II Fəsil "İtki"də nələr baş verdi?:

Endi planlaşdırdığı kosmik səyahətə çıxmamışdan əvvəl müəllimi, veteran kosmonavt Cənab Ceymslə söhbət etdi. Əgər özünə nəsə olsa, qardaşını Cənab Ceymsə əmanət etdi. Kosmosa səyahətdə öz işini görərkən oksigen azlığı yarandı, kosmik gəmisinə qayıtmağa çalışarkən rabitə vasitəsilə mərkəzdən kömək istəməyə çalışırdı. Amma əlaqə kəsildi və Endi nəfəssizliklə özündən gedib kosmos boşluğunda sürünməyə başladı. Onun bədəni başqa bir qalaktikaya sürüklənərkən o bir planetin orbitinə yaxınlaşırdı. Bu an bir orbital kapsul onun bədənini götürüb həmin planetə gətirdi. Orbital kapsulu isə həmin planetdə yaşayan bir sakin göndərmişdi. Amma bu sakin... insan idi?... Növbəti fəsildə biləcəyik. :-)


***

- V-25? CAVAB VER, V-25. ENDİ?! ENDİ, BİZİ EŞİDİRSƏNSƏ, CAVAB VER.

Kosmik Araşdırmalar Mərkəzinin Kosmik Aparatlarla Rabitə Əlaqəsi Şöbəsindəki hər kəs təlaş içində idi. V-25 kosmik gəmisinə aid əlaqə xəttləri kəsilmiş, Endidən cavab gəlmirdi. Bu an Endinin müəllimi Cənab Ceyms içəri girdi.

- Ondan hələ də mi xəbər yoxdur?, - ürəyinə qorxu düşmüş halda Cənab Ceyms rabitə operatorundan soruşdu.

- Təəssüf ki, xəbər yoxdur, cənab Ceyms, əvvəlcə oksigen çatışmazlığı ilə bağlı xəbərdarlıq gəldi, uzaqdan problemi həll edərkən də Endi ilə əlaqə kəsildi, - rabitə operatoru çarəsiz bir şəkildə cavab verdi.

Cənab Ceyms Endidən əlavə onun qardaşı Entoni üçün də narahat idi...


***


Orbital kapsul uzun qalanın təpəsindəki eniş nöqtəsinə eniş etdi. İnsan görünümlü bu canlı kapsulun dəmir qapısını açdı. İnsanabənzər bu canlı bir qız idi. Qara, qısa saçlarının ucları ulduz formasında idi. Sağ qolunda kəpənəyin sağ qanadı, sol qolunda isə sol qanadı formasında doğum ləkəsi var idi. Amma necə olurdusa, insandan fərqi yox idi. Geyiminə qədər hər şeyi insana məxsus idi. Oğlan kimi geyinməsinə baxmayaraq qız olduğunu uzaqdan kim görsə, anlayardı. Geyim zövqü demək olar ki, Endininki ilə oxşar idi. O Endinin skafandrının baş üçün olan hissəsini açmağa çalışdı. Açandan sonra o Endinin üzünə təəccüblə baxdı, anlamağa çalışdı:

- Bu canlı nədir belə?

Bir yandan da onun oyanmadığını görüb bir şeylər etmək istədi.

- Hey? Yaxşısan? - Qız Endinin üzünə ehmalca vurub oyandırmağa çalışdı. Amma Endi nə oyandı, nə də səsi eşidildi.

Qız Endinin əynindəki skafandrı tam çıxartdı və daha çox təəccübləndi:

- Bir dəqiqə, bu canlı bir insandır? - əmin olmaq üçün Endinin qollarına nəzər saldı. Özündə olan doğum ləkələrindən onun qollarında yox idi.

- Axı necə ola bilər?? İnsana bənzəyir, amma doğum ləkələrindən onda yoxdur. Nədir bu? - qız anlaya bilmirdi, nəsə etmək lazım olduğunu anladı.

- Əgər insandırsa, deməli, onun ürəyi də var, - bunu deyib Endinin sinəsinin üstünə əyilib ürək döyüntülərini eşitməyə çalışdı. Amma səs gəlmirdi. Heç bir yerdən qan gəlmədiyini də gördü. Situasiyanı anlamağa çalışırdı. Düşündü ki, bəlkə hardasa qəzaya məruz qalıb. Buna görə də olduğu yerdə ratsiyanı əlinə götürüb səsləndi:

- Yoldaş Ari, BF-105-in orbitində insanabənzər bir canlı tapmışam.

Ratsiyadan səslər gəldi:

- Necə yəni? O bizdən deyil ki?

- Bizdən deyil, qolunda o doğum ləkələrindən yoxdur.

- Onu niyə aradan qaldırmırsan?

- Nəfəsi gəlmir. Deyəsən, hardasa qəzaya uğrayıb. Bəlkə də orbitin qıraqlarında filan kosmik gəmisi ola bilər deyə düşünürəm.

- Adı nədir bəs?

Qız skafandrının yaxasının üstündəki etiketə baxdı:

- Nə əcəbsə, burda bir etiketdə adını rahat oxuya bilirəm. Burda "Endi Leysi" yazılıb, böyük ehtimalla onun adıdır. Əlifba bizim əlifbadandır.

- O bir düşmən ola bilər, QKB-dəndir bəlkə?, - ratsiyadan səsi gələn adam təşviş içində olduğunu hiss etdirdi.

- İnanmıram, çünki orbitdə sürünürdü, - qızı çox da narahatlıq bürümürdü, ümidli şəkildə Ariyə dedi, - sən narahat olma, Yoldaş Ari, nəsə olsa, nə lazımdırsa, edəcəyəm. Sən sadəcə komandanla birgə orbiti bir gəz, bax. Gör ortalıqlarda kosmik gəmi filan var? Mən özüm bu canlı ilə məşğul olacağam.

- Oldu. Ehtiyatlı ol.

Ratsiyanı söndürəndən sonra qız Endiyə baxdı və düşüncələr içində olduğu halda ağzından bu kəlmələr çıxdı:

- Sən kimsən axı?...

Endini qucağına aldı və özünü evində təsəvvür edib oraya teleport etdi.


***


Entoni iş fasiləsinə çıxmışdı. Özü işlədiyi şirkətin mühasibi olaraq çalışırdı. O mətbəxdə çay içərkən telefonuna zəng gəldi və gördü ki, bu tanış olmayan bir nömrədən çağrıdır. Zəngə cavab verdi:

- Alo?

- Salam, oğul. Mən Tomas Ceyms. Qardaşın Endinin müəllimiyəm. Tanıdınmı?

Entoni Cənab Ceymsin səsini eşitcək cavab verdi:

- Bəli, tanıdım, cənab Ceyms, bir dəfə görmüşəm sizi, - Entoni gülümsəyərək cavab verdi, amma birdən Endinin adını eşidən kimi onun səyahətini xatırlayıb soruşmağa başladı, - Endidən nə xəbər var?

Cənab Ceyms bu xəbəri ona necə verəcəyini bilmirdi, amma məcbur qalmışdı. Sakit şəkildə danışmağa başlasa da, qəmginliyin onun ürəyində fırtına saldığını hiss etmək mümkün idi:

- Bunu sənə necə deyim, bilmirəm...

- Ha? Necə yəni?? Endiyə nə olub?, - Entonini keçən dəfəki narahatlıq yenə ələ keçirirdi.

- Biz... ondan... xəbər ala bilmirik, oğul. Yəni necə deyim, - kəlmələri güc-bəla ilə seçirdi Cənab Ceyms.

Entoni isə telefondan deyilənləri eşitməyə davam edirdi, ürəyi partlamaq üzrə idi.

- Kosmik gəmisində... oksigen problemi var idi, uzaqdan düzəltməyə çalışdıq, amma... Endi ilə... rabitə əlaqəsi kəsildi...

Entoni bunları eşitcək çay əlindən düşdü, güc-bəla ilə nəfəs alırdı, yadına Endinin ən son gördüyü yuxu gəldi. Onun həqiqi olacağından qorxmuşdu. Və böyük ehtimalla da...həqiqi də olmuşdu. Amma o qəbullanmaq istəmirdi buna, sadəcə xəbər alınmadığını düşünərək sağ qaldığına inanmaq istədi. Telefona qışqırdı:

- O SAĞDIR DA, HƏ??? XƏBƏR ALA BİLMƏDİYİNİZİ DEMİŞDİNİZ. DEMƏLİ, O SAĞDIR. ONU AXTARIN. YOXSA GƏLİB HƏR BİRİNİZİN CANINI ALARAM.

- Oğul... oh, yox... Sakitləş, xahiş edirəm, biz onu tapacağıq, - Cənab Ceyms Entoninin bu qədər çox pis olacağını düşünürdü, amma aqressiv olacağını gözləmirdi, sakitləşdirməyə davam etdi, - Entoni, tapacağıq onu... Söz verirəm.

Entoni isə telefonu əsəblə qırağa atdı, özü isə küncdə oturdu və göz yaşlarıyla birlikdə qəhər onu boğurdu... İçində qardaşına görə bir yandan onu bürüyən narahatlıq əsəbə çevrilirdi: "Niyə getdin də?... Məni niyə tək qoydun? Sənin üçün mən önəmli idim, yoxsa lənətə gəlmiş yol xəritən?"...


Sevdiyiniz həyatını itirdi deyək... Bəzi insanlar bu itkini bir müddət sonra qəbul edib həyatına davam edərkən bəziləri isə bu itki ilə hər il, hər ay, hər gün, hər saat, hər dəqiqə, hər saniyə, hər salisə yas tutur... Kimin bu itkini necə qəbul etdiyinə bağlıdır. Amma bir yandan da... həyatla sağollaşıb-sağollaşmadığı bəlli olan bir insanı gözlədiyinizi düşünün... Həyatda olduğuna inanmaq istəyirsiniz... Ümidli olmağa çalışırsınız... Bəs birdən... özünüzü aldadırsınızsa?... Ya həyatda deyilsə?... Belə suallarla özünüzü düşüncə dəryasında üzərkən görürsünüz. Getdikcə dərinə...daha dərinə... çox daha dərinə... Qara dəliyə düşürsünüz.


Cənab Ceyms telefonun söndüyünü görüb tez Entoninin yanına getmək üçün ofisdən ayrıldı. Entonin İş yoldaşları isə mətbəxdən stəkan qırılma səsləri eşidib içəri girəndə Entonini qıraqda ağlayan yerdə gördülər. Ona su gətirən kim, salfet verən kim, qucaqlayan kim... İş yoldaşları onu sakitləşdirməyə çalışsa da... Entoninin acısı keçməyəcəkmiş kimi görünürdü.