İSAKIN CİNAYƏTİ (BÖLÜM 7)
HƏQİQƏTİN YOLU
Bu sözləri eşidən Deyvid və Alisa şok oldular.
- Bəs bu, otaq 662-nin telefon nömrəsi deyilmi?
- Doğru deyirsən, Deyv...
- Bu iki mənaya gəlir Deyvid, ya cinayətkar özünü Abilyano kimi tanıdıb və sonradan Abilyanonun itkin düşməsinə səbəb olub yada ki….
- Abilyano cinayətkardır.
- Əgər Abilyano cinayətkardırsa demək bu telefonu da bu otağa o gətirib.
Elə bu an Deyvidə bir zəng gəlir və Deyvid bu zəngi acır.
- Alo buyrun. Polis Deyvid Bekir.
- Cənab Deyvid mən Həkim Salva. Sizə çox vaacib bir məsələ üçün zəng etmişəm.
- Nə vacib məsələsi?
- Cənab, hal-hazırda burada yatan cəsəd Xəyal deyil.
- Bəs kimdir?
- Biz bunu araşdırdıq və cəsəd əslində 33 yaşlı Eyden Santos Abilyanoya aiddir. O əslən Brazilya vətəndaşıdır və Amerika vətəndaşı Xloe Minera ilə evlidir.
- Yəni cəsəd Xəyal deyil Eydendi eləmi?
- Bəli Deyvid bəy tamamilə doğrudur.
- Yaxşı tez zamanda gəlirik ora.
Deyvidin sarımtıl olmuş sifətini görən Alisa həyacanlamağa başlayır. Deyvid hər iki əlini başının arxa hissəsinə qoyaraq üzünü Alisaya çevirir və deyir.
- Və bir ehtimal daha. Cinayətkar İsak əsil adı ilə Xəyaldır.
Bu an yan otaqdan bir alqış səsi gəlir. Uzun boy kapşonlu, saçları uzun, sarı ayaqqabı və Dolche Gabana markalı qara şalvarlı bir adam içəri girir.
- Təbriklər cənab polis. Siz məni tapdınız. Sizi həqiqətən təbrik edirəm 48 saat içində mənim cinayətkar olmağımı bildiniz. Hə bu arada yarım-yapalaq ingiliscəmə görədə üzr istəyirəm.
Otaqda böyük bir səzsizlik yarnır. Deyvid çaşqın halda Xəyalın üzünə baxır. Lakin Deyvidin gözünə Xəyalın kəmərinin arka hissəsinə ilişdirilmiş Desert Eagl silahını görür və tez əlini silahına atıb Xəyala tərəf uzadır.
- Cəfərov Xəyal üstündəki silahını yerə qoy və təslim ol. Yoxsa səni silahla vuracam.
- Hey Cənab Deyvid narahat olmayın mən təslim olmaq üçün ortaya çıxdım və silahımda boşdur. Bu silah heç mənə aid belə deyil. Silah Cənab Eyden bəyindir hansı ki dünən səhər burada yatan şəxs.
Bu sözlərindən sonra Xəyal silahını kəmərdən çıxarır və yerinə qoyur. Hə hekayə belədə sonlanır. Deyvid Xəyalı həps edir.
EPİLOQ — “Səssiz Otaq”
Manhattan artıq o gecənin sirrini unutmuşdu. Mandarin Oriental otelinin 18-ci mərtəbəsindəki otaq isə hələ də qapalı idi — sanki divarları belə susmaq üçün and içmişdi.
Polis Deyvid Bekir hadisədən sonra heç vaxt əvvəlki kimi olmadı.
Hər dəfə yazı masasının arxasına keçəndə, o otaqda eşitdiyi alqış səsi qulaqlarında təkrarlanırdı.
Xəyal Cəfərov — Azərbaycanlı bir gənc, istedadlı, amma içindəki fırtınalara məğlub olmuş bir ruh. O, cinayətkar idi, bəli... amma eyni zamanda bir hekayə yazarı idi.
İşin ən qəribə tərəfi isə budur ki, Xəyalın evində aparılan axtarış zamanı polislər onun stolunun üstündə köhnə bir dəftər tapdılar.
Dəftərin üzərində yalnız bir cümlə yazılmışdı:
“Bəzən öldürülən mən olmuram… sadəcə köhnə mən ölür.”
Bu sözlərdən sonra nə Deyvid, nə də Alisa bu işi “qapadıla bilən” dosya kimi görə bildi. Çünki bu iş təkcə qanlı bir hadisə deyildi — bu, bir insanın öz kimliyini, həqiqətini və keçmişini öldürməsi idi.
Həbsxanada isə Xəyal heç vaxt danışmadı.
Nə Eydənin niyə öldüyünü izah etdi, nə də özünü niyə “cinayətkar” adlandırdığını.
Amma hər gecə kamerasının pəncərəsindən göyə baxanda sakitcə bir söz pıçıldayırdı:
“İsak öldü… amma Xəyal yaşadı.”
Bəlkə də o, sadəcə azadlıq arzulayırdı.
Bəlkə də bütün bu planlaşdırılmış oyun — bir qurtuluş idi.
Və ya bəlkə, həqiqəti heç kim bilməməli idi.
Çünki bəzi cinayətlər qanla deyil, sükutla yazılır.
XeYka" loading="lazy">
Şərhlər (0)