Rəqəmsal Əsrin Səssiz Epidemiyası: Diqqət Dağınıqlığı və Daxili Hüzura Gedən Yol

Rəqəmsal Əsrin Səssiz Epidemiyası: Diqqət Dağınıqlığı və Daxili Hüzura Gedən Yol

Müasir dünyamız sürətli, rəngarəng və hər saniyə bizi yeni bir məlumatla bombardıman edən bir məkandır. Cibimizdəki smartfonlar, hər an gələn bildirişlər və sosial medianın sonsuz lentləri bizə hər şeyə eyni anda çatmaq imkanı verir. Lakin bu vizual və rəqəmsal bolluğun arxasında müasir insanın ən böyük və aktual problemi gizlənir: Diqqət dağınıqlığı və daxili boşluq hissəsi. Biz artıq bir kitab oxuyarkən, sevdiyimiz insanla söhbət edərkən və ya sadəcə qəhvə içərkən belə tam olaraq "anda" ola bilmirik. Fikrimiz daim başqa yerdədir. Bu rəqəmsal xaos bizi həm özümüzdən, həm də həyatın real gözəlliklərindən uzaqlaşdırır. Bəs bu burulğandan necə çıxmalı və itirdiyimiz daxili hüzuru necə bərpa etməliyik? Keçən həftə ailəvi çıxdığımız bir şam yeməyində şahidi olduğum inanılmaz dəyişiklik mənə bu sualın cavabını tamamilə tapdırdı və həyatımda yeni bir səhifə açdı. İndi sizə bir hadisə danışacağam. Bu mənim real həyatda, lap yaxından qarşılaşdığım və içində olduğum bir hadisədir. Bizim illərdir çox yaxın olduğumuz, evlərinə gedib-gəldiyimiz, atamın köhnə və ən yaxın dostu Akif əmi var. Ailə dostu olduğumuz üçün uşaqlıqdan bəri hər sevincimizdə bir yerdə olmuşuq, saysız-hesabsız nahar və axşam yeməklərini eyni masa arxasında paylaşmışıq. Akif əmi çox uğurlu proqram təminatı mühəndisidir. Amma son bir neçə ildə bərabər yediyimiz bütün yeməklərdə mən eyni mənzərəni görürdüm: qarşımızda fiziki olaraq oturan, amma ruhən tamamilə başqa yerdə olan bir insan. Hər 2-3 dəqiqədən bir gözü telefonun ekranına qaçır, gərgin halda telefonunda nələrisə yoxlayırdı. Hətta onunla söhbət edəndə belə fikrinin dağınıq olduğunu dərhal hiss edirdim. O, rəqəmsal dünyanın içində tamamilə tükənmişdi. Bu diqqətsizlik təbii ki, təkcə iş həyatı ilə məhdudlaşmırdı; onun bütöv ailəsinə, evinə də sirayət etmişdi. Bir gün onlara qonaq gedəndə süfrə arxasında yaranan o ağır gərginlik hələ də yadımdadır. Akif əmi yenə həmişəki kimi gözünü telefondan ayırmırdı. Yoldaşı dözməyib, hər kəsin yanında bir az gileyli, bir az da incik səslə söz atdı: "Akif, daha o telefonu kənara qoy, bir az da olsa bizimlə maraqlan. Bu evdə hər kəsə qarşı çox diqqətsizsən, bizə artıq heç vaxt ayırmırsan". O an Akif əminin üzündəki çarəsizliyi və ailədəki o gizli mübahisələrin, soyuqluğun nə qədər dərinləşdiyini hamımız hiss etdik. Bu virtual asılılıq onun evindəki hüzuru yavaş-yavaş yox edirdi. Keçən həftə yenə ənənəvi olaraq bir restoranda yığışdıq. Masa arxasında atam, anam, mən, Akif əmi, yoldaşı və onun 5 yaşlı şirin qızı vardı. Mənimlə həmyaşıd olan digər böyük qızı isə müəyyən vacib səbəblərdən bugünkü axşam yeməyinə gələ bilməmişdi. Amma bu dəfə tamam fərqli bir şey baş verdi. Mən masa arxasına əyləşəndə gözlərimə inana bilmədim. Qarşımda oturan Akif əmi sanki 360 dərəcə dəyişmişdi. O, keçmişdəki o yorğun, gərgin və gözü daim telefonda olan adam deyildi. İnanılmaz dərəcədə enerjili, daxilən hüzurlu və çox xoşbəxt görünürdü. Ən qəribəsi isə o idi ki, telefonunu masanın üzərinə belə qoymamışdı, tamamilə bizə fokuslanmışdı, gülümsəyirdi və söhbətdən zövq alırdı. Mənim və masadakı digər ailə üzvlərimizin bu heyrət dolu, qəribə baxışları Akif əminin diqqətindən qaçmadı. O, təəccübümüzü başa düşüb gülümsədi, dərindən bir nəfəs aldı və dedi: "Bilirdim ki, hamınız mənə belə baxacaqsınız. Çünki mən bir neçə gecə əvvəl həyatımı kökündən dəyişən, məni yuxudan oyadan bir hadisə yaşadım". Masa arxasında hər kəs sükuta qərq oldu və Akif əmi bizə elə bir söhbət etdi ki, hamımız donub qaldıq. O, hər kəsin cəsarət edə bilməyəcəyi radikal bir addım atmışdı. Görəsən, onu bu nöqtəyə gətirən nə olmuşdu və o gecə nə baş vermişdi? Akif əmi gözləri dolaraq bir neçə gecə əvvəl evdə yaşadığı o anı danışdı. O, evdə növbəti layihəni düşünüb gərgin halda telefona baxarkən, balaca qızı yanına gəlir, atasının dizini qucaqlayır və düz gözlərinin içinə baxaraq deyir: "Ata, sən anam, bacım və məndən çox bu telefona baxırsan, onunla daha çox vaxt keçirirsən bizə isə vaxt ayırmırsan. Bizi telefonun qədər çox sevmirsən?" Bu sadə uşaq səmimiyyəti Akif əminin bütün divarlarını yıxmışdı. O, yoldaşının dediyi sözlərin, böyük qızına və ailəsinə yaşatdığı o diqqətsizliyin ağırlığını məhz o an dərk etmişdi. Uğurlu olduğunu düşündüyü anlarda, əslində ən vacib insanları və duyğuları qaçırdığını anlamışdı. Amma Akif əmi ümidini üzmək əvəzinə, elə o gecə telefonunu tamamilə söndürüb bir kənara qoyur və özünə söz verir. Onun masa arxasında bizimlə paylaşdığı bu təcrübə və tətbiq etdiyi üsullar mənə göstərdi ki, milyonlarla insanın qarşılaşdığı bu diqqət dağınıqlığı problemi çarəsiz deyil. Həyatımızın idarəsini yenidən əlimizə almaq və bu məqaləni bitirdiyiniz an tətbiq edə biləcəyiniz çox sadə, lakin möcüzəvi addımlar var: 

Rəqəmsal Detoks: Hər gün müəyyən saatları (məsələn, axşam yeməyindən sonra) tamamilə telefonsuz keçirin. Həftə sonları isə sosial mediaya daxil olmamaq barədə özünüzlə razılaşın.

Fərqindəlik Təcrübəsi: Eyni anda bir neçə iş görməyə (multitasking) çalışmayın. Çay içirsinizsə, sadəcə çayın dadına və istiliyinə fokuslanın. Biri ilə danışarkən telefonunuzu üzüaşağı qoyun və qarşı tərəfi ürəkdən dinləyin.

Sükut Anları Yaratmaq: Gün ərzində cəmi 10 dəqiqə heç bir musiqi, video və ya məlumat axını olmadan, sadəcə sakit bir otaqda oturun. Bu, beyninizin dincəlməsinə və daxili səsinizi eşitməyinizə kömək edəcək. Qarşılaşdığımız bu müasir problemlər qarşısında özümüzü günahkar və ya çarəsiz hiss etməməliyik. Texnologiya düşmən deyil, sadəcə ondan istifadə dərəcəmizi biz idarə etməliyik, o bizi yox. O şam yeməyindən sonra Akif əmini və ailəsini hər gördüyümdə evlərindəki o köhnə gərginliyin tamamilə yox olduğunu, yerini xoş bir hüzura verdiyini müşahidə etdim. O, rəqəmsal detoks tətbiq etməyə başladıqdan sonra yuxu rejiminin düzəldiyini, işindəki məhsuldarlığının iki qat artdığını və ən əsası, yoldaşı və qızları ilə münasibətlərinin yenidən canlandığını sevinclə atama danışırdı. Akif əmi dünyanı qaçırmaq qorxusundan xilas olub, anı yaşamağın əsl dadını çıxarmışdı. Artıq o evdə hər kəsin gözləri birlikdə gülümsəyirdi.Mən bu böyük dəyişikliyə çox yaxından, bir ailə dostu kimi canlı şahid olduqdan sonra anladım ki, həyat ekranların arxasında deyil, tam olaraq hazırda nəfəs aldığınız bu andadır. Dəyişiklik etmək üçün heç vaxt gec deyil və bu, böyük fədakarlıqlar tələb etmir. Elə bu məqaləni bitirdiyiniz dərhal sonra telefonunuzun ekranını kilidləyin, dərindən bir nəfəs alın, pəncərədən çölə baxın və ya yanınızdakı insana gülümsəyin. Çünki bu məqaləni oxuyub bitirdinizsə, artıq çıxış yolunu bilirsiniz. Kiçik bir addım, böyük bir daxili inqilabın başlanğıcı ola bilər. Ümidinizi heç vaxt itirməyin; çünki həyatınızın sükanı hələ də sizin əllərinizdədir. 

Şərhlər (0)

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol