatını qaraltıblar kimi gəlir mənə.

    "Bu elə bir ölümdür ki, başqa heç bir ölümə bənzəmir. Nə nəfəs kəsilir nə qəlb durur. Sadəcə hisslər ölür, güvən ölür, dosdluğ ölür, səmimiyyət ölür və İnsan ölür..."

    Bu cümlələrə qəlbimi buraxdım. 🤍

    Çox gözəl bir yazı idi, Uraqan bəy.

    Davamı gəlsin, yazınızda özümü tapdım. Uğurlar olsun !🌼

  13. Qonaq Vusale

    @Qonaq Vusale

    12 iyun 25, 20:24

    Her bir soz cumlesi tesirlidir.Yasamayan bilmez bu hissleri.Amma men artiq o qeder pozitiv cumleler sozler qalarken biz cavanlarin bu hissleri kecirib yasamagimizin eleyhineyem ve ozumde beynimden heyatimdan bu cur yazilari bele cixartmisam.Pozitiv dusunub pozitib koklenek heyata.Emeyinize ureyinize sagliq ☺️

  14. İslam

    @İslam

    12 iyun 25, 20:19

    Kiçik bir hekayədə insanın hiss və duyğularını böyük bir şəkildə izah etmisiz. Möhtəşəm 

  15. Musayeva Aydan

    @Musayeva Aydan

    12 iyun 25, 20:16

    Hisslər öldükdə cismən yaşayır insan ruhən ölmüş olur,o zaman yaşamaq istəyi olmur insanda güclü insanlar yenidən ayağa qalxır davam edir, bəzən insan ayağa qalxmaqa məcburdu!

  16. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    12 iyun 25, 20:13

    Çox maraqlı idi..

    Oxuyarkən çox duyğulandım😔

    Sözüm çox olduğu halda soz tapa bilmədim..💔

  17. Həvva

    @Həvva

    12 iyun 25, 20:10

    🥲üzücü

  18. Sevda🤍

    @Sevda🤍

    12 iyun 25, 20:10

    Duyğularsız yaşamaq sadəcə nəfəs alıb verməkdir,həqiqətən var olmaq deyil.Belə halla çoxumuz qarşılaşmışıq.Amma insan istəyərsə üstəsindən gələ bilər.

  19. ramil

    @ramil

    12 iyun 25, 20:09

    Düşüncələr düzgün şəkildə vurğulanıb ...

    Ölüm deyende bəzən insanlar Ruhun bədəni tərk etməsini deyərlər )

    İnsan, həyatında həmçinin axirəti də bele ölür 

    İlk olaraq yaşadığı haldav , Aldıği travmalarla hansıki sizin vurğuladığınız kimi.

    2ci Ruhun bədəni tərk etməsi ilə bu bu ruhun Allaha doğru geri qayıtmasıdır (hansıki buda vurğulanıb)

    3cü olaraq Artıq ,insan öldukdən sonra o, insanın adını bilən son şəxs öldukdə insan həqiqətən yer üzündə olmamış kimi, hər kəs öz həyatını yaşayır )))

    Düşüncələrim bu qədər)))

          

  20. Şahbazlı

    @Şahbazlı

    12 iyun 25, 20:06

    "İnsanın özünə yadlaşmasından daha böyük bir uzağlıq yoxdur, bu ən arzuedilməz ölümdür.."

    Eddi Anter ✍🏻

    (Bacarın, özünüzə daim ən doğmanız olaraq qalın. Uğurlar)

  21. Qonaq Dərya

    @Qonaq Dərya

    12 iyun 25, 20:03

    Bəli, hisslər öləndən sonra artıq yaşamağın bir mənası olmur. Bu isə mənəvi ölümdür..🫠

  22. Əminə

    @Əminə

    12 iyun 25, 19:59

    Çox gözəl vurğulamısız. Uğurlar. 

  23. Siyah_kalp

    @Siyah_kalp

    12 iyun 25, 19:58

    Əllərinizə sağlıq çox gözəl di 🙃

  24. Ağca Muradova

    @Ağca Muradova

    12 iyun 25, 19:29

    Çox gözəl yazmısınız, oxuyanda kövrəldim. 

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:48

      Bəli ,həm kövrəltdi,həm də düşündürdü

  25. ZBAXTİYARLİ

    @ZBAXTİYARLİ

    12 iyun 25, 16:42

    Çox doğru vurğulamısınız. Bəzən insan düşünür ki, o nəfəs alırsa yaşayır. Düşünmür ki, içindəki duyğular ölübsə artıq o da ölüb. Həyatda bir dəfə yox, bəzən dəfələrlə ölür insan. Duyğuların sönməsi, içindəki uşağın susması – əsl yox olmaq budur. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol