Darıxım... - Şahmalı Hasan

Darıxım... - Şahmalı Hasan

Olar, hərdən səninçün darıxım?

Yadıma salım səninlə əl-ələ 

Gəzdiyimiz günləri ...

Nə fərqi var, realda yox, 

Fikrimdə gəzmişəm səninlə

Beynimin hər küçəsi, hər tin-dalanı

Doludur ayaq izlərimizlə

Gözlə!

Gör hələ nələr var, nələr 

Sənə aldığım hədiyyələr 

Heç zaman verə bilməsəm də,

Durur dolabımın ən gözəl yerində.

Daha gözəl olardı,

Sən də olsaydın, öz yerində...

Olar, hərdən səninçün darıxım? 

Külək əsəndə bir payız çağı 

Tərk edib evimdəki isti ocağı 

Çıxım soyuq küçələrdə gözləyim səni...

Əsinti gətirsin qoxunu mənə

Bərk darıxım, 

ürəyim sığmasın dar qəfəsinə

Dənizdə boğulan bir insan kimi

Həsrət qalım sənin gül nəfəsinə...

Əlin olmasa da, əlimdə mənim

Boş deyil...

Bir çiçək almışam sənə

Gül sənə yaraşır, sən də ki mənə.

Ya zamanın zehni kasad,

ya fələyin oyunu çətin...

Həyatmı yanlışdı, bizmi yanlışıq?! 

Niyə közərmişik, niyə yanmışıq?!

Kəsişən həyat yollarında biz

Yanlış vaxtda qarşılaşan 

iki doğru insanıq. 

Bilmirəm, nəsə düz gəlmir hisslərimlə 

Beynimdə vuruşduğum fikirlərim

Qorxuram ki, hərdən düşüncəm də

Ya da hisslərimdə k

arıxım.

Olar hərdən səninçün darıxım?

Şərhlər (6)

  1. Qonaq Nurgül

    @Qonaq Nurgül

    27 noyabr 25, 15:49

    Əllərinizə sağlıq,şeir o qədər gözəl ifadə edir ki hissləri,öz ağlımda belə formalaşdıra bilmədiyim hissləri siz bir şeirdə o qədər dərin əks etdirmisiz,sadəcə virtualda tanış olduğum insan üçün necə darıxdığımı rəfiqələrimə izah edə bilmirdim,sizin sayənizdə sadəcə bir şeir oxutduracam onlara anlamaqları üçün

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      28 noyabr 25, 22:54

      Bəyəndinizsə, nə xoş mənə 🙏

  2. Shahla

    @Shahla

    26 noyabr 25, 15:59

    “Şeirdəki hisslər çox səmimi və təbii ifadə olunub. Darıxmağın insanın içində qoyduğu boşluğu elə gözəl təsvir etmisiz ki, oxuyan da həmin duyğunu yaşayır. Darıxmaq çox gözəl və özəl hissdir mənə görə, bu şeirdə əks olunan yazı darıxmağın nə qədər özəl bir hiss olduğunu nümayiş ettirir.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      27 noyabr 25, 00:03

      Təşəkkürlər gözəl sözləriniz üçün 🙏 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    26 noyabr 25, 14:05

    Darıxmaq gözəl duyğudu.Birisi üçün darıxmaq...Çox gözəl şeirdi.Sevibdə bir birinə qovuşmayanlar...Bu şeirdə onu hiss etdim.

    Təşəkkülər💫✨

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      27 noyabr 25, 00:03

      Minnətdaram 🙏. 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol