Gedənlər nə qazanıb sən də gedirsən? - SİRİUS

Gedənlər nə qazanıb sən də gedirsən? - SİRİUS

Bu eşqi qəlbində bitirsən belə,

Min dəfə sağollaşıb getsəndə yenə.

Məni unutmayacağını sən bilə bilə,

Gedənlər nə qazanıb səndə gedirsən?

Həyat çox qısadır, çox acımasız,

Ömürde vəfa yox, bəxtdə amansız.

Tale şansa bağlı məndə şanssız,

Gedənlər nə qazanıb səndə gedirsən? 

Dünya bir qəfəsdir biz isə məhbus,

Sənsiz keçən günə zamana əfsus.

Qəlbimdə qoydun arzuları məyus,

Gedənlər nə qazanıb səndə gedirsən? 

Zaman keçdikcə anlayacaqsan,

Özün özünü danlayacaqsan.

Sən səndə belə qalmayacaqsan,

Gedənlər nə qazanıb səndə gedirsən?

                                                          "SİRİUS"

Şərhlər (6)

  1. ramil

    @ramil

    30 avqust 25, 05:53

    Gözəl yazmısınız, uğurlar🌟

    1. SİRİUS

      @SİRİUS

      30 avqust 25, 22:56

      Təşəkkürlər 🙏 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    18 avqust 25, 21:13

    Siz yazmısınız ki “gedənlər nə qazanıb?”, amma bəlkə də itirməmək üçün gediblər. Bəzən qalmaqdan daha dəyərli olur getmək. Qəlb qırıldıqdan sonra içində nə qədər eşq qalsa da, artıq eyni səsdə döyünmür. Hər kəsin bir həddi, bir səssiz "bəsdir"i var. Unutmaq asan deyil, amma unutdurulmaq daha ağırdır.. Və həyatın özü qədər acı bir həqiqət var hər kəs hər kəsin içində eyni dərəcədə qala bilmir.

    Uğurlar, maraqlı idi 🤍

      19 avqust 25, 00:43

      Bəlkə də başqalarinin gəlməsini birilərinin getməsinə borcluyuq. Teşekkürler ❤️ 

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    18 avqust 25, 19:57

    Məni buraxıb getdin.Amma sən bu gedişlə nə əldə etdin?Əslində uduzan sən oldun...

    1. SİRİUS

      @SİRİUS

      18 avqust 25, 20:20

      Bəzən yarım qaldığımızı düşünürük ama əslində yol oraya qədər idi.).Ən doğru insanla gediləcək yol çox qısa olmamalıdır.

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol