Yaşadıqları yaşına sığmayan qadın - SİRİUS

Yaşadıqları yaşına sığmayan qadın - SİRİUS

Bəzən insanın yaşadıqları yaşına sığmaz. İnsan olduğu yaşdan daha böyük hiss edər özünü.İnsanı böyüdən yaşı deyil yaşadıqlarıdır.Tez tez böyüklərdən bu sözü eşidirik: Nə yaşın var ki nə dərdin olsun? Nə yaşadın ki nə gördün? Hələ balacasan biraz böyü başa düşəcəksən.Ətrafdaki bütün bu səslərə qəlbimin səsindən cavab vermək istəyirəm.Mən bir çox acı kədər pis hadisələr yaşayanda sən yanımda idin? Hiss edirdinmi? Bilirsənmi mən nələrdən keçdim? İçimdə hansı fırtınalarla vurmuşdum? Hansına qalib gəldim? Hansına məğlub oldum? Hansından qorxdum çəkindim? Bildinmi heç? Mənim yaşadıqlarımın eynisini yaşadın mı səndə? Ya da buna bənzər şeylər? Sən yalnızlıqda hər kəsi bağışlamağı bacardınmı ? Qəlbin hələ də qırıq olarkən,səni qıranların xoşbəxt olmasını istədinmi heç? Ən yaxın dostlarından ən ağrılı zərbələri aldınmı səndə? 

Sevdiyin biri tərəfindən tərk edildinmi heç? Sonra hər kəsdən uzaqlaşdınmı səndə? Heç yaşından daha böyük hiss etdinmi özünü? Yaşadıqlarının yaşına sığmadığını düşündünmü heç? Ən çətin qaranlıq əzab dolu yollardan tək keçdinmi səndə? 

Bəzi daşlara ilişib yıxıldınmı ? Tutunmağa çalışarkən yalnışlıqla tikanlardan yapışdınmı səndə? Əllərin cızıldımı? Qanadımı? Canın yandımı? 

Bəs sonra ayağa qalxdınmı? Yoxsa hələ də yıxılmağına səbəb olan daşları qınamağa davam edirsən? Bəzən dalaşdınmı özünlə? İçində müharibə apardınmı heç? Meydanda özünlə savaşırkən özünə məğlub oldunmu? Ən qaranlıq gecələrdə günəşin doğacağı anı ümidsizcə gözlədinmi ? Sən tənhalıqla barışıb özünü sevməyi öyrəndinmi? Səndə ömrünün ən gözəl yaşında payızı yaşayıb qışa döndünmü? Qırılmış qəlbinin parçalarını birləşdirməyə çalışdınmı heç? Yanıb kül olmuş hisslərin arasından yenidən doğulmağı bacardınmı səndə? Dənizin içində dalğalara savaşdınmı səndə? Sən ən çox danışmağa ehtiyacın olduğu anda anlaşılmayacağını bildiyin üçün səssiz qaldınmı? Bəs o gəmini sahilə çıxara bildinmi sən? Ama mən bacardım...az yaşım olmasına baxmayaraq mən ....çox şey yaşadım.

"SİRİUS"

Şərhlər (14)

  1. ramil

    @ramil

    22 iyul 25, 19:23

    Az yaşı olmağına baxmayaraq bir insan öz həyatını sorğulayır və sizin kimi beynində xaos yaradan suallara cavab axdarırsa,məlum məsələdir ki,o uşaq deyil.

    Bəli əslində hər kəs öz tutumu qədər əzyət çəkir,

    Allahda,heç kimə altınnan qalxa bilməyəcəyi bir yük vermir...

    Yəni əsas məsələ yükün ağırlığı deyil,onu qaldıra bilməsidir.

    Uğurlar🌟

    1. SİRİUS

      @SİRİUS

      25 iyul 25, 11:49

      Təşəkkürlər 🙏 

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyul 25, 00:23

    O qədər çox suallar vermisən ki,sanki hər birini mənim yerimə yazmısan kimi hiss etdim.Ürəyimdən keçənləri beynimdə sual veribdə cavabsız qalanları.Əslində hər birinə tək tək cavab yazmaq istərdim.Amma bəzən susmaq ən gözəlidi deyə həyatıma davam etmişliyim var.Çunki insanın özündən başqa kimsə yaşadıqlarını anlaya bilməz

    Amma bir təkinə olsa belə cavab verərdim.

     Bəzilərini bağışladım, çünki onların nə etdiyini bilmədiyini anladım. Bəzilərini isə bağışlamadım, amma içimdəki yükü yerə qoydum. Yalnızlıq öyrətdi ki, bağışlamaq unutmadan davam etməkdir. Və ən əsası, bəzən səni incidənləri deyil, incinən yanını qucaqlamaq lazımdır....

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:15

      İçinizdəki bir çox suallara cavab tapa bilmizsizsə nə gözəl . Bəli bizi incidenləri buraxıb öz incinən yanimizi qucaqlamayiq . Bax özümüzü tamamlayacayiq. Dəyərləndirdiyiniz üçün təşəkkürlər.❤️

  3. Sunay Məmmədova

    @Sunay Məmmədova

    18 iyul 25, 23:12

    Bəli, insanı böyüdən yaş deyil, yaşadıqlarıdır. Hər kəsin özünə məxsus dərdi, çətinliyi olur. Kimisi nələrləsə sınağa çəkilir, onunla olğunlaşır. Bəzilərinin yolu rahat, bəzilərimizinki isə çox tikanlı, çətin olur. Keçmək üçün vuruşub, çabalayırıq, bəzən də yıxılıb davam edə bilmirik, çalışırıq, ya yoruluruq, ya bezirik amma dayanmamaq, davam etmək lazım olduğunu anlayıb, yenidən ayağa qalxmalıyıq. Hər kəsə qəlbi qədər, təmiz yol arzulayıram.

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:12

       Teşekkür edirəm diqqətiniz üçün. ✨❤️

  4. Ṣəbnəm Ismayılova

    @Ṣəbnəm Ismayılova

    18 iyul 25, 22:44

    Bəli, poetik, bedii suallar hekayenin butun məgzini, bütün ruhunu ifadə edən ddoĝru seçimdir. Bəlkə hamimiz zaman oz daxilimizdə bu suallarla, hətta bəlkə bunlardan daha təsirliləri ilə ūzləşirik, yixıliriq, dūşūrūk, itkilərdən doĝan aĝırlıqlarin, xeyanetden doĝan ūm8dsizliyin, umdugumuzu tapmanaqsan dogan meyusluqlarin altinda qalib ezilirik. Esl insan qalxarker guclenen, guclenerken insanligini itirmeyen kesdir. Mence, mūellif de bu hissleri ugurlu shekilde ifade ede bilib. Davami gelsin.

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:11

      Oxuyub deyerləndirdiyiniz üçün təşəkkür edirəm ✨ 💐 

  5. Əliyeva

    @Əliyeva

    18 iyul 25, 21:02

    Bəzən deməzdim,əslində hər zaman bu suallar beynimizdə canlanır,amma cavab tapa bilmirik.

    Özümdən götürüm sanki ətrafdan nəsə gözlüyürəm ağlımdan keçirdiyim suallara cavab vermilməklərini istəyirəm.

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:10

      Əmin olun ki içimizdəki bütün sualların bütün cavabları elə içimizdədir. 

  6. NezrinM

    @NezrinM

    18 iyul 25, 20:35

    Sənin yazdıqlarını oxuyanda ürəyimə toxundu... Elə bil kimsə mənim içimdə gizlətdiyim hissləri sözə çevirib. Bəzən yaş həqiqətən heç nə ifadə etmir. Hər kəsin yaşadığı özünə böyükdür, heç kimin ağrısı kiçik deyil. Səni çox yaxşı anlayıram… Bəlkə də hamı bilmir, amma bəzilərimiz çox kiçik yaşda böyük acılarla böyüyürük. Və sən bunu çox gözəl ifadə etmisən. "Az yaşım olmasına baxmayaraq mən... çox şey yaşadım" — bu cümlə bəlkə də bir çox insanın səssiz fəryadıdır...

    Davamı gəlsin. Uğurlarrrrr🌙✨

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:09

      Çox çox teşekkür edirəm. Yazılarının dəyərli bir toplumun oxuması qədər dəyərli deyərdim ki heç nə yoxdur. Təşəkkürlər.✨💐❤️

  7. Dərya Qasımova

    @Dərya Qasımova

    18 iyul 25, 20:05

    Bəzən sualların cavabını bilirsən, amma deməyə gücün çatmır. Əslində onun cavabını sənin deyildə, ətrafındakı insanların anlamasını başa düşməsini istəyərsən. Deyərdim ki, insanın dərdi yaşına baxmır.Bəzən kiçik bir qəlb, dağ boyda bir ağrını daşıyar. Vəə səni başa düşməyən olmazsa, bu daha da böyüyər. Toxunduğunuz mövzu çox xoşuma gəldi. Bəzilərinin iç səsini, hər gün verdiyi sualları canlandırmısınız. Uğurlar 🤍

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 01:07

      Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm ✨ 💐 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol