Qapı bağlandı.
Amma heç bir səs eşidilmədi.
Sanki bağlanan bir otağın qapısı yox, mənə verilən son şans idi.Çırpılmadı, qırılmadı, amma bütün gələcəyimi içimdəki səssizliyə kilidlədi.O səssizlik, kədərli bir mahnı kimi,hamı unutduğum səsin izlərini yenidən dəstəkləyirdi.Ətraf eyni, tanış, səssizlikdə idi. Amma mən artıq bu tanışlığın içində yad, sürreal bir kölgə idim.Hər bir daxili qapı illərin yükünü daşıyaraq bir-bir qapandıqca, içimdəki keçmişin həssas naxışları silinirdi.Artıq mən, açarsız, sanki keçmişin məhəbbəti ilə yanmış bir xatirə idim.
Güzgüdəki öz əksim yox idi.Onun yerinə yalnız bir baxış vardı.Sanki bu baxış, dalğalar kimi mənim bütün lətafətimi götürüb,o anı bəyan edirdi:
“Hər kəs öz içində itmişdir.”
Bu baxış sənin üçün bir sorğu,həqiqətin səssiz həbsi idi.Hərəkət etmək mümkün deyildi.Hərəkət əvəzinə bütün mənəvi sərhədlər yıxılırdı.İrəli ilə geri, yuxu ilə oyanıqlıq arasında tərs-salanan qeyri-məntiqi bir an idi bu.Bədənim yox,yalnız xatirələrimin parçaları yerə üzüldü,özünə doğan bir labirint kimi.Ayaqlarımın altında bütünlük yox idi.Boşluğu seyr etdikdə,özümü bir vaxtlar unutmaq istədiyim,amma heç vaxt azad ola bilmədiyim bir mənin daxilində tapdım.Hər addım,keçmişin kəsilmiş parçalarını,uğursuz ümidləri, səssiz duaları çağırırdı və hər biri ilə vidalaşır,öz varlığımın fərqli obrazlarına düşürdüm.Yuxarı baxdım.Orada gələcəkdəki mənin silueti vardı. Tanış, amma soyuq baxışlarla dolu idi.Bir yerə,mənim bütün varlığımı yığan,mənəvi aləmin ən dərin sirri kimi işıq saçırdı.
Arxadan bir səs gəldi.O, nə qadın, nə kişi idi.Sanki səs mənim ruhumun unutulmuş rəmziydi.Bütün sözləri, bütün susqunluqları aşkar edirdi:
"Sən keçmişinin içindən keçmədən gələcəyinə çatmaq istəyirsən.Amma keçmiş – sənin ayağındakı kölgədir.Qaçsan da, o səninlə kişilər, dayansan da, ürəyində iz buraxar."
"Onu anlamadan irəli getmək – dərin, gözlənilməz bir uçurumdur.”
Dönmək istədim.Amma burada dönmək yalnız fiziki bir çevrilmə deyildi.
Öz-özünlə üz-üzə qalmaq,xəyallarla dolu bir labirintin içindəözünü tapmaq idi.
Mən susdum.Və susduqca, o səs sözlərini hissə-hissə bədənimi oxşadı:
“Sən izlərdən ibarət bir kainatsan.
Hər addımın – bir yazıdır.
Əgər sən özünü silməkdən qorxmazsan,
hər iz sənin varlığını yenidən yazacaq.”
İz qarşımdakı boşluğa sığındı.Heç bir yerə aid olmayan,qırmızı və canlı bir izhərəkət edirdi,dərinliyin içində əbədi bir şahid kimi…Bu iz, içimdəki seçimlərin,əvvəlki həyatımın və gələcəyimin rəngləri idi.Addımlarım izlərlə daha da sıxlaşdı.Keçmişim hər hissi ilə canlanır, dəyişir, bir-birindən ayrılırdı.Hər addımda,öz varlığımın fərqli bir hissəsi,həsrətin bir damlası kimi solurdu vəyenidən dirildi.
Sonda…
İz birdən dayandı.
Ətraf qarışıq, ancaq qarşımdakı masa heç də adi bir masa deyildi.Bu masa üzərində,kağız və qələm əvəzinə,nəfəslərin əks-sədası olan bir güzgü yerləşirdi.Güzgüyə yaxınlaşdım,öz yox olmuş əksimi axtarıb,boşluğun içində uçuşan hisslərimi topladım.Lakin bu dəfə güzgü mənə baxmadı o, mənə bir sirr söyləyirdi.Güzgüdəki səma kimi açıq boşluğa,yavaşca, amma dəhşətli bir parıltı ilə,sözlər yarandı:
“45-ci iz tamamlandı.
Amma hələ başlanğıcındasan.”
O an, qəlbimin dərinliklərində bir şey partladı.Nəhayət, gözlənilməz bir döngə yaşandı –
hər şeyin sona çatdığını düşündüyün an,
əsas sirr, özü ilə dəyişdi.Çünki,güzgüdəki əks mən deyildim.O, sənin gələcəyinin, indinin və keçmişinin iç-içə keçdiyi bir qapı idi.
Tam o anda,sanki məkanın öz qanadları açıldı.Ətrafında hər şey dəyişdi.Dövrün sonu yox, yeni bir başlanğıcın qapısı aralandı:üz-üzə qalmış, qorxunc, həyəcanla titrəyən,amma eyni zamanda mükəmməl möhtəşəm bir gerçəklik...
“Sən artıq izləyici deyilsən.
Sən izlərdən ibarət, sonsuz sirlər labirintsən.
Əgər növbəti addımı sən atmasan,
sənin hekayəni sonda yazacaq öz varlığının unudulmaz qələmidir.”
Ancaq işin ən gözlənilməz tərəfi indi gəlir.
Güzgüdəki əks mən birdən cırıldadı,sanki distorsiyalı bir səslə öz-özünə gülümsəyərək:
“Bu, sənin son izin deyil.
Sənin varlığın sonsuz bir romandır.
Bir nöqtədə, sən yalnız keçmişin qələmində deyil,
gələcəyin sirrində möhkəm yer alacaqsan.”
Beləliklə,heç gözlənilməz bir an həyatın bütün parçalarını birləşdirən,dərin və zərif bir sınağın sonunda hər kəs artıq düşünürdü:
"Bu sonuncu sözlərdən sonra nə baş verəcək?"
Çünki,özünü yazan, izləri quran bu varlıq,öz hekayəsinin qəhrəmanı olaraq,yenidən doğmağa hazırlaşırdı.
“Sən artıq izləyici deyilsən.
Sən izlərin, sirlər və gələcəyin hekayəsisən.
Əgər addımların dayanarsa,
sənin tərcümeyi-halını başqası tamamlayacaq
amma bu, sənin öz yazı sənətinə məhəl qoymayacaq.”
Həyəcan, qəlbin içində bir qığılcım kimi titrəsə də,sən artıq bu sirlərin ortasında yaddaqalan bir əfsanə oldun.Hazırsansa, yeni addımlara doğru atılmağa,sənin varlığının yazıldığımükəmməl, möhtəşəm və gözlənilməz səyahətə...
Başlayaq.
Öncəki bölüm | Növbəti bölüm |
Şərhlər (3)