Nə isə - SİRİUS

Nə isə - SİRİUS

Nəisə ...5 hərf. Bir kəlmə...bu çox dərin bir quyudur... Heç kəs bilməz bu nəisənin nə qədər dərin olduğunu, içində çox şeyin gizli olduğunu.

Ucsuz bucaqsız anlaşılmazlıqlar böyük səssizliklər.,sözlərə siğmayan hisslər...

İçimizdə bağıran səsi sakitləşdirmə formamız.Susmaq ,Həbs olmaq , Danışmamaq.Bağırmaq ama ,eşidilməmək. Yorulmaq və əldən düşmək . Həll etmədən bitirmək. Bəzən də incimək bütün deyiləcək sözləri bu 5 hərfə sığdırmaq... nəisə ...Və getməyi seçmək... izah etmədən, izah istəmədən, danışmadan dinmədən . Susaraq heç kimə demədən getmək . İçində ən gözəl dəyərli duyğuları qətlə yetirib getmək . Bir daha dönmemek üzrə getmək...

 Kim bilər ki hər gedişin bütün ruhu sarsıtdığını? Qəlbdə sağalamayan yaralar açdığını? Yaddaşa ömürlük həkk olduğunu? Kim bilər ki?

Bir çox ağladığın , kədərləndiyin ,pis olduğun, yalnış etdiyin ,düzgün cavabı bilərkən yalnış sözləri eşitdiyin, bir çox tənqidlər altında qaldığın,bir çox yalnış anlaşılmaları,bir çox yalnız qalmaları,bir çox susmaları ,bir çox acıları,qəlbinin qırılmış parçalarını ,ruhunun yorğunluğunu sadəcə ,bir nəisəyə sığdırmaq o qədər də asan olmadı...

Bilirəm sənində nəisələrə sığmayacaq qədər yaşadıqların var. Kim bilər ki?Bəlkələri daşdıran bir çox arzuların xəyyaların var . Zamanı geri qaytarmaq istədiyin bir çox kaşkilərin var.

Bu yazı təsadüfən qarşına çıxmadı. Bəlkə də biri eşitmədi səsini . Ama başqa biri səsinə qulaq verdi.Biri səssizcə toxundu səssizliyinə .Biri yazdı sözlərə sığdıra bilmədiklərini , kəlimələrə sığdıraraq. Biri anladı səni .Bəlkə biri hiss etdmədi içindəki qarmaqarışıqlığı. Ama biri işığı gəzdirərkən gördü sənin qaranlığa həbs olduğunu. Bir əl uzatdı sanki özünə gəl deyərək. Biri yazdı sadəcə sənə məxsus hissləri . Bəlkə də başqa birinin yarım qoyduğunu tamamilə başqası tamamladı.Biri sadəcə yanında qaldı . Biri səni anlamaq üçün dinlədi, cavab vermək üçün deyil.

Biri sadəcə sən yalnız hiss etmə deyə öz yaşadıqlarını səninlə paylaşdı.Biri gedişi ilə ayna oldu sənə səni göstərmək üçün. 

Biri sən ağlayanda səninlə birlikdə ağladı . Və bəlkə də başqa heç kim göz yaşlarını görmədi... Birinin gülüşü sənin təbbəsümünə səbəb oldu.Birinin sevgisi səni səndən etdi. Başqa birinin sevgisi səni sən etdi. Birinin baxışı ,birini səsi sadəcə sənin yanındayam dedi. Başqa hər kəs getdi .Birinin sənə satılmasını istəyərkən üz çevirdi bəlkə də, başqa biri sənin ehtiyacın olanda sarıldı sənə və bu dünyanın ən gözəl hədiyyəsi oldu. Biri səndən hər şeyini aldı ama, başqa biri dünyaları bəxş etdi. Sadəce eyni acıları yaşayanlar bir birlərini tam anlayır.

Və bir şeyi əsla unutma : sən heç vaxt yalnız deyildin. Səninlə eyni duyğuları yaşayanlar var. Bəlkə fərqli yerlərdə ama eyni dünyada...!

"SİRİUS "


Şərhlər (10)

  1. ramil

    @ramil

    18 avqust 25, 00:33

    Yenədə bəlkələr və nəisələr...

    Bəlkə sözü çox sadə və deyilməsi saniyəni alır, ancaq deyilməsi üçün həm sözün daxilində, həmçinin o sözü deyənin daxilində şübhəkarlıq olur.( əksər hallarda...)

    Məsələn:

    Bəlkə bu belə deyildə belədir,bəlkə o,insan çox yaxşıdır,bəlkə də yox...

    Nəisə, isə hər zaman demək isdəyib də,deyə bilmədiyin o,daxilində qopan ucsuz, bucaqsız qasırğanı,birazda dərindən desəm,tornado-nu əks etdirir.

    Sən susursan , ancaq əlində nəyin var nəyin yox, hamısı onunla birlikdə uçub gedir.

    1. SİRİUS

      @SİRİUS

      18 avqust 25, 17:35

      Bəli nəisə günümüzde an çox işlənən sözdür. Ama əksər hallarda heç kim anlamır dərinliyini. Teşekkür edirəm.🙏

  2. SİMURQ

    @SİMURQ

    12 avqust 25, 17:29

    “Nəisə sözünə sığmayan duyğular, susqunluqda danışan qəlbin sirləridir.”Uğurlar💫 davamlı olması diləyi ilə🙏🏿

    1. SİRİUS

      @SİRİUS

      17 avqust 25, 01:22

      Teşekkürler dəyərli sözləriniz üçün. ❤️☺️🙏

  3. Dərya Qasımova

    @Dərya Qasımova

    11 avqust 25, 20:17

    Bu yazı çoxlarına toxunduğu kimi mənə də toxundu, elə bil içimdə deyə bilmədiklərimi kiminsə qələmindən oxudum. “Nəisə” bir sözlə susqunluğun, yorğunluğun, qırılıb danışmamağın adıymış. Hiss etdiklərimi bu iş qədər incə və dəqiq ifadə edən sözlər çox az olub. Oxuduqca içimdə illərlə yığılmış susqunluqlar səsləndi sanki. 

    Uğurlar, maraqlı idi 🤍

    1. SİRİUS

      @SİRİUS

      12 avqust 25, 16:53

      İnsan bəzən bir neçə cümlədə iki sətirdə tapır özünü. Teşekkürler dəyərli sözləriniz üçün. 🤍

  4. Aynur Yusifova

    @Aynur Yusifova

    11 avqust 25, 16:27


    “Nəisə”  bu, bir insanın içində qopan fırtınaların bircə kəlməyə sığışmış halıdır. Bəzən bir kədəri, bir xatirəni, bir xəyal qırıqlığını, ya da sadəcə danışmaq istəmədiyini gizlədən səssiz etirafdır. Sanki “danışsam çox şey deyəcəyəm, amma susmaq daha sakitdir” deməyin başqa adıdır.

    1. SİRİUS

      @SİRİUS

      11 avqust 25, 16:58

      Bəzən insan sadəcə danişmaq istəyir hər şeyi, ama heç kəsin anlamayaćagini bildiyi üçün susmağa məhkum olur. 

  5. XeYka

    @XeYka

    11 avqust 25, 03:58

    Quyu. Qaranlıq. Bəlkələrlə, Nəysələrlə dolu. İçində ölmüş, Boğulmuş Arzu, ümidlər ilə dolu bir quyu və Son orda əsirsən. Bir gün Ümidsiz Şəkildə quyuda oturanda bir parıltı görünər və başını qaldıranda bir qanadlı varlıq görərsən. 

    Səndən "Burada Nə işin var?" deyər. Sən isə "Nəisə" deyib keçərsən. Sonra isə O sənə Nəisələri haqqında danışıb içində bir ümid doğurar və sən siruşarsan.

    - Sən kimsən?

    - SİRİUS

    Çox maraqlı idi. Gözlədiyim bir hekayə deyildi amma bir qaranlıq otaqda lampa idi..... Qələminizə sağlıq. Uğurlar!

    1. SİRİUS

      @SİRİUS

      11 avqust 25, 10:55

      Dəyərli sözləriniz üçün təşəkkür edirəm. 🍀

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol