Qırıq Cümlələr - Aytən Kərimova

Qırıq Cümlələr - Aytən Kərimova

Susmağın nə olduğunu anlamırlar hələ də. Danışmaq asandır, düşünməksə daha qəliz.
Hər küncdən sadəcə söz yığınları ucalır, sadəcə qırıq fikirləri ifadə edən qırıq cümlələr..
Səslər artır, halbuki həqiqətsə hər kəlmədə uzaqlaşmaqda davam edir. Hər kəs nəsə söyləyir, amma danışmağa çalışmır. Nə deyim, fikirlər artıq doğulmadan ölür..
Səslər havada dolaşır, qəlblərə toxunmur belə, nəinki orada yer etmək. Dünyaya göz açdığımız zaman o qədər əziyyət hesabına öyrəndiyimiz sözləri sadəcə havada dolaşan görmək saysız hesabsız peşmanlığın daha görünməz hissəsidir, və ifadə belə edilə bilmir qəlbində yer etmiş bu hiss. Və Danışılanlar heç biri sənə yaxın deyil..
Susduğun üçün zəif olduğunu düşünərlər, amma içində susturduğun bir kainat olduğunu haradan bilsinlərki..
qorxuram, düzdür, susqunluğun daşıdığı həqiqətin ağırlığı çiyinlərimə düşür, qorxuram..


Aytən Kərimova✍🏻

Şərhlər (10)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    18 avqust 25, 20:27


    İnsanlar səssizliyini zəiflik kimi görə bilər, amma bilmirlər ki, sənin içində danışmayan bir dünya, bir ağrı, bir həqiqət var. Və sən susduqca o həqiqətin yükü daha da ağır gəlir. Qorxursan... çünki içində daşıdığın duyğular artıq səssiz qalmayacaq qədər güclüdür.


    Bu, həm daxili mübarizədir, həm də başa düşülməməyin sükutudur.

  2. ramil

    @ramil

    17 avqust 25, 12:23

    Yaxın zamanlarda ətrafımdakı insanların mənə verdiyi sual:

    Səssizlik zəiflik, çarəsizlikdir?

    İlk öncə buna cavab tapaq ki,insan niyə səssizləşir?

    İnsanlar müəyyən yaş dövrünü keçdikdə, (əksər hallarda )artıq onun anlayacaq bir insanın və ya varlığın olmadığını görüb,səssizcə öz daxili dünyasına çəkilir...

    Bəs bu çarəsizlik və zəiflikdir?

    Çarəsizlikdir,bəli bəzən insanlar o, daxili dünyaya çarəsizlikdən çəkilər.Ancaq o, sakitliyin dadına vardıqda,birdə ordan geriyə dönmək istəməzlər.

    zəiflik isə səni anlamayanların içində yaşayıb,onlara ayağ uydurmağa çalışmağdir ...

    Gözəl mövzu idi,uğurlar🌟

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      17 avqust 25, 12:49

      Müəyyən qədər çarəsizlik deyərdim, çünki özünü izah etmək ehtiyacı duyursan və ancaq danışırsan, danışdıqca rahat olursan, amma insanlar anlamamaqda o qədər israrçı olurlar ki, sən də çarəsiz qalırsan və səssiz olmağı seçirsən, sonra da siz dediyiniz kimi səssizliyi uca tutursan və bir daha cəhd etmirsən. Təşəkkür edirəm🖤

      1. ramil

        @ramil

        18 avqust 25, 00:20

        Bəli tamamilə doğrudur,təşəkkürlər ✨

    2. Aynur Yusifova

      @Aynur Yusifova

      18 avqust 25, 20:23

      Sizin də rəyiniz çox mükəmməl idi.

      Yazdığınız hər bir duyğunu yaşan olaraq alqışıayıram sizi açıqlama gətirdiyiniz üçün

      1. ramil

        @ramil

        19 avqust 25, 09:37

        Çox sağolun,təşəkkürlər ✨

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    17 avqust 25, 08:41

    Susmaq bəzən ən güclü cavabdır, amma əslində içində bir kainatın fırtınası ola bilər. İnsanlar çox danışır, amma az adam həqiqəti deyir  buna görə səssizlik bəzən daha anlamlı olur. Sizin  sözləriniz  o qədər doğrudur ki, susqunluğun ağırlığını hiss etmək mümkün olur. 

    Uğurlar, maraqlı idi 🤍 

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      17 avqust 25, 12:50

      Təşəkkürlər🧡

  4. SİRİUS

    @SİRİUS

    17 avqust 25, 01:21

    Bəzən danişirsan dinləyirlər ama sadəcə cavab vermək üçün. Bəzən başa duşməyənlər dinlamirlər. Bəzən sözlər gözlerimizden axıb gedir nə acıları görən var ne də necə olduğumuzu bilən...! Uğurlar 🤍

    1. Aytən Kərimova

      @Aytən Kərimova

      17 avqust 25, 12:46

      Təşəkkür edirəm🧡

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol