Oxunulmamış duyğular - SİRİUS

Oxunulmamış duyğular - SİRİUS

Uzun saçlarında bütün duyğularını daşıyan qadın... Həyatda heç kimsəni saçlarına qıyacaq qədər önəmli bilmədin. Bəlkədə dəyər verdiklərin verdiyin dəyərə dəyməyiblər.Susqun görünürsən ama içində böyük fırtınalarla savaş verirsen. Kim bilər ki hansı dalğalara mübarizə aparırsan?Çox az danışarsan və sakit görünürsən ama sözlərin dərinə işləyir.  Sən zamanla yarışmırsan ,hərşeyi axışa buraxmısan.

Hər dəfə saçlarını qısa kəsdirməyə qalxanda böyük bir parçanı itirəcəkmiş kimi dayanırsan ... Qıymırsan ... saçlarına yoxsa onlarda qalan xatirlərə? 

Sənin saçların sadəcə gözəlliyin deyil ,həm də yaddaşındır. Hər bir saç teli toxunulmamış bir kitab nə zaman toxunsan hər teli bir hekayə danışar...

Rüzgar sənin saçlarına toxunanda sanki bir ömrün səssiz  hekayəsi açılar gözlər önündə. Sənin saçlarında uşaq gülüşlərinin izi ,keçmiş sevginin baxışı ,sanki hələ də davam edən uzun bir yol var.. 

Sənin duyğuların saçlarının tellərində gizlənib. Bilirəm çox şey yaşadın ,ama içində hələ də böyüməmiş bir uşaq var. Sakit , tənha, sözlərdən çox səssizliklə danişan biri.

Sən saçının hər telində bir xatirə daşıyırsan. Sən dünyanın ən güclü qadınsan. Təbrik edirəm səni hər şeyə rəğmən hələ də sağ qaldığın üçün. O dəyərli saçlarına qıymadığın üçün.Uzun münasibət sevən ,birinin saçlarına oynamasını istəyən,ama heç kimsənin toxunmadığı o saçlara sahibsən. Bəzən saçlarına səhvən toxunuluduğu zaman sən aqressiv olursan. Çünki sənin saçlarına heç kimsə toxunmadı,sığallamadı. Bəlkə də sən toxunulmadığın hiss olunmadığın üçün aqressiv olmuşdun ?  Kim bilər ki?

Başqalarından heç bir diqqət qayğı gözləmirsən , çünki bilirsən gözlənti hər zaman yanıldır.  Hər şeyə böyük bir boşvermişlik hissi ilə yanaşırsan... çünki bilirsən bu həyatda heç nə qalıcı deyil. Qalıcı olan tək şey yaşadığımız xoş anlardır. O anlar ki yaddaşda silinməz izlər buraxır.

Bəs sən saçlarını kəsdirdin? Dəydimi? 

"SİRİUS" 

Şərhlər (18)

  1. Röya😇

    @Röya😇

    02 avqust 25, 19:23

    Sanki özümü tapdım bu yazıda çox gözəl anladılıb duyğular əllərinizə sağğlıq🙏🥹❤️

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 01:08

      Nə xoş mənə qəlblərə toxunmaği bacarmışam. Teşekkür edirəm.🍀🙏

  2. Altunay Nuri

    @Altunay Nuri

    02 avqust 25, 12:59

    Sən saçlarını kəsdin. Dəydimi? Həqiqətən çox gözəl idi. Sondakı sual isə həqiqətən saçlarını kəsmək istəyən və ya kəsmiş qadınları düşündürür.

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 01:12

      Bəli oxuyub deyerləndirdiyiniz üçün təşəkkür edirəm.✨❤️

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 13:38

    Bu sual dərin mənalıdır. Əgər saçlarını kəsdirmək dəyişmək, içindəki bir mərhələni geridə qoymaq anlamındadırsa — bəli, mən də bir çox duyğunu kəsmişəm, yəni keçmişdən dərs alıb yoluma davam etmişəm kimi düşünə bilərəm 


    Dəydimi? Bəzən belə dəyişikliklər ağrılı olur, amma nəticədə insan daha güclü və ayıq olur. Siz bu sualla sanki qurban verdinmi, dəyişdinmi, sənin içində də nəsə öldümü? deyirsiz..  


     Bəli, amma o dəyişiklik böyümək üçündür. Sən də dəyişmisənsə, demək, içindəki uşaq susmur, sadəcə böyüməyi öyrənir.

    1. SİRİUS

      @SİRİUS

      03 avqust 25, 01:10

      Bəli əsas olan yolda olmaq və davam etməkdir. İçinizdə ki uşagi seçməniz diləyilə. Teşekkürler 🍀🙏

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    31 iyul 25, 11:41

    Bu saytda diqqət etdiyim məqam yazarların bir birini dəstəkləməsidir.Simurq xanım,Dərya xanım,Sirius,Ramil bəy birdə Xəyal.C alqışlyıram sizi🥰👏Hekayəyə gəldikdə isə fikirlərimi yazacam...

    1. Dərya Qasımova

      @Dərya Qasımova

      31 iyul 25, 12:45

      Çox təşəkkür edirəm, Aynur xanım. Sizdə həmçinin bizə dəstək olanlardansınız. Diqqətiniz üçün, minnətdaram 🤍 

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        31 iyul 25, 13:29

        Siz sağ olun xoşdu.🥰😊

        Bir fikirdə söyləmək istəyirəm.Bəlkə bunu başqaları da oxuyar Tək əldən səs çıxmaz deyiblər.Könül istərdiki dəstək olanlarınız daha çox olsun.Bəlkə də mən tələsirəm inanıram ki zamanla daha çox olacaq.🤲

    2. SİRİUS

      @SİRİUS

      31 iyul 25, 13:33

      Deyəsən bu dünyada ən böyük dəstək heç tanımadığın insanların sene dəstək olduğunu hiss etməkdir. Teşekkürlər bizi bir araya gətirən bir bir toplayan Uraqan bəyə. Minnətdaram. 🍀❤️🙏

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    31 iyul 25, 10:24

    Bu yazını oxuyanda içimdə bir şey titrədi… Elə bil illərlə səs etmədən içimdə daşıdığım duyğuları kimsə sözlərlə üzə çıxardı. Həqiqətən də saçlar  təkcə gözəllik deyil, yaddaşdır, hissdir, toxunulmamış xatirələrdir. Bəzən bir tək tel belə keçmişin bir anını geri gətirə bilir. Qıymamaq isə zəiflik deyil, dəyər verməkdir. Özünə, yaşadıqlarına, hiss etdiklərinə. Bəlkə də, heç kim toxunmadığı üçün daha da dəyərli olub bu saçlar... Çünki insan toxunulmadığı yerlərdə daha çox hiss edir özünü  tənha, amma bir o qədər də güclü.

    Uğurlar, maraqlı idi 🤍 

    1. SİRİUS

      @SİRİUS

      31 iyul 25, 11:35

       Hissləriniz mənim üçün dəyərlidir .Təşəkkür edirəm. 🤍🎉

  6. SİMURQ

    @SİMURQ

    31 iyul 25, 10:07

    Bir qadının saçında yazılmamış şeirlər, deyilməmiş sözlər yatır.Hər tel toxunulmamış bir səhifə, hər burum gizlədilmiş bir sirrdir.O saçlara toxunmaq bir ömrün səssizliyinə toxunmaq kimidir.Hər tel bir xatirə, hər burum bir susqunluqdur.Səssizliyin içində gizlənmiş ən sadiq yaddaşdır.Uğurlar✨💫

    1. SİRİUS

      @SİRİUS

      31 iyul 25, 11:35

      Bəli teşekkürler ❤️ 

  7. ramil

    @ramil

    31 iyul 25, 09:33

    "Bəlkədə dəyər verdiklərin verdiyin dəyərə dəyməyiblər."

    Çox gözəl bir cümlədir...

    Bəlkələr...

    1. ramil

      @ramil

      31 iyul 25, 09:35

      "Son söz". Məqaləm demək olar ki,bəlkələrdən ibarətdir,isdəsəz oxuyub fikir bildirə bilərsiniz...

      Uğurlar 🌟 

      1. SİRİUS

        @SİRİUS

        31 iyul 25, 11:37

        Tamam oxuyub fikir bildirəcəm. Teşekkürler. 🍀

    2. SİRİUS

      @SİRİUS

      31 iyul 25, 11:36

      Bəli bəlkə də dəymədilər. Bir çox bəlkələr ...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol