Mənsiz ötən hər bir günün,
Fərq etmir gündüz,yoxsa səhər.
Bil ki səssiz olan hər bir ölümün,
Səbəbi olmur içilən zəhər.

Mən sənin qəlbini sevmişdim,
Öz qaranlığı,öz zillətiylə.
Sənin gözlərini ev bilmişdim,
Mənə baxan məhəbbətiylə.

Bilmirəm,nədən yazım,
Yazım ki,çox darıxıram sənsiz.
Arada istəyirəm sevgidən yazım,
Ki tutuluram,karıxıram sənsiz.

Eh,dərd çoxdur danışmağa,
Səninlə gəl sirdaş olaq biz
Həyat qısadır dalaşmağa,
Səninlə gəl yoldaş olaq biz.