Məqalə

Məqalə düşüncələrin, araşdırmaların və şəxsi baxışların məntiqi və əsaslı şəkildə ifadə olunduğu yazı növüdür. Bu bölmə oxucuların yolladığı məqalələrə həsr olunub. Burada müxtəlif mövzular üzrə fikirlər paylaşılır, bilik və təcrübələr oxucudan oxucuya ötürülür. Məqsəd açıq fikir mübadiləsi və dəyərli məzmun yaratmaqdır.

"İaşə obyektlərində və elan mətnlərində orfoqrafik xətalar" Məqalə
12-10-2026, 22:47 0

"İaşə obyektlərində və elan mətnlərində orfoqrafik xətalar"

Bu gün müxtəlif iaşə obyektlərinin adlarında, elan və reklamlarda orfoqrafik normaların pozulduğunu müşahidə edirik. Bu hal sosial mediada daha geniş müzakirə olunur. Biz də bu istiqamətdə müşahidə aparıb, qənaətlərimizlə bölüşmək qərarına gəldik. Mühakimənizə təqdim etdiyimiz yazı da sosial şəbəkələrdə yol verilən orfoqrafik səhvlərin şəkil əsasında göstərilməsi, düzgün və yanlış yazılış arasındakı fərqlər, bu səhvlərə yol verməklə hansı orfoqrafiya qaydalarınnı pozulması və bu problemlərin həll yolları haqqındadır.

“Sən Doğrudan Özünsən, Yoxsa Başqalarının Versiyası?” Sizdən Gələnlər / Məqalə
9-05-2026, 12:44 4 5.8

“Sən Doğrudan Özünsən, Yoxsa Başqalarının Versiyası?”

Səhər telefon ekranı açılır və insan öz gününə yox, başqalarının həyatına daxil olur. Bir az filankəsin görünüşü, bir az cəmiyyətin səsi, bir az da “belə olmalısan” deyən gözləntilər onun üzünə yapışır. Sonra güzgüyə baxanda gördüyü adam doğrudan özüdürmü, yoxsa illərlə başqalarının əlində yoğrulmuş bir obrazdır? Bu yazı insanın özünü birdən yox, yavaş-yavaş, fərqinə varmadan necə itirdiyini soruşur.