Sirli Qanadlar Seriyası II:Görünməz Qüvvənin Səfəri—Simurq

Sirli Qanadlar Seriyası II:Görünməz Qüvvənin Səfəri—Simurq

Sirli Qanadlar Seriyası – II

“Gözlə görünməyən, amma hər şeyi dəyişdirən qüvvələr var — külək kimi, ruh kimi, həyat kimi.”

Külək...

Həyatımızda ən adi, bəzən də ən qorxulu elementdir. Amma heç vaxt ona tam nəzarət edə bilmərik. Onun varlığı hiss olunur, amma görmək mümkün deyil. O, sənin əllərinə toxunmadan, üzünü silkələyərək keçər.Simurqun qanadlarında əbədi bir külək var — bu külək, dəyişimin, yenilənmənin, ruhun oyanışının simvoludur.Bəzən külək sakit, yüngül bir nəfəs kimi gəlir. Hər şeyi təravətləndirir, tozları süpürür, çiçəklərin qoxusunu daşıyır. Bəzən isə külək o qədər güclü əsir ki, qapıları sındırır, ağacları əyməyə məcbur edir, həyatın özünü silkələyir.Elə həyat da belədir — bəzən yumşaq bir sükut, bəzən isə fırtına kimi qəlbimizi titrədən anlar gətirir.Külək kimi olmaq dəyişmək, yenidən doğulmaq deməkdir.Amma küləklə rəqs etmək asan deyil. Onun ritminə, gücünə dözə bilmək, özünü ona açmaq lazımdır.

Simurqun sirlərindən biridir budur:

Gerçək azadlıq — küləyin qabağında dayanmamaq, onunla bir olmaqdır.Külək səni özü ilə aparır, amma sən istəsən, onun içində özünü taparsan.Bəzən külək ətrafındakı köhnə pərdələri, bağları aparır. Çünki yeniliklər bilinməzdir. Amma o bağları buraxmaq məcburidir. Yenilənmə yolunda qorxu ilə vidalaşmaq vacibdir.Külək sənə ruhun səsidir, köhnə mənliyi küləklə birgə yandırmaq, yeni bir həyat üçün yer açmaqdır.Simurq, küləklə doğulur.Külək nə qədər güclü olsa, sən o qədər güclü olmalısan.Çünki küləyin daşıdığı hər bir zərrə, sənin yenidən ayağa qalxmağın, yeni qanadlar açmağın üçün çağırışdır.Külək kimi olmaq — görünməz güc olmaqdır .Heç vaxt dayanmayan, hər an dəyişən, amma əsla sınmayan.Külək əsdikcə sən özünü yenidən kəşf edirsən.Bəzən sükutda, bəzən fırtınada.Və nəhayət...Sən külək olursan 

İndi sənə bir sual:

Sən öz küləyinlə barışmısan? Onun səsini dinləyirsən, yoxsa qorxub arxanı dönürsən?

Öncəki bölüm Növbəti bölüm

Şərhlər (13)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    01 avqust 25, 09:31

    Külək biz deyən kimi görünmür, amma hiss etdirir özünü. Bəzən bir nəfəsdə, bəzən qopan fırtınada. Mən də çox düşündüm bu yazını oxuyandan sonra bəlkə də biz dəyişməkdən qorxduğumuz üçün küləklə barışmaq çətin gəlir. Amma qəbul edirəm: külək insanı silkələyir, amma içini də təmizləyir. 

    "Sən öz küləyinlə barışmısan?"

    Bəlkə də yeni-yeni barışıram. Bəzən hələ də qorxuram, amma artıq küləyin səsini eşidirəm. Özümə demişəm ya bu səsin ardınca gedəcəyəm, ya da öz içimdə itib gedəcəyəm. Mən artıq küləyə doğru addımlayıram.

    Uğurlar, maraqlı idi 🤍

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    29 iyun 25, 00:34

    Küləyimlə barışmışam o hansı istiqamətə getsə ora..

  3. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 19:23

    Bölümləri həvəslə keçib oxumaq superdir💫

  4. Ləman Əhədova

    @Ləman Əhədova

    20 iyun 25, 22:38

    Bilirəm ki hər yazarın yazma səbəbi var .Çox adam deyirləre dərdli insanlar içindəkiləri ya yazar sətirlərə ,ya da kiməsə danışar ićindəkiləri çox vaxt dərdlərini danışa ,bölüşəcək insan tapmayanda sətirlərə yazarlar düşuncülərini,fikirlərini sizcə bəs elədi sizədə də?

  5. Fatima

    @Fatima

    20 iyun 25, 22:07

    Bu yazını oxuyarkən, sanki içimdəki bir pıçıltı dilləndi — “Külək sənin içindədir.”

    “Sirli Qanadlar Seriyası”nın bu ikinci bölümü, ruhun yenilənməsini, dəyişimin zərurətini o qədər dərin, o qədər səmimi dillə izah edir ki, insan istər-istəməz öz həyatına küləyin haradan və necə əsdiyini düşünür.

    Külək bu yazıda sadəcə bir təbiət hadisəsi deyil – ruhun metaforasıdır. Bəzən sükutla sığal çəkən, bəzən hər şeyi silkələyən daxili bir güc. Müəllifin bu gücü bu qədər poetik və hisslərlə toxuması oxucunu düşündürür, eyni zamanda ilham verir.

    “Külək kimi olmaq – görünməz güc olmaqdır.” – bu cümlə təkcə yazının deyil, bir həyat fəlsəfəsinin də mərkəzidir. Çünki dəyişmək cəsarət istəyir. Sınmamaq – ruhun yetkinliyidir. Və bu yazı insanı öz dəyişiminə sarılmağa təşviq edir.

    Bu, oxunacaq yox, yaşanacaq bir yazıdır.

    Təşəkkür edirəm bu qədər sakit, amma dərin çağırış üçün.

  6. Sunay Məmmədova

    @Sunay Məmmədova

    20 iyun 25, 20:37

    Elə anlar olurki, o külək çox sərt əsir və mən dayanmaq üçün cəhd edirəm...sadəcə bunu anlayıram ki, bu külək məni özümə gətirmək üçündür.

  7. SİRİUS

    @SİRİUS

    20 iyun 25, 20:24

    Mən öz kuləyimin ritmini ilə hərəkət edirəm.  

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyun 25, 05:12

    Külək kimi olmaq — görünməz güc olmaqdır .

    Görünməz olmaq istərdim.Güclü olduğumu görmək üçün.

  9. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyun 25, 00:12

    Hərdən öz küləyimlə barışıram.Səsini belə dinləyirəm.Amma qorxmuram .Arxamı heç çevirmirəm.Qorxub çevirdiyim zamanlarım da olub.Nəticə nə olub.Heşnə boşluq Artıq öz ayaqlarım üzərimdə özüm durmağı bacaram.Hər bir küləyə də onun gətirdiyi fırtınaya da tab gətirə bilirəm...

  10. SİMURQ

    @SİMURQ

    11 iyun 25, 14:33

    Dostlar, əgər seriyanın davamını görmək istəyirsinizsə növbəti simvolun hansı olacağı barədə fikir bildirib, şərh yazmağı unutmayın ✨

  11. Feride

    @Feride

    11 iyun 25, 11:49

    Bundan yaxşı hekayə olar ☺️

    1. Fatimə Bayramova

      @Fatimə Bayramova

      20 iyun 25, 19:55

      Artıq oldu və kolleksiya halına salındı 😊

  12. Zülfiyyə

    @Zülfiyyə

    11 iyun 25, 11:06

    Çox maraqlıdı

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol