İSAK’IN CINAYYƏTİ
(CİNAYƏT SORĞUSU)
- ... Onda Bu nə Sayılır Deyvid bəy?
- Bu intihar yox cinayətdir......
Söhbət zamanı serjant cənab Smitz içəri girir və salam komandasını verərək deyir:
- Cənab Bekir istədiyiniz məlumatlar hazırdır.
Gənc serjant əlindəki faylı cənab Bekir’ə uzadır.
- Hamısı bu sənədlərdə qeyiyyatlıdı?
- Bəli cənab.
Polis Deyvid sənədləri açır.....
SƏNƏDLƏR
Zəng gəlmə vaxtı: 11:43AM
Zəng zamanı qeydə alınan danışıqların yazılı formatı:
- …o… o vuruldu… O, özünü vurdu…
- Salam. 9-1-1 polis xidməti. Zəhmət olmasa, sakit danışın və nə baş verdiyini izah edin.
- O… qonşum… İsak… O, özünü vurdu.
- Haradasınız? Ünvanı qeyd edin. Ambulans və polis göndəriləcək.
- Küçə: W 60th, Mandarin Oriental oteli, 18-ci mərtəbə.
- Zəhmət olmasa, adınızı və soyadınızı da deyin.
- Eyden Abilyano.
- Təşəkkür edirik. Qısa zamanda oradayıq.
Zəng edən şəxs (qeyd etdiyi ad): Eyden Abilyano
Zəng etdiyi məkan: Mandarin Oriental oteli, mərtəbə 18, otaq 662.
Cənab Deyvid faylı masa üzərinə buraxıb qapı tərəfə getməyə başlar. Qapıya çatan Deyvid otaq nömrəsinin 663 olduğunu görər. Tez sağ tərəfdəki otağa baxar. Qapıda otaq nömrəsinin 662 olduğu qeyd olunmuşdur. Bunu görən Deyvid qapını döyməyə başlar lakin heç kim qapını açmaz. Bu səs küyü eşidib yan otaqdan çıxan xadiməçi qəribə baxışları ilə soruşar.
- Buyrun cənab, sizə necəkömək edə bilərəm?
- Mən polis Deyvid Bekir. Bu gün otaq 663-də olan cinayətlə bağlı araşdırma aparıram.
- Bəs siz niyə otaq 662-nin qapısını döyürsünüz?
- Bizə zəng edib məlumat verən şəxs bu otaqdan zəng edib.
- Ola bilməz Cənab bu otaq 1 həftə əvvəl boşaldılıb və cənab İsakın intiharının xəbəri üçün bu otaqdakı telefondan istifadə etmık mümkünsüzdür, çünki bu otaq 3 gündür ki təmirdədir.
- Tımirdə?
- Bəli, Bəli. Düz eşitdiniz təmirdə.
- Bəs bu otaqdakı telfon və digər əşyalar haradadır?
- Onlar hamıs -1 mərtəbədədir. Orada anbarda.
- Anladım, bizə köməklik etdiyiniz üçün təşəkür edirəm.
Deyvid üzünü Alisaya dönərək deyir:
- Əgər ki zəng gələn telefon anbardadırsa bu onu göstərir ki cinayətdə Mandarin otelin pesonalınında əli var…..
(DAVAMI NÖVBƏTİ BÖLÜMDƏ)
Şərhlər (2)