Bir uşağın iç səsi - Nəzrin Mahmudova

Bir uşağın iç səsi - Nəzrin Mahmudova

Nəyə görə valideynlər uşaqları başa düşmürlər, ya da başa düşmək istəmirlər ? Bizləri anlamaq bu qədərmi çətindir ?

Bəzən elə olur ki, biz bir hərəkət edirik - məsələn, sadəcə pəncərədən bayıra baxırıq, ya da  gülürük...Elə bil dərhal valideynlərin analiz sistemi işə düşür.

"Niyə belə dayanmısan ?"

"Niyə gülürsən ?"

"Otağından niyə çıxmırsan ?"

"Kiminlə yazışırsan ?"

Sual, sual, sual .....

Bizi anlamırlar. Sanki səhv etməməliyik və etmiş olsaq da danlaq, məzəmmət, cəza almalıyıq.

Sanki böyüklər uşaqları danlamaq üçün var, anlamaq üçün yox...

Niyə keçmişlərini unutaraq "yeni nəslin uşaq"larının maraqlarını normal qarşılamırlar ? Onlar elə bilirlər ki, uşaq olanda heç nə etməyiblər.

Ən çox da məni qəzəbləndirən, valideyn və böyüklərin uşaqların hislərini, düşüncələrini görməzdən gəlməsi və yox saymasıdır. Biz robot deyilik ! Balaca olsaq belə, hadisələri qiymətləndirməyi, fikir yürütməyi, əylənməyi bacarırıq. 

Məqsədim valideynləri pisləmək və onlara nifrət hissini oyatmaq deyil. Sadəcə bizi təhlil etməzdən əvvəl anlasınlar deyə, yazıram bu yazını ...

Biz uşaq olsaq da, duyğularımız böyükdür. Tək istəyimiz duyulmaqdır.

Bu yazını oxuyan, hər kəsə təşəkkür edirəm. Sadəcə bir uşağın iç səsi olmaq istədim.🤍

Şərhlər (26)

  1. Ağ göyərçin

    @Ağ göyərçin

    15 iyul 25, 16:56
    Bu düşüncələrin səbəbi pis insanlardı elədikləri qorumaqdır axı onlarda uşaq olub böyüb və indi gördüklərini istəmirlər uşaqları o pis insanların cənginə düşsün
  2. AytenCelilova

    @AytenCelilova

    04 iyul 25, 15:39

    Aynur xanım çox sağ olsun hərşeyi çox gözəl çatdırıb,bizə söz qalmayıb.🥰Amma çox təəssüf ki bütün valideyinlər eyni deyil,eyni anlayışlı qarşılamır hərşeyin ən pis tərəfinə çox baxır bu isə qorumaq olduğu qədərdə güvənsizlik yaratmaqdır.Övladını qoruyasan amma onun istəklərini sorğulayaraq,ciddi acıqlı qadağalar qoyaraq deyil.Valideyinlərə bəzən mənə güvənmirsən? Deyəndə sənə güvənirəm ətrafa güvənmirəm deyirlər.Əziz valideyinlər anlamırlar ki onda güvənsizlik hissi yaradırlar.Ətrafa güvənməmək isə övladına güvənməmək deməkdir.Əgər sən o insana ki güvənirsənsə onun xoş olmayan ortamdan da rahatlıqla çıxacağına güvənməlisən.Özümdən bilirəm ailəm hər zaman mənim hər addımıma güvənərək razılaşıb və  sənə güvənirik sən ən doğrusunu edərsən deyərək mənə azadlıq verməyib əksinə mənim üstümə bir öhdəlik qoyub özümü hər mənada qorumaq borcu duyuram mən.Ailəmin mənə olan güvəni heç cür sarsılmasın.Hər zaman fikir irəli sürürlər məsələn belə edsən daha yaxşı olar deyib sonrada amma özün bil necə istəyirsən.Demirəm ki mənim Ailəm ideal bir ailədir xeyir amma Aynur xanımın dediyi kimi onlar da valideyinlik öyrənirlər.Amma buda bəzi uşaqlar üçün ağır gəlir.Necə ki 13 yaşlı qızını oxutmayıb,evləndirən ata,ana kimi cahil düşüncəli valideyinlər var.İnanın ki buda elmsizliyin,savadsızlığın əsasında baş verib.

    1. NezrinM

      @NezrinM

      04 iyul 25, 16:14

      Eyni fikir sahibi olduğumuza sevindim !

      Təəssüf ki, qıt düşüncəli valideynlər də var, siz deyən kimi 13 yaşlı bir uşağı evləndirərək...uşaq və evləndirmək sözünü yanaşı qoymaq necə də absurd səslənir. Amma bunu edən də həmən valideynlərdir. Hər valideyn eyni olmur...

      Şərhiniz üçün təşəkkür edirəm !

      1. AytenCelilova

        @AytenCelilova

        04 iyul 25, 17:49

        Çox əfsuslar olsun ki elədir...

        Xoşdur.Uğurlar🌟💫

        1. NezrinM

          @NezrinM

          04 iyul 25, 19:01

          Çoox sağ olun🤍🫠

    2. Aynur Yusifova

      @Aynur Yusifova

      04 iyul 25, 19:55

      İlk öncə təşəkkür edirəm ki məni anlayışla qarşılamısız.Əlbbbətə hamı eyni deyil.Fikirlərim yalnız mənim düşüncələrim idi.Görürəm oxumusuz yazdıqlarımı.Bu qızın iç səsini oxuyan kimi oğluma göndərdim ki görəsən onun cavabı nə olacaq.Onun yazdıqlarını da paylaşmışam.Gördüm ki məndə ideal valideyn deyiləm.Hardasa onun da məndən bizdən gözlədikləri var.Amma nə olur olsun həmişə özlərinə deyirəm.Nə qədər ki nəfəsim üstümdədi urəyim döyünür nəfəsim də sizidi ürəyimdə.Bəlkə də hardasa mən də onları incidirəm qadağalar qoyuram.Amma əsla tək qoymaram.Güvənsizlik etməm onlara.Sizə də təşəkkür edirəm diqqətiniz üçün.Burda yalnız paylaşıma cavab vermişəm.Oğluma isə vatsap üzərindən bir dinləyən anlayan ana olaraq cavab verdim.🥰

  3. SİRİUS

    @SİRİUS

    04 iyul 25, 11:37

    Bir uşagin iç sesi olmaği ancaq anlaşilmayan bir uşaq yaza bilərdi. Və siz de bizlərdensiniz. Ki bu cür yazmaği bacarırsınız. Antuan De Sent Ekzuperinin de dediyi kimi : Valideynlər öz özlüyündə heç bir şey başa düşmürlər,uşaqlar isə onları hər dəfə nəyisə başa salmaq üçün yorulub əldən düşürlər. Bu məqalə çox təsirlidir. Məncə bizi anlamaq hiss etmək kimidir. Her kesde qəlb var ama bəziləri hiss etməz. Teşekkür edirəm bir uşagin bütün qişqiriqlari bütün səssizliklerini yazında sanki canlandırdız. Demək ki her birimizin içindei uşag anlaşilmir. 

    1. NezrinM

      @NezrinM

      04 iyul 25, 16:15

      Çox sağ olun. Gözəl şərhinizə görə minnətdaram❤️

    2. Aynur Yusifova

      @Aynur Yusifova

      04 iyul 25, 20:00

      Saytdakı bu mövzu iki gündü məni adətən sarsıdıb.Və çox istərdim ki başqa valideynlərdə cavab yazsın.Mən tək siz uşaqlarla baş edə bilmərəm.Və görürəm ki,nə qədər ata,ana qayğısından uzaq qalmış uşaqlar var.Çox istərdim ki bunu görən valideynlər ən azından bizim gələcəyimiz dünyamız olanlara ən azından iç səslərini eşitmək üçün uzaqdan olsa mənəvi dəstək olaq...

  4. MinayNadirova

    @MinayNadirova

    04 iyul 25, 10:58

    Axır istədiyim bir məqalə gəldi həqiqətən bizi başa düşmək bu qədər çətindi ki məncə valdeyinlər uşaqlarının maraqlarına diqqət ilə yanaşmalıdı  mənim ən böyük arzum fudbolçu olmiaq dı amma böyüklər  bu peşəyə gərəksiz baxırlar  nəyə lazımdı?bu peşədə pul yoxdu !qız fudbolçu olar yox bir nələr .amma bir düşünün hər kəs doğulandan istedadlı olmur  azacığ ola bilər amma sən öz üzərində işləməsən heç nəyə nail ola bilmərsən  mənə Valdeyinlərim Əfsanə fudbolçuıarın uşaqlıqdan doğulandan bacarıqlı olduğlarını deyirlər amma bu belə deyil Favori Fudbolçum Ronaldo o  doğulanda bacarıqlı olmuyub o öz üzərində çalışıb və  indi dünyanın ən əvəz olunmaz fudbolçusudu bunu mən demirəm o öz danışamlarında bunu vurğulayıb mən çox istiyərəm ki Valdeyinlər  Uşaqlarının istəyini o peşə ilə qazanlıcaq məbləğə yox ona bəxş edəcəyi xoşbəğtliyi düşünsünlər

    1. NezrinM

      @NezrinM

      04 iyul 25, 11:23

      Sizinlə tam razıyam. Bəzən valideynlər bizim yaxşılığımızı istədiylərini deyərək maraqlarımızı da yox sayırlar ...

      Məncə, hansı peşəni istəyirsənsə, o sahə də irəliləmək, çalışmaq lazımdır. Bu barədə də yeni bir məqalə gələcək. Şərhinizə görə minnətdaram !🤍

  5. Nigar

    @Nigar

    04 iyul 25, 09:47

    Sizinle razıyam. Doğrudur. Yeni otaqdan çıxmamaq sebebimiz araşdırılmadan direkt olaraq değilim ki kiminle yazışırsan yada neye baxırsan.? 

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      04 iyul 25, 20:04

      Çox istərdim ki həyatda qızım olsun.Onunla ana yox rəfiqə olardım.Və sizin dediyiniz kimi edərdim.Araşdırardım onunla elə mehriban danışardım ki,özü açıb tökərdi bütün söhbətləri.Həə oxuyub deyəcəksiz ki qızınız yoxdu deyə belə düşünürsüz.Yanılmış olarsız.Tam ürəyimdən keçənləri yazdım.Və onu da deyim ki,iki oğlumla dostam😊❤️🤍

  6. Dərya Qasımova

    @Dərya Qasımova

    03 iyul 25, 22:13

    Bəzən valideyinlər bizim həyatımız da düzgün qərarlar vermir.. Uğurlar 

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      03 iyul 25, 22:33

      Sizinlə razıyam.Çünki vaxt var idi məndə siz yaşlarda idim.Valideynlərimin həyatım üçün verdiyi bəzi qərarlar düzgün deyildi.Hələ də onların bəzi izləri mənlədi.Amma bir şeyi də unutmayın ki,bu hər zaman elə deyil.Bəzən biz görənləri siz görmürsüz.Bax onda gərək ki anlayan və dinləyən siz olasız.Heç bir valideyn istəməz ki övladı pis günlər görsün...

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    03 iyul 25, 21:34

    Cavabım uzun olduğu üçün 3,4 yerə böldüm.Şəhr bölməsi qəbul etmədiyi üçün.İnşallah ki, ard ardına oxuyub bəlkə də anlayasan biz valideynləri❤️

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    03 iyul 25, 21:09

    Sənin yazını oxudum.Və oğluma göndərdim ki görüm o mənə cavab verir.Hələlik onun düşüncələrini sənlə paylaşmaq istəyirəm.

    Sonra isə hər ikinizə də cavab verəcəm.Sənə də gözəl qızım oğluma da.

    Bu hadisə baş verdikdən sonra insan vaxt keçdikcə valideynə ehtiyac duymur duyumsuzluğ anlayışsızlığ insanı yorur bəzi şeyləri beyində qalan problemləri öz özünə və yaxud dost kevrəsi közdüyünə görə insan artıq uzaqlaşır və sonradan evladın uzağlaşdığınə görən valideynlər 2 gür olur ya daha da üstünə getməyə başlayan yada artığ anlamağa çalışan dahada üstünə gedən valideyn tipi artığ evladın gözündə boş bir insana çevrilir sonradan anlamağa çalışan valideyn isə nəyə görə əvvəl yox indi sualını yaradır uşağın beynində və suallar içində qalmaqalda davam edir

    Bəzi problemlər valideynlərin problemi daha çoxdu deyə uşağın problemi sadə gəlir və yola verib keçirlər amma artıq anlamırlar ki o uşağa görə o problem böyükdür hır kəsin problemi özünə görə böyük olur pəncərə arxasından uşağın nə hisslər duyğular keçirdiyini görən valideyn eləcə pəncərə arxasında tox pəncərədən içərdə evladının yanında olmalıdır ki uşağ tək qalmasın

    Bu mənim oğlumun cavabı.İstədim ki görək onun düşüncəsi nədi.

    Siz baya biz valideynlərdən şikayətli imişsiniz😊

    Balam, deyərək başlayıram.Özümü bir anlıq qoydum ananın yerinə.😊
    Sözlərini oxudum. Düzünü deyim, qəlbimə toxundu. Bir tərəfim kövrəldi, bir tərəfim isə incidi,küsdü,digər tərəfim isə hər şeyi sənin gözündə yaşadım. Çünki sən mən, valideynini yalnız danlayan, anlayışsız insanlar kimi görmüsən. Halbuki mən hər gün səni anlamaya, qorumağa çalışıramSən deyirsən ki,sadəcə pəncərəyə baxıram, ya gülümsəyirəm və mən dərhal sual verirəm. Amma bil ki, bu sualların arxasında nəzarət yox,sənin canını sıxmaq, qadağalar yox narahatlıq dayanır. Sən otağına çəkiləndə, mən  qorxuram bəlkə bir dərdin var, bəlkə bir sıxıntın, bəlkə etdiyin bir səhfin,demək istəyibdə deyə bilmədiklərin...Bəlkə susmaqla mənə bir şey deməyə çalışırsan... deyə narahatlıqlarım olur.Bəlkə ona görə çox sorğu sual edirəm.Bizə sənə necə kömək edə bilərik? deməyi heç kim öyrətməyib.Biz də suallarla öyrənmişik valideyn olmağı.Mən sənə niyə belə dayanmısan? deyəndə, niyə gülürsən? soruşanda, məqsədim  səni incitmək deyil. Həyatını izləməyimdir. Çünki sənin həyatın mənim nəfəsimdir.Səni danlamaq üçün yox, bəzən qorumaq üçün sərt davranıram. Bəli, bəzən düzgün yanaşmıram. Sənin hisslərini görmədiyim ya da üzərinə getdiyim vaxtlar olur. Amma bil ki, mən də valideynlik öyrənirəm səninlə. Bizə heç kim bu işin dəqiq yolunu göstərməyib.Mən də  keçmişdə uşaq olanda çox şey yaşamışam. Bəlkə də bu gün sənə qadağan etdiyim  hər şeyin acısını vaxtilə çəkmişəm Odur ki, bəzi şeyləri qadağan edərkən səni əngəlləmirəm özümü o ağrılardan qoruyuram.Səni də qorumaq üçün.

  9. Fatimə Bayramova

    @Fatimə Bayramova

    03 iyul 25, 19:32

    Bu yazını valideynlərin də ayrıca oxuyub, uşaqların nə düşündüklərini anlamalarını istəyirəm. İnşallah,daha çox yerlərə çatar🙏🏻

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      03 iyul 25, 19:35

      Bir valideyn olaraq cavab verəcəm.😊

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        03 iyul 25, 21:20

        Sən yazırsan: Biz robot deyilik.
        Bunu deyəndə sənə tam haqq verirəm. Amma bir şeyi də unutma! valideynlər də robot deyil. Mənim  də hisslərimi var. Bəzən susuram, bəzən səni incitmək istəmədiyim üçün sərtləşirəm, amma içimiş yanır.Sonradan peşam oluram Bəlkə də kövrəlib ağlayıram niyə belə etdim deyə...Bu yazını yazaraq səsini çatdırmısan  və bu çox dəyərlidir. Amma unutma ki, mən də bəzən duyulmaq istəyirəm
        Təkcə mən səni yox, sən də məni anlayarsansa, o zaman bir ailə olaraq bir-birimizin gücü olarıq.Bax onda hər şey daha gözəl olar.

        1. Aynur Yusifova

          @Aynur Yusifova

          03 iyul 25, 21:27

          Səni sevirəm. 🤍😍Həmişə də sevəcəm. Amma sevgimizin yolu həmişə yumşaq olmur. Bəzən sərtdir, çünki həyat da sərtdir. Mən istəmərəm ki, o sərtlik sənə birdən-birə dəyəndə yıxılasan.Güclü olmağını istəyirəm.Bizi danlamaq üçün yox, anlamaq üçün bax. Mən sənə baxdıqca, hər sualım da sadəcə bir şey demək istəyirəm.Sənin üçün burdayam amma bəzən burda necə olacağımı bilmirəm.😔

          1. Aynur Yusifova

            @Aynur Yusifova

            03 iyul 25, 21:30

            Sənin bu yazın mənim kimi valideynlər üçün bir oyanış zəngidir deyə düşünürəm.Mənə  göstərdin ki,hardasan yox? necə hiss edirsən? Bu gun neçə qiyməti aldın yox? Günün necə keçdi? kimi sualını da verməliyəm.
            Əmin ol ki sən eşidilməyə laiqsən.Sən sadəcə bir uşaq deyilsən.Sən mənim üçün dünya aləmsən Duyğularınla,fikirlərinlə,gülüşlərinlə
            Səni görür və duyuram🤍🤍Və sənə dərin təşəkkür edirəm.Anlayan və anlamağa çalışan bir valideyn🥹

            1. NezrinM

              @NezrinM

              03 iyul 25, 22:48

              Çox sağ olun, məni balanız yerinə qoyduğunuz və dəyər verib fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirəm. 🥹🤍

              Yazınız məni çox təsirləndirdi.

              Mən bu yazını bizi dinləmədən qınayan, hər hərəkətimizdə səhv axtaran və daim onları məhdudlaşdıran valideynlər üçün yazmışdım.

              Sizin kimi anlayışlı insanlar olduqca, bu dünya daha da gözəlləşəcək və biz uşaqlar özümüzü daha rahat və dəyərli hiss edərik.❤️

            2. Aynur Yusifova

              @Aynur Yusifova

              03 iyul 25, 23:18

              Sən sağ ol.Xoş idi.Nə olur olsun unutma ki,nə qədər səhf də olsanız, lap pis yerini nəzərdə tutub deyirəm.Yenə də bizim övladımız qızımız, oğlumusuz.❤️

            3. NezrinM

              @NezrinM

              03 iyul 25, 23:27

              Təəssüf ki, bütün valideynlər belə deyil. Və övladının ilk səhvidə belə buraxıb gedə bilirlər. Hər valideyn əfsus ki, eyni deyil. Heç övladın səhvi olmasın, başına gələn hadisəni valideyninə doğru danışanda valideyn inanmır, güvənmir. Belə valideynlər də var...

              Şərhiniz üçün çox sağ olun.

    2. NezrinM

      @NezrinM

      03 iyul 25, 23:08

      çox sağ olun, İnşAllah🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol