VIII Fəsil "Gərginlik Var" bölümündə nə baş verdi: Bu fəsildə Lilo və Endi Privata Sentraloya getdilər, burada Endi Lilonun dostu Veri ilə tanış oldu. Veri Endinin yadplanetli olduğunu bildiyi üçün ona müvəqqəti evna təqdim etmək istəmir və Lilo ilə mübahisə edir. Endi isə zərər vermək istəmədiyini deyəndə isə Veri Endiyə zərər verir, Lilo isə bu işdə tərslik olduğunu düşünüb Veri ilə döyüşür. Veri Endini mühasirəyə alanda Lilo Endinin əlində sarı rəngli bir ratsıya görür. Sən demə, bu ratsıya sadəcə QKB üzvlərinə aid imiş və bununla da Lilo Verinin niyə beə davrandığını anladı. Ən sonunda isə onu zərərsiz hala salıb öz ratsiyası ilə kömək çağırdı. Növbəti fəsildə xoş oxumalar. :)
***
Endi gözlərini açdı. Bir yatağın üstündə uzanmışdı. Ətrafdan adam səsləri eşitdi. Başından aldığı zədədən yaranan ağrı isə yox olmuşdu. Ayağa durdu. Gözləri Lilonu axtarmağa başladı. "Ən son Veri deyilən o adamla döyüşürdü, ona nəsə olmayıb ki, görəsən?" deyə düşündü. Bu an bunu düşündüyü yerdə Lilo qıraqda bir nəfərlə danışırdı. O Endinin oyandığını görüb söhbət etdiyi adama "Bir az sonra sorğu otağında olacağam" deyib onun yanına gəldi. Əlini onun zədə alıb sonra da sağaldığı başına qoydu və gözləriylə onu süzüb səmimi bir qayğı ilə soruşdu:
- Endi? Yaxşısan?
- Yaxşıyam mən, amma səni birinci soruşmalıyam əslində, - Endi Liloya bunu deyib gülümsədi, - ən son o xoş qoxudan bihuş olub yıxılmışdım. Veri hardadır? Ona nə oldu?
- O qoxu mənim özəl gücümdür, çeçələ barmağımın bir funksiyasıdır, - Lilo çeçələ barmağını göstərib izah elədi, - burda dırnaq ətindən xoş qoxulu zəhər damcılatdığım zaman o xoş qoxu ətrafa yayılır və hər kəs bunu qoxlayanda huşunu itirir, 5 dəqiqə təsir göstərir, - Lilo Endinin Verini də soruşduğunu yadına salıb onun da cavabını verdi, - Verini sorğuya alacaqlar.
- Sorğuya? Hə, məni öldürməyə çalışırdı, - Endi o qorxu dolu anları yadına salıb kiçik bir qorxuyla dedi.
- Təkcə o deyil, - Lilo səsini alçaltdı, davam elədi, - o bizə xəyanət edib.
Lilonun bunu dediyini eşidən Endi tez Lilonun Verinin huşunu itirməmişdən əvvəl dediklərini yadına saldı: "Sən... onu öldürmək istəyirsən. Çünki sənə bunu tapşırıblar və bunu sənə tapşıran QKB-dən başqası ola bilməz". O yenə də QKB ifadəsini eşidirdi. Nə idi bu QKB? Üstəgəl yad olduğu üçün sualına cavab tapa bilməzdi. Amma yenə də soruşmaq istədi.
- Lilo, mən, - sualını vermək istəyəndə özünə tanış olmayan, amma Liloya tanış olan bir səs eşitdi.
- Yad dostumuz necədir? - gülərüz şəkildə bir qız onlara yaxınlaşaraq Endiyə baxıb sualını Liloya ünvanladı.
- O yaxşıdır, narahat olma, özəl gücün olmasaydı, nə edərdim, Sano, - Lilo həmin qıza təşəkkür etdi.
- Nə demək, əzizim, mən kömək etməyə hər zaman hazıram, işimdir bu mənim, - Sano Liloya gülümsədi.
Endi KSanoa fikir verdi. Saçı Lilonun saçı qədər qısa, sarışın və narıncı rəng qarışıq bir rəngdə idi və saçlarının üstündə ağ rəngdə plus işarələri vardı. Gözləri balaca, boz rəngdə, dərisinin rəngi isə ağappaq idi. Oğlan kimi geyinmişdi. Üzü isə həmişə gülərüz idi, hər kəsə altdan-altdan baxıb gülümsəyərdi bu qız. Endi Lilonun Sanoya dediyi bir şey eşitdi. Demək, Sanonun da özəl gücü var. Soruşmaq istədi, amma söhbət etdiklərini gördü, söhbətlərini kəsmək istəmədi.
- Verini sorğuya alıblar? - Sano Lilodan soruşdu.
- Yox hələ - Lilo yenə səsini alçaltdı, - almayıblar.
Sano Lilonun üzgün olduğunu anlayıb susdu, onu dinləməyə davam etdi:
- O mənim ən yaxın dostum idi, Sano.. Uşaqlığımın ən gözəl anları onunla keçdi. Nə zaman dara düşsəm, başım bəlaya girsə, o həmişə yanımda idi. Amma onun QKB-dən olması... niyə axı?
- Narahat olma, sorğuya alınanda bilinəcək, - Sano onu sakitləşdirməyə çalışdı, - əminəm ki, nəsə bir səbəb var. Yoxsa o niyə elə vəhşi bir təşkilata qoşulsun ki?
Lilo hələ də üzgün idi və susurdu. Sano isə onun çiynini sığalladı. Bu an birdən Endinin utancaq səsi eşidildi:
- Lilo... mən çox üzr istəyirəm. Mənim ucbatımdan oldu.
Lilo Endinin səsini eşidən kimi tez onun yanına yaxınlaşıb dedi:
- Sən bir şey etməmisən. Sənin sayəndə biz onun ən pis sirrini aşkar etdik. Buna əslində sevinməlisən.
Sano da Lilonun dediklərinə qüvvət verərək cavab verdi:
- O düz deyir, sən nə etmisən ki? Lilo ilə planeti gəzib Özəl Güc Evinə getmişdiniz də. Hər şey durduq yerə oldu.
Endi ayağa qalxdı və dedi:
- Mən evə getmək istəyirəm. Sizin başınıza ancaq bəla oluram. Məni gəmimə aparın. Çox xahiş edirəm.
Eyni zamanda o bunu da əlavə etdi:
- Mən QKB ifadəsini də çox eşidirəm. Nə olduğunu da tam olaraq anlamıram. Mənə bunun haqqında heç nə danışmırsınız.
- Çünki sən burda yadsan, - Lilo məyusluqla Endiyə baxıb dilləndi.
Sano bu an Lilonu qırağa çəkdi. Endi nə olduğunu anlamağa çalışırdı.
- Nə oldu? - Lilo pıçıltı ilə soruşdu.
- Məncə, biz ona bu təşkilatdan bəhs etməliyik, -    Sano dilləndi.
- Olmaz axı, o yaddır burda.
- Deməsək, Endi vəziyyəti necə anlasın?
- Əgər desək, o daha çox qorxa bilər. Bunu nəzərə almırsan?, - Lilo Sanoya bir az narahat şəkildə baxıb dedi.
- Əlbəttə ki, nəzərə alıram. Amma o bilməsə, daha da pis olacaq, - Sano Liloya vəziyyəti izah etməyə çalışdı.
Lilo susdu. Nə deyəcəyini bilmədi. Bir yandan Verinin xəyanəti, bir yandan da Endi... hansı ilə məşğul olacağını anlaya bilmirdi.
- Gəl belə edək sənlə, - Koko məsləhət verməyə başladı, - sən Verinin sorğusu ilə məşğul ol, mən də Endi ilə məşğul olaram. Ona QKB-dən də danışaram.
- Onda QKB ona nəsə etməmiş burdan uzaq durmalıdır, Sano, - Lilo narahatlıqla dilləndi, - mən ona görə çox narahatam.
- Mən onu kosmik gəmisinə aparacağam, - Sano Lilonu əmin etdi, - bəlkə orda kosmik gəmisində öz yoldaşları ilə əlaqə saxlaya bilər.
Lilo Sanoya ümidlə baxıb gülümsədi. O da iki dəfə əlini Lilonun çiyninə vurdu və ikisi də Endinin yanına gəldi.
Lilo Endiyə baxıb dedi:
- Endi, Sano səni sənə məxsus olan kosmik gəminə aparacaq. Yolda gedərkən də sənə QKB-dən danışacaq.
- Bəs sən? - Endi narahatlıqla Liloya baxdı.
Lilo Endiyə yaxınlaşdı, məyusluqla dolu bir gülümsəmə ilə ona dedi:
- Mən Verinin sorğusunda iştirak etməliyəm, niyə ora üzv olduğunu anlamalıyam. Get sən. Əgər alınsa, öz planetinizdəkilərlə də əlaqə saxlayarsan. Sanoyla da axşam mənim evimə gələrsiniz.
- Yaxşı, - Endi razılaşdı.
Lilo Sanoya və ona baxıb gülümsündü, getdi.
- Gəl biz də işimizə baxaq, - Sano Endiyə başı ilə gedəcəyi tərəfi işarə edib söylədi.
O qarşıda, Endi isə onun arxasınca gedirdilər. Endi Sanonun özəl gücünü bilmək istəyirdi.
- Lilodan eşitdim ki, sənin sayəndə özümə gəlmişəm. Səbəbi nədir? - deyə utanaraq sual verdi.
- Mənim özəl gücüm insanlar fiziki cəhətdən zədə aldıqlarında onlara toxunub sağaltmaqdır, - Sano Endinin sual dolu gözlərinə baxıb gülümsədi və cavab verdi.
- Sadəcə toxunmaqla? - Endi təəccüb içində qaldı.
- Əlbəttə, amma özəl gücümün iki zəif tərəfi var, - Sano anlatmağa başladı.
- Zəif tərəf? Bu güc axı çox faydalı gücdür, necə zəif bir tərəfi olsun?
- Hə, faydalıdır, amma zəif tərəfi bunu sadəcə sol əlimlə edə bilirəm, - Sano bir az məyusluqla dedi.
- Sol əlin? Burda zəif olan nədir ki? - Endi maraq bir yandan Sanonu sual yağışına tuturdu.
- Mübarizə apardığımız QKB mənim bu özəl gücümdən xəbərdardır və oranın adamları mənim sol qolumu tez-tez yaralayırlar, - Koko başına gələnlərinin bir hissəsini yada salıb düşüncələr içində danışdı.
Endi onun sol qoluna nəzər yetirdi, sol əli kəsik və mərmi yaraları ilə dolu idi, ağlına bir şey gəldi və yenə sual verdi:
- Əgər başqalarını sağalda bilirsənsə, özünü sağalda bilməzsən?
Sano bunu eşitcək belə bir cavab verdi:
- Mənim işim başqalarını sağaltmaqdır, mən nəyə lazımam? Mən sadəcə insanları sağaltmaq üçün varam...
Endi bunu eşitdiyində bir şeylərin tərs getdiyini düşündü. Sanoya belə bir sual da verdi:
- Onda sən öz gücünü özündə işlədə bilmirsən?
Sano bunu eşidən kimi üzünü yana çevirdi və yaralı əlini tutub sığalladı. Endi bir az da olsa, vəziyyəti anlamağa çalışırdı. Başqalarını sağalda bilirdi, amma özünü yox. Səbəb nə idi? Bir yandan da QKB... Eşitdiyi qədərilə Lilo və Veri çox yaxın dost imişlər və onun belə bir şey etməsi Lilonu incitmişdi, axı niyə? Bu QKB nə olan şeydir ki, hər kəsdə pis bir iz buraxır? Maraqdan Endi çatlamaq üzrə idi.