Sirli Qanadlar Seriyası IV:Sonda Aydınlanır Gecə—Simurq

Sirli Qanadlar Seriyası IV:Sonda Aydınlanır Gecə—Simurq

Sirli Qanadlar Seriyası — IV yazı


Gecə — hər kəsin içində fərqli bir dünyadır.Kimisi üçün qaranlıq qorxu,kimisi üçün sükut və sakitlik,kimisi üçün isə yenidən doğuşun başlanğıcıdır.Gecənin sirri onun ən dərin qatlarında gizlənib —sükutda, qaranlıqda, içə dönməkdə.

Bu məqalədə səni həmin qaranlığa aparacağam —orada gizlənmiş işığı tapmaq üçün.Sonda isə sən də görəcəksən:

ən qaranlıq gecədə belə, işıq aydınlanır.Sən öz işığını kəşf edəcəksən.

Uçuşdan əvvəlki sükut — Qanadları sındırılmış quşun hekayəsi

Bir zamanlar qanadları olan,amma uça bilməyən bir quş var idi.Sındırılmış qanadları ilə yerdə sürünürdü.İnsanlara əl açıb kömək istəsə də,cavabını heç vaxt ala bilmirdi.Ətrafında isə sadəcə gülüşlər vardı,soyuq baxışlar vardı,və bir az da lağ edən sükut.Amma...Quşun içində gizli bir güc vardı —uça bilmədiyi üçün yox,əvvəl necə uça biləcəyini xatırladığı üçün.Bir gecə o quş sükutun içinə çəkildi.Qaranlığın içində öz nəfəsini dinlədi.Küləyin pıçıltısını, ulduzların titrəyişini eşitdi.Hər şey səssiz idi,amma quşun ruhu titrəyirdi.

O an düşündü:

“Uçmaq üçün əvvəl sükutu qucaqlamalıyam.

Özümü yenidən tapmalıyam.”

O gecə...Quş küləklə danışdı, ulduzlarla pıçıldadı,özünə söz verdi:

“Yenidən uçacağam.”

Çünki…Sən də uçuşa hazırlaşarkən əvvəl sükutda olursan.Qanadlarını açmadan əvvəl ruhunu dinləməlisən.

Gecənin dərinliyində gizlənmiş güc — Sükutda çalışan beyin və ruh

Gecə — beynin və ruhun oyanma saatıdır.Səs-küydən uzaqlaşanda,düşüncə sükuta qarışanda,sən əsl özünü eşidə bilirsən.

Qaranlıq səni qorxutmasın —çünki o, səni sənə aparır.

Albert Kamyu deyirdi:

 "İçindəki ən böyük qaranlıq,

ən parlaq işığın mənbəyidir.”

İşığın bu mənbədədir.Sükut, səni qorxudan deyil,öz səsinlə tanış edən gücdür.Sən onu dinlədikcə,ürək döyüntünlə bərabər həqiqətlərini də eşidirsən.

Sonda aydınlanır gecə — Hər qaranlığın sonunda işıq var

Gecə heç vaxt son deyil.O, yeni başlanğıcın pıçıldayan ilk səsidir.Hər sükutda sənə aid bir səs gizlidir.Hər qaranlıqda doğulmaq üçün gözləyən bir işıq var.

Unutma:

Sonda aydınlanır gecə.Bu cümlə sənə deyil,bütün qaranlıqdan keçənlərə mesajdır.Kim bu səssizliyin içindən keçirsə,bir gün içindəki işığı kəşf edəcək.


Öncəki bölüm Növbəti bölüm

Şərhlər (18)

  1. Aytac

    @Aytac

    30 avqust 25, 13:29

    Gecə heç vaxt son deyil. 

    O, yeni başlanğıcın pıçıldayan ilk səsidir.

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    29 iyun 25, 00:31

    Hər qaranlıq gecənin bir işıqlı sabahl var  günəşi var  ümidinizi üzməyin səbr edin 

  3. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 19:37

    İçimdəki qaranlıq sanki qaranlıq otağda yanan şam işığı kimi aydınlandı.Amma bu şam işığını sönməyə qoymayıb qorumaqda mənim vəzifəmdir.İçimizdəki qaranlığı aydınlatan işığı hər daim qorumalıyıq çünkü əriyib bitən bir şam işığını yandırmaq üçün sadəcə təzəsi ilə əvəz etmək mümkündür.Onun üçün hər son bir başlanğıcdır.💫

  4. Fatima

    @Fatima

    20 iyun 25, 22:19

    Bu yazı – sanki gecənin qaranlığında ruhuma tutulan bir çıraq idi. Hər cümlə, insanın içindəki susqunluğa yavaşca toxunur, qorxuların içindən bir pıçıltı ilə keçir və sonda səssiz, amma parlaq bir işıqla başa çatır.“Sonda aydınlanır gecə” – bu təkcə gözəl bir ifadə deyil, ümidsizliyin içində ümidi doğuran fəlsəfədir.Qanadları sınmış quş metaforası o qədər canlı, o qədər tanışdır ki, insan öz keçmiş ağrıları ilə yazının sətirlərində qarşılaşır. Amma sizin qaranlığı təsvir etmə tərzi oxucunu qorxutmur – sığınmağa yer verir.Bu yazı deyir ki: Gecə qorxulu deyil. Gecə, ruhun ən həqiqi səslə danışdığı andır.Sonsuz qaranlıq yoxdu – sükutun içində gəzənlər üçün bir gün işıq gələcək.Sizə dərin təşəkkürlər. Bu yazı yalnız gözlə oxunmur, ruhla duyulur.

  5. Sunay Məmmədova

    @Sunay Məmmədova

    20 iyun 25, 20:53

    O gecənin qaranlığı aydınlandısa...artıq hər qaranlığın vardır bir işığı. Sadəcə olaraq, zaman, səbr və ən əsasıda çalışmaq lazımdır. 

  6. Fatimə Bayramova

    @Fatimə Bayramova

    20 iyun 25, 19:56

    İçimizdəki işıqla aydınladı gecə...🌌🪶

  7. O.N

    @O.N

    15 iyun 25, 17:03

    Mən özümü tapmışam keçmişdə özümə inamım yox idi amma mən o keçmişi sildim insan 3 yaşında hər şeyi dərk edir anlayır və anladıqı kimi böyur mən də fərqlidir mən indi anlamışam və indi böyürəm. Urraa yaşasın inanmaq öz güvən və özünə sevgi çox sağ olun müəlim☺

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    14 iyun 25, 16:43

    Qaranlıq səni qorxutmasın...

    Ən çox xoşum gələn hissəsi bu oldu.

    Təbrik edirəm sizi.Çox gözəl yazırsız.Oxuyub söz tapmıram ki cavab verəm ki məndə cavabımla sizi ruhlandıram✨💫

  9. Aygün

    @Aygün

    14 iyun 25, 09:01

    Gece-her derdlinin derdsiz her sevginin yalniz oldugu bir zulmet qaranliqdir.Men ele dusunurem ki gece yalnız bir insana ve onunla olan duygulara aiddir.Bu qaranliqda parlayan her ulduz bezilerine işıq,bezilerine ise derdini tokduyu bir sessiz otaq olur 

  10. Ruqiyyə Vəliyeva

    @Ruqiyyə Vəliyeva

    14 iyun 25, 00:03

    Anladığım qədəriylə;

    Parlaq işığa çatmaq üçün, zülmət qaranlıqdan keçmək lazımdır🙂‍↕️Gecənin zil qarası düşmən deyil, çətin yolda yoldaş olan köməkçidir✨️

  11. Asuela

    @Asuela

    13 iyun 25, 22:19

    qaranlıq ebedi deyil,bir gün işıq mütleq gelir..

    yeter ki gözlemeyi bacaraq..(o da yuxu da bacararam😂)

    1. SİMURQ

      @SİMURQ

      13 iyun 25, 22:30

      Gözləməkdən öncə inanmağı bacarsanız bəlkə də yuxularınız reallıqla yer dəyişə bilər) 

  12. Zeynəbxanım

    @Zeynəbxanım

    13 iyun 25, 22:03

    Nə gözəl yazı. Gecənin ən qaranlıq vaxtı şəhərə ən yaxın zamanıdı həqiqətən də..

    Gecə, bəzən biz qorxarkən, ağlayarkən onun gəlməyini gözlədiyimiz əzizimiz kimidi. Bəzən kaş gecə gəlsə də bu gün bitsə deyirsən. Gözünü açıb şəhərin yavaş yavaş açıldığını görəndə, tələsmə günəş, biraz daha dünyadan ayrı qalmağa ehtiyacım var deyirsən.. ancaq yenə də həyat səni o keşməkeşli dünyaya atır.. və yenə eyni döngü, sən gecəni, gündüz isə səni qovalayır

    Bunlar içimdə olan hisslərdir, amma əlbət bəzi səbəblərə dayanır. Əslində səhərin açılmağı, gecənin özü, yenidən bir gün daha yaşaya bilmək özü ən böyük Şükür səbəbidi. Şükür Allaha ki nə neçə neçə gecələr, gündüzlər nəsib edir bizə🤍

    1. SİMURQ

      @SİMURQ

      13 iyun 25, 22:32

      Hisslərinizi çox gözəl ifadə etdiniz. Əslində o bütün yoxuşlu yollar bizi gün üzünə çıxarmaq üçün qarşımıza çıxır. Çünki problem olmasa inkişaf, inkişaf olmasa işıqlı bir nəticə görə bilmərik. 

  13. Xəyalpərəst

    @Xəyalpərəst

    13 iyun 25, 21:52

    Gecə mənim üçün hüzurdu sakitlikdi içimdəki mən ilə danışdığım ən gözəl vaxtdı 🌃🤍

    1. SİMURQ

      @SİMURQ

      13 iyun 25, 22:33

      Bəli, zehnimizlə olan ünsiyyətimizin ən dərin zamanlarıdır, gecənin zülmətiylə keçirdiyimiz zaman dilimləri. 

  14. SİMURQ

    @SİMURQ

    13 iyun 25, 21:36

    Dostlar, zəhmət olmasa yalnızca  məqaləyə aid şərhlər yazaq. 

  15. Səbinə

    @Səbinə

    13 iyun 25, 21:26

    Oyun cavabı İlham

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol