Hələ Tanımadığım Mələyimə

Hələ Tanımadığım Mələyimə

Hələ Tanımadığım Mələyimə

(Gələcəkdəki Qızıma)


Sən hələ gəlməyən bir bahar kimi,

Ruhumun ən dərin yuxusundasan.

Hələ yazılmamış bir əsər kimi,

Ömrümün ən şirin duyğusundasan.


Gəlsən, bu dünyanın rəngi dəyişər,

Daşın da, torpağın canı isinər.

Sən gəlsən, qəlbimin səmti dəyişər,

Mənim tənha qalan ruhum sevinər.


Qorxuram, incidər bu dünya səni,

Mən sənə bir qalxan, bir sipər ollam.

Sən mənim ömrümün ən zərif dəni,

Mən sənin yolunda bir hünər ollam.


Gözlərin bənzəyər bəlkə gözümə,

Bəlkə də gülüşün cənnət sədası.

Sən məlhəm olarsan hər bir sözümə,

Ey mənim qəlbimin tək mübtədası.

Şərhlər (12)

  1. Əsmər İsrafilzadə

    @Əsmər İsrafilzadə

    11 yanvar 26, 16:33

    Çox təsirləndim, gözəl yazmısınız. Qızınız çox şanslıdır ki sizin kimi belə gözəl ruhlu atası var. 

  2. Orhhan_18

    @Orhhan_18

    11 yanvar 26, 09:08

    Mükəmməl... Yəni insanın hələ tanımadığı biri üçün yazdığı şeir bu qədər gözəl ola bilərdi.

    Gələcək işlərində uğurlar✨️

    1. Nadir Hüseynov

      @Nadir Hüseynov

      11 yanvar 26, 13:12

      Çox sağ olun

  3. M.Aliyeva

    @M.Aliyeva

    11 yanvar 26, 07:58

    Şeir də əlavə etmək üçün məqalə əlavə et xanasına daxil olunur?Zəhmət olmasa, deyərdiniz. 🙏

    1. Orhhan_18

      @Orhhan_18

      11 yanvar 26, 09:06

      Salam, bəli. 

      1. M.Aliyeva

        @M.Aliyeva

        11 yanvar 26, 12:50

        Təşəkkür edirəm.🙏

    2. Uraqan

      @Uraqan

      11 yanvar 26, 11:02

      Bəli, məqalə əlavə e hissəsində kateqoriyalar görəcəksiniz, oradan seçib əlavə edəcəksiniz

      1. M.Aliyeva

        @M.Aliyeva

        11 yanvar 26, 12:49

        Çox sağ olun 🙏

  4. SİRİUS

    @SİRİUS

    10 yanvar 26, 23:53

    Çox çox bəyəndim gənc yazarımız sizə uğurlar arzulayıram ❤️🍀

    1. Nadir Hüseynov

      @Nadir Hüseynov

      11 yanvar 26, 13:10

      Çox sağ olun, fikirləriniz üçün təşəkkür edirəm

  5. ..

    @..

    10 yanvar 26, 21:10

    Hele dunyaya gelmemis gizina bu sozleri yazan, hiss eden bir insan... Dunyanin en sansli gizlarindan olacag🫶🏽

    1. Nadir Hüseynov

      @Nadir Hüseynov

      11 yanvar 26, 13:11

      Çox sağ olun, fikirləriniz üçün təşəkkür edirəm. İnşaAllah😊

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol