VI Fəsil "Yağışın Anlayışı"nda nələr baş verdi?: Bu fəsildə biz Endinin qardaşı Entoninin qəmginliyinə şərik olduq. O qardaşının kosmosun hansı boşluğunda olduğunu bilmir və bu bilinməzlik onun kədərini artırır. Evə gələndə anası ondan nə olduğunu soruşsa da, Entoni cavab vermir. Növbəti fəsildə biz Kəpənəklər Planetinə qayıdırıq. Görəsən, nələr olacaq?

***

Lilonun Privata Sentralonun qapısını açması ilə Endi özünə gəldi. Lilo onun əlini buraxdı. Endi ətrafı nəzərdən keçirməyə başladı. İçərisi rəflərlə dolu idi. Hər rəfin üstündə " 1 saat", "yarım saat", "10 dəqiqə" və digər müddətlər yazılmışdı. Masanın üstündə çoxlu əşyalar, qiymətli daşlar və kağızlar var idi. Qarşıda isə biri görünürdü, böyük bir masanın arxasında durmuşdu. Həmin adam da insan idi, qıvırcıq boz saçları, qızıl sarısı gözləri ona fərqli bir görünüş verirdi. Yaşıl, uzunqollu köynək və qara rəngli önlük geyinmişdi. Başında isə Yer Kürəsindəki cihaz olan holoqlasa bənzər gözlük var idi. O əlində sarı ratsiya ilə kiminləsə danışarkən Lilonun gəldiyini görüb ratsiyanı yerə atdı. Lilo həmin adama baxıb səsləndi:
- Veri, salam, neynirsən? Əlindəki nə idi?
O ani şəkildə həyəcanlı da olsa, Liloya sakit tərzdə deməyə çalışdı:
- Salam, Lilo. Gördüyün kimi məşğulam.
O birdən-birə üzünü Lilonun yanında utanaraq durmuş Endiyə çevirdi və dilləndi:
- Bu kimdir?
- Veri, tanış ol, bu Endidir, - Lilo Endini Veriyə təqdim etdi.
Veri Endiyə yaxınlaşdı. Diqqətlə süzdü. Endi isə narahat hiss edirdi. Veri onu diqqətlə nəzərdən keçirəndən sonra Liloya çevrildi və dedi:
- Bu canlıda o doğum ləkələrindən yoxdur. Hardandır bu?
Lilo Verini sakitləşdirməyə çalışdı:
- Bir problem yoxdur, Veri. O Yer Kürəsindəndir. O da insandır.
- Necə yəni? İnsandırsa, evnaları da var da, o necə olur?, - Veri Lilonu sorğuya çəkməyə çalışdı.
- Ehmm, evna yoxdur onda və biz elə əslində bunun üçün gəlmişik, - Lilo Veridən çəkinə-çəkinə cavab verdi.
- Ha? Anlamadım? - Verinin başı qarışmışdı.
- Bax, Veri. Endi də insandır, amma o başqa planetdəndir, yəni Yer Kürəsindəndir, sadəcə onu bizdən fərqləndirən şey evnasının olmamasıdır. İndi bura gəldik ki, baxasan. Bəlkə müvəqqəti də olsa, evna ola bilər, - Lilo Verini başa salmağa çalışdı.
Veri Lilonun dediklərindən sonra Endiyə təkrar baxdı. Endi isə utancaqlıq bir yana, qorxusundan nə edəcəyini bilmirdi.
- İnsandırsa, mən necə güvənim? Hardan bilək ki, bizə heç nə etməyəcək? - Veri Lilonu ehtiyatlı davranmağa dəvət edirdi.
- Veri, sənə dedim axı. Evna, ya da başqa bir gücü yoxdur. Sənə nə edə bilər axı? Həm o... - Lilo da Endiyə düşüncələr içində baxdı, - o heç nə etməyib, qəza keçiribdi, bir azdan onu roketinə aparacağam.
Lilo susdu, Veri isə nə edəcəyini bilməyib oturdu. Bu an birdən Endinin səsi eşidildi:
- Mən, ehmm, bir şey demək istəyirəm.
Lilo və Veri ona tərəf çevrildilər, Endi utana-utana sözünə davam etdi:
- Ümid edirəm ki, məni səhv başa düşməzsiniz, amma mən sadəcə evə qayıtmaq istəyirəm. Sizə ziyan vermək kimi bir fikrim yoxdur.
Qorxa-qorxa bunu da əlavə etdi:
- Həm də mən sizə necə ziyan verim? Üstümdə heç nə yoxdur.
Veri bunu eşidən kimi ildırım sürətilə Endinin üstünə hücum elədi. Onu yerə yıxdı. Endi bu an başından zərbə aldı, Veri onu yerə yıxanda başı yerə dəymişdi.
- Veri, nə edirsən? Burax onu, - Lilo qorxu içində Veriyə qışqırdı.
- Deməli, üstündə heç nə yoxdur, onda belə çıxır ki, üstündə nəsə olsa, ziyan vurmağa hazırsan, - Veri əlinə balta teleport edib Endini vurmağa çalışdı.
- ƏL ÇƏK ONDAN, SƏN NƏ EDİRSƏN?, - Lilo daha çox qışqırdı və işarə barmağını silah kimi tutaraq onun baltasına mərmi atdı. Balta yerə düşdü.
Endi gördüklərindən qorxuya düşmüş, nə edəcəyini bilmirdi, aldığı zədənin ağrısı da bir yandan ona işləyirdi, sadəcə bunu deyə bilirdi:
- Baxın, mən sizə zərər verməyi heç düşünmədim, sadəcə evə getmək istəyirəm. Nə olar... buraxın məni...
Veri bunu eşitcək daha çox dəli oldu və qışqırdı:
- Sən zarafat edirsən? Mən sənə necə inanım, hə??
Verinin əlindəki qılınc birdən birə yox oldu. Bu an Veri birdən Lilodan çıxan qəribə səs tonunda bir şeylər eşitdi:
- Sən... bayaqdan görmürsən ki o heç kimə heç nə etmir? Hə??
Bunları deyib baş barmağını aşağı endirdi. Baş barmağından qığılcım əmələ gəldi və uzun bir qılınc dırnaqdan sürüşdü. Lilo onu tutdu. Endi gördüklərindən şoka girdi. Amma bir yandan da bu qızın çox güclü görünməsinə heyran qalırdı. Veri onun əlindəki qılıncı görcək əlinə ona bənzər başqa bir qılınc teleport etdi.
- Biz bura sadəcə Endi üçün özəl güc baxmağa gəlmişdik, - Lilo bunu deyərək qılıncı ilə hücum etdi, - amma sən hər şeyi o qədər çox böyüdürsən ki, onda ortalıqda xaosdan başqa heç nə olmur.
- Mən sənə olanları deyirəm, - Veri də öz qılıncı ilə Lilonun üstünə cumdu, - onun özəl gücü olan kimi bizi öldürəcək.
Onlar döyüşərkən ətrafdakı qiymətli daşların bəziləri qırılır, yerə düşürdü. Endi qıraqdan oturub bir yandan aldığı zərbənin ağrısı ilə bir yandan da Lilonun qazanmasına ümid edərək bu "yarışı" izləyirdi. Amma o nəsə etməliydi. O Verinin masasının arxasına süründü. Bayaq Verinin əlindən atdığı sarı ratsiyanı gördü. "Bəlkə bununla nəsə edə bilərəm" deyə düşündü və ratsiyanı gizlədərək masanın arxasından sürünərək çıxdı.
- Nə yəni? O bizə hücum etsə, nəsə etməyəcəyini düşünürsən?, - Lilo qılıncı ilə Verini yerə uzatdı, qılıncını ona tuşladı və sualedici baxışla dilləndi.
Bu an Verinin qılıncı əlindən yox oldu və müdafiəsiz qaldı. Amma özünü görünməz etdi. Lilo təəccüb içində onu axtardı. Amma bir yandan da onu tapanda əminliklə dedi:
- Bura gəl, qorxaq! Hər kəsə evnanı müvəqqəti verirsən. Hamının evnalarına da sahibsən. Amma fərqində deyilsən ki, səndə də müvəqqətidir. 1 dəqiqə sonra onsuz da görünməzlik gücün itəcək.
Birdən Endinin qışqırığı eşidildi. Lilo Endinin uçduğunu gördü. Daha doğrusu, qucaqda olduğunu. Veri görünməzlik gücü ilə Endini əsir almış və əlinə pistolet teleport edib onu Endinin başına tuşlamışdı. Birdən Endinin ağlına sarı ratsiya gəldi. Bir əliylə Verinin qolundan yapışanda digər əliylə gizlicə sarı ratsiyanı çıxartdı. O ürəyində sarı ratsiyanı Verinin başına vurub əlindən qaçmağı planlaşdırırdı: "Mən... mən belə olsun istəmədim... Özümü... müdafiə etməyə çalışıram... Getmək istəyirəm burdan... Getməliyəm...".
- Yaxınlaşma, yoxsa onu öldürərəm, - Veri hədələməyə başladı.
Lilo nə edəcəyini bilmirdi. Əvvəlcə danışmağa əl atdı:
- Veri, onu burax. O heç nə eləmədi. Böyütmə bu qədə--, - birdən Lilo Endinin əlində sarı rəngdə bir ratsiya gördü, - Endi, o nədir?
Birdən Veri Endinin əlindəki sarı ratsiyanı gördü və tələsik şəkildə Endinin əlindən aldı. O qaçmaq istəyəndə Lilo qapıya tərəf qaçdı, qarşısında durdu və dedi:
- Sən heç yerə getmirsən, - daha sonra Endiyə baxaraq qışqırdı, - onu hardan tapdın sən?
- M-mən... - Endi yerə düşmüş, tir-tir titrəyərək danışmağa çalışdı, - masa...masanın altından... tapdım.
- İndi başa düşürəm, - Lilo sarı ratsiyanı görən kimi vəziyyəti anlamışdı.
Veri çarəsizcə sürətli qaçmağa çalışıb Lilonu itələmək istəsə də, Lilo onun sol ayağına dırnaq mərmisi ilə atəş açdı, onu yaraladı. Verinin əlindən sarı ratsiya düşdü, özü isə acı içində yerdə qıvrılarkən, Lilo ona tərəf əyildi, gözlərinin içinə zilləndi. Endi isə olub bitənləri anlamağa çalışırdı. Suallar onun beynini ağrıdarkən özünün aldığı zədələr də onu incidirdi.
- Sən... Endini öldürmək istəyirsən. Çünki sənə bunu tapşırıblar, - Lilo bunu deyərək çeçələ barmağını qaldırdı, - və bunu sənə tapşıran QKB-dən başqası ola bilməz.
Lilo ciddi şəkildə bu sözləri deyəndən sonra çeçələ barmağında gizlənən balaca zəhər damcısını yerə damızdırdı. Zəhər yerə düşən kimi ortalığa xoş bir qoxu yayıldı. Veri və Endi bu qoxudan bihuş olub yerə yıxıldılar. Lilo onları bayıldandan sonra öz-özünə dedi:
- Veri, axı niyə?...
Belinə bağladığı ratsiyanı götürüb səsləndi:
- Yoldaş Ari, buraya təcili gəl, QKB-dən birini yaxaladım, cəld ol...