“Sən Doğrudan Özünsən, Yoxsa Başqalarının Versiyası?”

“Sən Doğrudan Özünsən, Yoxsa Başqalarının Versiyası?”

Səhər oyanırsan. Telefonu götürürsən. Kim nə paylaşıb, kim necə görünür, kim nə deyib… Gün hələ başlamadan, başqalarının həyatı sənin düşüncənə daxil olur. Sonra güzgüyə baxırsan..Gördüyün insan sənə doğrudan tanışdırmı? Yoxsa bir az filankəsə bənzəyir, bir az cəmiyyətin istədiyi kimidir, bir az da başqalarının “olmalısan” dediyi bir obrazdır? İndi özünə səmimi cavab ver: Sən doğrudan özünsən? Sən necə “başqası” oldun? Heç kim birdən-birə özünü itirmir. Bu, yavaş-yavaş olur. Uşaqlıqdan başlayır: “Belə danışma.” “Belə geyinmə.” “Belə etmə, ayıbdır.” “İnsanlar nə deyər?” Sonra məktəb, dostlar, sosial mühit… Daha sonra sosial şəbəkələr. Sən fərqinə varmadan formalaşan bir qəlibin içinə düşürsən. Əvvəlcə uyğunlaşırsan, sonra öyrəşirsən, sonda isə elə hesab edirsən ki, bu sənsən. Amma bir sual var: Əgər hamının təsiri ilə formalaşmısansa, bu necə “sən” ola bilər? Sənin neçə üzün var? Bir dost mühitində başqa cürsən. Ailə yanında başqa. İşdə və ya məktəbdə başqa. Bəzən hətta sosial şəbəkədə başqa bir insana çevrilirsən. Bu normaldırmı? Bəli, müəyyən qədər. Amma problem nə vaxt başlayır? O zaman ki, bu “rollar” o qədər çoxalır ki, artıq özünün kim olduğunu ayırd edə bilmirsən. Bir anlıq düşün: Əgər səni heç kim tanımasa, heç kim qiymətləndirməsə, heç kim tənqid etməsə… sən necə biri olardın? İndi yaşadığın həyat o cavabla uyğun gəlir? İnsanların böyük bir hissəsi qərarlarını belə verir: “Görəsən, bu başqalarının xoşuna gələr?” Bəs öz xoşuna gəlirmi? Səncə niyə bu qədər insan özünü gizlədir? Niyə çoxu ürəyindən keçəni demir? Niyə insanlar risk etmir, fərqli olmaqdan qorxur? Çünki bəyənilməmək qorxusu var. Amma bir həqiqəti qəbul etmək lazımdır: Hamını razı salmaq istəyən insan, sonda özünü itirir. Sən kim olmaq istəyirsən? Hamının bəyəndiyi biri? Yoxsa həqiqətən özün? Sosial media Sənin həyatındır, yoxsa vitrinin? Sosial şəbəkələrdə gördüyün insanların həyatı həqiqətdirmi? Hər kəs xoşbəxt, uğurlu, problemsiz görünür. Sən də baxırsan və öz həyatını onlarla müqayisə edirsən. Sonra nə baş verir? Yavaş-yavaş özünü dəyişməyə başlayırsan. Daha çox bənzəmək üçün. Amma sən heç düşündünmü: Bəlkə onlar da özləri deyil? Belə olanda ortaya qəribə bir vəziyyət çıxır: Hamı başqasına bənzəməyə çalışır, amma heç kim özü olmur. Sən də o siyahıdasan? Özün olmaq – asan deyil “Özün ol” demək asandır. Amma bunu etmək çətindir... Çünki bu, cəsarət tələb edir. Bəzən tək qalmağı qəbul etmək deməkdir. Bəzən tənqidə dözməkdir. Bəzən də “yox” deməyi bacarmaqdır. Amma başqa bir sual: Başqası kimi yaşamaq daha asandır, yoxsa özün kimi yaşamaq? Bəlkə asan görünür. Amma uzun müddətdə insanı yorur. Çünki sən özün olmayan bir həyatı davam etdirmək üçün hər gün rol oynayırsan. Nə vaxta qədər? Sən kim olmalısan? Bəlkə də ən vacib sual budur: Sən kim olmaq istəyirsən, yoxsa kim olmağa məcbur hiss edirsən? Bu ikisi fərqlidir. Sənin dəyərlərin nədir? Sənin istəklərin nədir? Səni xoşbəxt edən nədir? Əgər bu suallara cavab verə bilmirsənsə, deməli sən hələ özünü tanımırsan. Bir az dayan və bax Bəlkə də çox qaçırsan. Bəlkə çox düşünmədən yaşayırsan. Bəlkə başqalarının səsi o qədər güclüdür ki, öz səsini eşitmirsən. Bir az dayan... Telefonu kənara qoy. Səssizliyə bax. Özünlə tək qal. Və soruş: Mən doğrudan özüməm? Əgər cavab “bilmirəm”dirsə — bu pis deyil. Bu, başlanğıcdır. Çünki özünü tapmaq üçün əvvəlcə itirdiyini qəbul etməlisən. Nəticə olaraq, sən ya öz həyatını yaşayacaqsan, ya da başqalarının səndən gözlədiyi həyatı. Orta yol yoxdur. Seçim səndədir. Amma unutma: Başqası kimi mükəmməl olmaqdansa, özün kimi natamam olmaq daha dəyərlidir...

Şərhlər (4)

  1. Hezret

    @Hezret

    10 may 26, 09:33

    Bu həyatda heç vaxt bir nəfər kimi olmaq istəməmişəm və olmamışamda. Həmişə dürüst doğru danışan biri olmuşam. Hərkəs də elə bilirki mən həqiqəti deyirəm deyə onları incitirəm kimi qəbul edirlər. Sinifdə ətrafımda adım üçün min cür şailələr çıxarırlar özüm özümə çox qapanmışam. Amma heç kim kimi olmaq istəmirəm. Mən nə edimki öz özümə qapanmadan çıxım? Ancaq kitab oxuyuram ailəm də elə bilir ki məcburi kitab oxuyuram amma onlar bilmirki 3 il əvvəl həyatım dəyişib. Qərarım dəyişim özüm olmaqı seçmişəm. 

    1. Sürayə

      @Sürayə

      17 may 26, 21:38

      Bəlkə də hər kəsin sizi olduğunuz kimi qəbul etməsi üçün zamana ehtiyacı vardır. Bunun üçün narahat olmayın siz ən doğrusunu edirsiniz. Rəyinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.🙏🏻

  2. Aynur Yusifova

    @Aynur Yusifova

    10 may 26, 09:30

    Nə qədər fikirləşsəndə suallara cavab tapsanda yenə də hardasa özü olmur özü üçün yaşamır.Yenə də kimə görəsə,nəyə görəsə öz həyatından öz yaşayışpndan istəyindən arzusudan olur.

    Amma və lakin özünü tanımaq özü olmağı bacarmaq bəlkə də 40 yaşından sonra dərk edir.Artıq kim nə deyər kimi sözlərlə fikirlərlə yaşamır.Tam tamına özü olmağı seçir və bacarır...

    1. Sürayə

      @Sürayə

      17 may 26, 21:34

      Bəli elədir demək olar ki, amma nə qədər tez özümüz olmağı bacarsaq, o qədər də uğurlu şəxsiyyətə çevrilərik. Rəyinizi bölüşdüyünüz üçün təşəkkür edirəm.🌷🙏🏻

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol