Fələyin oyunu—Ruh.Antares

Fələyin oyunu—Ruh.Antares

Gözümdə gözünün izləri qalıb,

Bir tək sən idin baxan gözümə.

Gözlərin xəyalda gəzirdi hər gün,

Sən Allah, nə etdin həmin gözlərə?


Aldandım baldan şirin sözlərə,

Bir zaman aramsız baxan gözlərə.

Hər dəfə baxdıqca baxa bildiyim,

De görüm, kim baxır həmin gözlərə?


Aldanmaq nədir? Düşün bir görək,

Guya özü ayırdı bizləri fələk.

Bir zaman isitdiyim həmin yerləri,

İmkan ver soyutsun mənasız külək…


—Ruh.Antares.

Şərhlər (8)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    05 sentyabr 25, 23:52

    Sevgidə tək qalmaq xatirələrə sığınmaq və cavabsız qalan sualların ağrısını daşıyırmış kimi gəldi şeir mənə oxuduqca...Qələminizə ürəyinizə sağlıq🌟🌟🌟

    1. ramil

      @ramil

      29 sentyabr 25, 23:29

      Təşəkkürlər ✨ 

  2. SİRİUS

    @SİRİUS

    30 avqust 25, 13:00

    Əla uğurlar. 💫

    1. ramil

      @ramil

      30 avqust 25, 16:16

      Təşəkkürlər ✨ 

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    30 avqust 25, 10:57

    Bəzən gözlər danışır, sözlərin gizləyə bilmədiyini deyir. Sizin izah etdikləriniz də gözlərin dili ilə yaşanmış bir hekayədir. Amma hər baxışın da öz yolu var kimisi aldatmaq üçün, kimisi isə əbədi yadda qalmaq üçün. Uğurlar, maraqlı idi 🤍

    1. ramil

      @ramil

      30 avqust 25, 11:42

      Analiz etdiyinizə görə təşəkkür edirəm ✨ 

  4. SİMURQ

    @SİMURQ

    30 avqust 25, 10:48

    Bu şeirdə gözlər yaddaşın və hisslərin mərkəzinə çevrilib. Mənim gördüyüm odur ki, əvvəl sevgi və istiliyi daşıyan baxışlar sonradan aldanışa və ayrılığa dönür. Misralar ardıcıl şəkildə insanın içindəki dəyişimi göstərir.Bağlılıqdan soyuqluğa doğru gedən yol aydın hiss olunur.Uğurlar ✨

    1. ramil

      @ramil

      30 avqust 25, 11:43

      Dərin düşüncənizlə,şeirə rəng qatğınız üçün təşəkkürlər ✨ 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol