Bu sadəcə həyatdır - Spiritus

Bu sadəcə həyatdır - Spiritus

Həyat – kimisinə görə yaşadıqları, kimisinə görə isə yaşaya bilmədikləridir. Kimin üçün savaş meydanıdır, başqası üçünsə güllük gülistanlıq. Bəziləri üçün həyat bir şahmat taxtasında davam edən oyundur.

Əslində, həyat bunların hamısıdır. Bir gün yıxılıb, bir gün qalxmaqdı. Çətinliyə düşsən belə, gülümsəyə bilməkdir həyat. Sənsiz ölərəm deyən birinin sənin yoxluğuna tezliklə alışması, bir aşiqin sevgilisinin dəfnində başqa bir qadına vurulmasıdır. "Həyat gözəldir" deyən insanın, elə həmin gecə həyatını itirməsidir həyat.

Bəziləri üçün pullar, villalar, şöhrətdir həyat. Bəziləri üçün isə, sadə bir evdə tapılan səmimi xoşbəxtlikdir. Həyatın çətinliyi də var, enişi də, yoxuşu da... Amma hər halıyla yaşamağa dəyər bir yerdir.

Bəzən arzular əbədi sükuta qərq olur, keçmiş günlər qəlbimizdə sağalmaz yaralar buraxır, düşüncələr bizi yuxuda belə rahat buraxmır. Lakin həyat hər halı ilə yaşamağa dəyər. 

Bu Sadəcə Həyatdır. 

Şərhlər (7)

  1. ramil

    @ramil

    06 iyul 25, 22:28

    Böyük bir oyuncaqdır həyat,bizdə ona aldanmış balaca uşaqlar...

  2. SİMURQ

    @SİMURQ

    30 iyun 25, 23:40

    Böyük bir yalanın içərisində yaşayıb, dürüstlük uğruna mübarizə aparmaqdır həyat.

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    30 iyun 25, 23:30

    Həyat bizim ona baxşı ilə öz mənasına tapır. Ya, sadəcə bir nöqtəyə fokuslanırsan və həyatın axıb,gedir.Getmiş olsa da sən onun fərqinə varmırsan. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatını yaşayırsan.

    Həyatın mənası  isə bizim baxışlarımızda  gizlənib.Hər kəsin baxışı göyqurşağı kimi rəngli olsun inşAllah.

  4. Fatima

    @Fatima

    30 iyun 25, 10:42

    Yazının hər cümləsi insanı düşündürür. Həyatın acısıda,gözəlliyidə olduğu kimi verilib. Yazının dərin mənası var. Həyat doğurdan da belədir:qarışıq, bəzən çox gözəl,bəzən də çox ağır. Amma yenədə yaşamağa dəyər. Bəzi insanlar üçün həyat puldu. Onlara görə pulun varsa hər şeyin var deməkdir. Amma bəzi insanlar üçün sadəcə pul deyil. Onlar qarşılıqsız sevir. Onlar üçün həyat evdə tapılan xoşbəxtlikdir. 

  5. SİRİUS

    @SİRİUS

    29 iyun 25, 22:36

    Bir bitki qayalarla daşlarla mübarizə aparıb gün üzünə çıxmaq üçün var gücü ilə çalışırsa çiçek açirsa  ,deməli həyatda yaşamağa dəyər çox şey var. Sadəcə görmək və deyerləndirilmek lazım. 

  6. Sunay Məmmədova

    @Sunay Məmmədova

    29 iyun 25, 22:24

    Bəzən hər şey dayanır, insanlar danışır, eşitmirsən. Üzün gülür, amma içində böyük boşluq var. Sən gülərkən, qəlbin ağlayır. Sən susarkən, içində hisslər bağırır. Və bəzəndə minlərlə insan içindən gözün birini axtarır. 

    Onsuz yaşaya bilmərəm deyirsən, lakin, həyat səni onsuzda yaşadır. Zamanla yaranın sağalmağını gözləyirsən, lakin zaman yaranı sağaltmır, sadəcə yarayla yaşamağını vərdişə çevirir. Bəzən həyat tərəfindən sınanırıq, sevdiyimizi alır, inandığımızı qırır, gözləmədiyimiz anda gözləmədiyizdən zərbə yeyirik. Hamısı ayağa qalxmaq, gücünü göstərmək, hər nə olursa-olsun mən burdayam, yaşayıram-özünü tanımaq üçündür. 

    Doğrudur, bu sadəcə Həyatdır-qısa, lakin çox dərin mənalı ifadə✍🏻✨.

  7. Feride

    @Feride

    29 iyun 25, 22:20

    Hə bax bu düzdü , indi sevirəm deyən insanda kim bilir sevdiyinə bir  baxışla , gülüşlə nə qədər xəyanət etmişdir özü belə fərqində deyil gərək o sevda onu yandırsın ki , bir də sevdiyinə nə baxışı nə də gülüşü ilə xəyanət etməsin

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol