Memento mori - İnvisbl

Memento mori - İnvisbl

Ölüm, insanın qəlbinin durduğu, ağciyərlərinin nəfəs vermədiyi, qara ciyərinin qan yaratmadığı, əzələ və sinir sisteminin durmasıdır.

Ölüm, qismətin olan qədərin yaşadığdan sonra ruhun bədəni təkr etməsi, Tanrıya geri qayıtmasıdır...


Başqa bir ölüm var. Hansıki hisslər ölür, arzular ölür, isdəklər ölür, xəyal qurmağ belə isdəmir insan. Bütün duyğulardan məhrum qalıb yaşayırmış kimi gösdərməli olur insan özünü. Bu, o ölümdü ki, ürək qan dövran elətdirsədə, ağciyər hava dövr elətdirsədə, gözlər görsədə, qulağ duysada, sinir və əzələlər işləsədə, hamısının mənasız olduğu andı. Həyatın və ölümün adi hiss olunduğu andı ölüm. Hər kəsdən uzağ qalınan, öz tənhalığı ilə barışılan ölümdü bu. Bu elə bir ölümdür ki, başqa heç bir ölümə bənzəmir. Nə nəfəs kəsilir nə qəlb durur. Sadəcə hisslər ölür, güvən ölür, dosdluğ ölür, səmimiyyət ölür və İnsan ölür...

Şərhlər (50)

  1. Röyane

    @Röyane

    12 iyun 25, 16:36

    Bəli ne acı ki, bütün bunları yaşamağına, hiss etmene sebeb de mehs insandır, yaxud insanlardır, hem de en çox inandığın, en güvendiklerin. Bu halda iki yolun olur, ya güclü iraden neticesinde yaşadıqlarından ders çıxarıb yeniden başlayırsan, ya da mehv olursan. Aldığın travmalar senin günahın deyil, ama sağalmaq üçün bütün mesuliyet senin üzerindedir. 😔

  2. Mələk

    @Mələk

    12 iyun 25, 16:36

    Haqlısınız bəzən insanın ümidi də ölür hansı ki onda hər şey insana boş və mənasız gəlir😔

  3. Fərasət

    @Fərasət

    12 iyun 25, 16:28

    Çox düzgün fikirdir. Və onu deyə bilərəm ki, hər bir insan həyatında ən az bir dəfə bu mənəvi ölümün nə olduğunu dadıb. O hisləri daha doğrusu o hissizliyi yaşıyıb. Səhv eləmirəmsə Mark Twein belə bir fikir demişdi. İnsan həyatı iki hissədən ibarət olur, ikincisi sadəcə bir tək həyatımızın olduğunu anladığımız anda başlayır. Çox geniş bir mövzudu, bu haqda çox müzakirələr aparmaq olar. Çünki ən mürəkkəb varlıq olan insan psixologiyası haqqında bir mövzudur. 

  4. Asuela

    @Asuela

    12 iyun 25, 15:23

    men hisslerimi,isteklerimi her defesinde defn etmekden yorulmuşam☠️

    bu arada, sözler yazılış qaydalarına uyğun yazılsa ela olar,çünki en qıcıq olduğum şeydi🥲

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      16 iyun 25, 22:47

      Salam,mən də ona fikir verdim,amma məncə əsas olan dəstək olmaqdır. Yavaş-yavaş o da düzələcək , çünki məqsədli yazıçılar daim özlərini inkişafdan dayandırmırlar. Qısa zamanda bunu anladım

  5. Ayten

    @Ayten

    12 iyun 25, 15:12

    Diri-diri ölmək məhz bu deməkdir, xəyalların qırılır, arzuların asılır, ümidlərin kəsilir... Bunlar canlı bədənə edilsə, o qədər incitməz, halbuki... 

  6. Aytac Quluzadə

    @Aytac Quluzadə

    12 iyun 25, 14:29

    Maraqlıdır. Həqiqətən hisslər olmasına yaşamaq yaşamamağa bərabərdir ✨

    1. Aytac Quluzadə

      @Aytac Quluzadə

      12 iyun 25, 14:30

      Hisslər olmasa yazmaq istəmişdim, klaviatura səhvi 🤦🏻‍♀️

  7. Arzu

    @Arzu

    12 iyun 25, 14:15

    Maraqlıdır. Ümumiyyətlə, maraqlı yanaşmadır, sözlər, ifadələr, dərinlik... Amma orfoqrafiyaya diqqət etsəniz, daha yaxşı olar. Uğurlar. 

  8. Sitarə

    @Sitarə

    12 iyun 25, 14:11

    Momento mori- bu ifadəni ilk dəfədir eşidirəm.İnsanı yaşadan onun duyğuları,hissləridir.Onlarsız insan yaşayan ölüdür sanki.Ürək,beyin,qan bunlar bədənimizi hərəkətdə saxlayırsa,hisslərimiz bizə həyatı duymağı öyrədir.

  9. Minay

    @Minay

    12 iyun 25, 14:01

    Maraqlidir

  10. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyun 25, 14:01

    Allah bu hissləri kimsəyə yaşatmasın.Amin.Yaşayan ölü🥺 Yaşayanlar bilər...

  11. Nigar

    @Nigar

    12 iyun 25, 13:56

    Hissler öldükden sonra yaşamağın menası çox da olmur. Olsada bele mence kitab oxurları üçün bir az maraqlı olar belkede. Çünki tutuna bilecekleri bir budaq olur. Meselen:kitabın ya yeni bölümünü gözleyenler olur, ya 2ci cildini gözleyen, ya da bir başqa yazarın yeni çıxacaq olan kitabını gözleyenler olur. Mene göre ancaq bu halda hissler ölsede heyata tutuna bilecekleri bir budaq olur. 

  12. Feride

    @Feride

    12 iyun 25, 13:56

    Buna " Yaşayan ölülər "  diyə bilərik , yaşyırıq ama elə dümdüz 1 kəlməylə , darıxdırıcı və monoton səkildə bircə yaşıyırıq . 1 kəlmə ama 1 kəlməyə dəyməz yaşıyırıq

  13. Fatimə Bayramova

    @Fatimə Bayramova

    12 iyun 25, 13:54

    İnsan bu dünyada yaşadıqca ölmüş sayılır. Ölüm əslində yenidən doğuluşdur.

  14. Sunamii

    @Sunamii

    12 iyun 25, 13:54

    Ədəbiyyatda Memento Morini  Shakespearenin əsərlərində tez-tez bu düşüncəni görmək olar. Məsələn "Hamlet"dəki “Yorik” səhnəsində

  15. Sunay Məmmədova

    @Sunay Məmmədova

    12 iyun 25, 13:51

    Bəziləri cismən yaşayır, amma ruhən çoxdan ölüb. Ümidini, sevgisini, inamını itirən insanlar bəzən ölülərdən daha səssizdirlər. Əgər içindəki ruh ölərsə, nəfəs almaq sadəcə bir vərdişə çevrilir...

  16. SİMURQ

    @SİMURQ

    12 iyun 25, 13:50

    "Hisslərin susduğu yerdə, ölüm səssizcə yaşamaq adıyla gəlir."

    1. Feride

      @Feride

      12 iyun 25, 13:56

      Yaxşı dedin

    2. Принцесса

      @Принцесса

      12 iyun 25, 14:01

      Haqlısınız, ən böyük dəhşət və faciəvi ölüm məhz hisslərin ölməsidir... bu insana daha çox əziyyət verir. Eynilə, milyardlarla insanların arasında tənha qalmaq kimi... 

  17. Fatis

    @Fatis

    12 iyun 25, 13:49

    Qəribə hiss etdirdi.. 

  18. Leyla Həşimli

    @Leyla Həşimli

    12 iyun 25, 13:48

    qısaca desək, ruhən ölmüş bir insanın halı fiziki olaraq ölmüş bir insanın halından daha ağırdır...

  19. Xəyalpərəst

    @Xəyalpərəst

    12 iyun 25, 13:47

    Ruhən ölüm...

  20. Xədicə Həmid

    @Xədicə Həmid

    12 iyun 25, 13:44

    Momento Mori Qərb rəssamlığında ən çox yayılmış motiv olmuşdur 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol