Necə unudum səni? - Fatma Məcidova

Necə unudum səni? - Fatma Məcidova

Necə unudum səni?


Necə unudum səni, söylə, necə?

Adın hər misrada səssizcə keçib.

Gecə ulduzlarda danışır səndən,

Külək pıçıltını ürəyimə üfürür.


Necə unudum səni, izlərin var,

Gözlərim baxdıqca səni xatırlar.

Yollar danışırkən addım-addım tək,

Küçələr adını fısıldayırlar.


Necə unudum səni, qoxun hələ də,

Sükut içərisində dolaşır evdə.

Saat əqrəbləri geri dönməsə,

Ümid yaşayar mı sevgisiz gündə?


Necə unudum səni? Bəlkə də heç yox,

Sevda iz buraxar qəlbdəki tozda.

Zaman silsə belə solan xatirəni,

Sən qalırsan yenə hər misramda, sözlərimdə...


Şərhlər (13)

  1. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 00:05

    Dərin izlər buraxdı ruhumda bu şeir...😔🌷

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      03 iyul 25, 10:01

      Bəzən şeiri hiss etdikdə belə olur, və o  duyğuları insan ruhuna çox dərin təsir edir🥹

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    02 iyul 25, 14:41

    Ayrıldıqdan sonra unuda bilməmək,sevginin qalıqları xatirələri ilə yaşamaq...

    Seiri oxuyarkən bunları əks etdirdi məndə🥰🌹

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      02 iyul 25, 15:30

      Hər biri yaşanmış duyğuları əks etdirdiyini görə elədir🥹✨🫶🏻

  3. AytenCelilova

    @AytenCelilova

    02 iyul 25, 12:14

    Uğurlarrr🌟

  4. SİRİUS

    @SİRİUS

    02 iyul 25, 12:03

    Şeir əladır. Bəli zaman izləri silə bilər ama xatirələr unudulmaz. Çünki xatirelər silinməyən izlərdir. 

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      02 iyul 25, 15:31

      Təşəkkürlər 😍

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    02 iyul 25, 09:46

    Deyərdim ki, oxuduğum ən təsirli, mənə ən mənalı gələn şeirlərdən biridir. Cavabı bilinməyən suallar  "Necə unudum mən səni ?"  Çarəsizcə, bu suala cavab tapmağa çalışmaq....  İnsan sanki unutmağa çalışır, amma keçmişin izləri hələ də həyatında dolaşır. Uğurlar 🤍

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      02 iyul 25, 11:22

      Təşəkkürlər🫶🏻♥️

  6. E....

    @E....

    02 iyul 25, 09:40

    Çox gözəl uğurlar 

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      02 iyul 25, 11:03

      Təşəkkür edirəm🫶🏻♥️

  7. Aytac

    @Aytac

    02 iyul 25, 09:31

    Saat əqrəbləri geri dönməsə,

    Ümid yaşayar mı sevgisiz gündə?

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      02 iyul 25, 11:05

      Tükənməyən bir ümid var içimdə🥹♥️

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol