Sən bunları bilən adamsan - Fatma Məcidova

Sən bunları bilən adamsan - Fatma Məcidova

Sən Bunları Bilən Adamsan


Sən bunları bilən adamsan,

Susduğum hər kəlməni anlayan.

Baxışlarımdan oxuyursan darıxmağımı,

Ürəyimdən keçəni duyan adamsan...


Sən bunları bilən adamsan,

Gecələr gözümə yuxu gəlmirsə,

Səbəbi sənsən uzaqda olmağın,

Məni gözləyən kimi gözləyən adamsan...


Gəlişinlə açılır könlümün səhəri,

Sənsizliyin qaranlığında üşüyürəm,

Amma bilirsən, səbirsizəm mən,

O günü sayan addım-addım gələn adamsan...


Sən bunları bilən adamsan,

Nə qədər sevdiyimi də,nə qədər qırıldığımıda,

Amma yenə də səni seçdiyimi,

Hər gözləyişdə bir az daha çox sevdiyimi bilən adamsan...

Şərhlər (7)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 00:57

    Hər kəsin həyatında bu şeirdə vurğulandığı kimi hisslərlə duyğularla ürəklə sevən adamı olsun😊😊😊

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      17 iyul 25, 18:11

      Evett🥹, heç bir duyğu  sevmək və sevilmək duyğusunun yerini verə bilməz. O hissləri doğru zamanda və doğru insanla yaşamaq lazımdı😍🫂

  2. Asuela

    @Asuela

    16 iyul 25, 12:11

    darıxmaq gözlemek amma yene de sevmek..

    hissler çox aydın ve gözeldir,uğurlar❤️

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      17 iyul 25, 18:09

      Ən gözəli , sevdiyin şəxsi gözləməkdir😍🫂

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    15 iyul 25, 18:19

    Bəzən, bis susduqda belə bizim bir baxışımızdan, gözlərimizdən anlayan insana ehtiyacı var

    Uğurlar 

    1. Fatma Məcidova

      @Fatma Məcidova

      16 iyul 25, 06:33

      O insan həyatınıza daxil olanda çox xoşbəxt olursan😌

  4. SİRİUS

    @SİRİUS

    15 iyul 25, 16:43

    Əla uğurlar 💐💖

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol