Kaş qaytara biləydim ötüb gedən illəri... - Şahmalı Hasan

Kaş qaytara biləydim ötüb gedən illəri... - Şahmalı Hasan

Ruhumu qaytar geri, üşüyür bədənim

Sənsiz torpağın üstü də altı kimidir.

Bu işıqlı, bu gen dünyada mənim

Bədənim divara düşən qaraltı kimidir.


Bir kəlmə söz demirsən, çıxıb gedirsən

İllərlə qurduğum xəyalları yıxıb gedirsən

Elə bil qəlbimdə coşan bir çaysan, 

Gözümdən sakitcə axıb gedirsən


Madam ki ömürlük gedirsən məndən

Niyə gedəndə geriyə baxıb gedirsən?!

Sənsizlikdən quruyub məhəbbət bağı 

Onu da eşq oduna yaxıb gedirsən?!


Əmanət ömrümün çoxu getdi, azı qaldı 

Bilmirəm neçə qışı getdi, neçə yazı qaldı 

Qəlbimdə silinməmiş bir dənə yazı qaldı 

"Kaş qaytara biləydim ötüb gedən illəri"...

Şərhlər (19)

  1. ramil

    @ramil

    22 iyul 25, 19:27

    Şeirdəki axıcılıq ən yaxşı məqam ola bilər.   Səmimi və içdən yazılmış bir şeirdir.

    Uğurlar🌟

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      24 iyul 25, 22:40

      Təşəkkürlər 🙏 

  2. XIII

    @XIII

    14 iyul 25, 08:43

    Şeirin mövzusu çox əladır🤌🏻

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      14 iyul 25, 10:09

      Çox sağ olun 🙏

  3. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 02:12

    Sözlər çox ama çox gözəl mənalı idi.. kaş qaytara bilərdiy.. ama intanasiyada bəzi problemlər var inşallah onlarda düzələr  əllərinizə sağlıq

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      13 iyul 25, 08:24

      Təşəkkürlər 

  4. Röyane

    @Röyane

    11 iyul 25, 13:23

    "Şeirinizi oxudum, sözlər çox təsirli və mənalıdır. Xüsusilə duyğuların səmimiliyi oxucuya çatır. Yeganə bir məqamı qeyd etmək istəyirəm — bəzi bəndlərdə misralar arasında heca sayı fərqlidir. Əgər bu şeir heca vəznində yazılıbsa, misralardakı heca sayının uyğun olması ümumi axıcılığı daha da artırar və şeiri daha bütöv edər. Sözlərin gücünü və mənanı daha da vurğulayar. Əlbəttə, bu yaradıcılıq məsələsidir və bəzən sərbəst üslub da seçim ola bilər. Sadəcə fikir olaraq paylaşmaq istədim, çünki potensialın çox yüksəkdir."

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 14:08

      Təşəkkürlər xoş sözləriniz üçün 🙏 Bəli, haqlısınız, qüsurlar var. Üzərində işləmək lazımdır. Amma mən daha çox nəşr yazıram. Bu şeirmi də təsadüfi tapdım telefonda, silmək istədim, silə bilmədim. Düşündüm ki, elə xam halı ilə paylaşım. 

  5. XIII

    @XIII

    11 iyul 25, 12:21

    "Əsl şair hər sözə qafiyə tapan deyil,əsl şair hər ürəyə yol tapandır".Siz də eynən,sanki bu şeirdə hər bir insanın ortaq duyğularını əks etdirmisiniz,qələminizə qüvvət.Uğurlar.

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 12:22

      Söz ustasının ən ümdə məqsədi budur. Nail ola bilmişəmsə, nə xoş mənə... Təşəkkürlər diqqətinizə görə 

  6. Aynur Yusifova

    @Aynur Yusifova

    11 iyul 25, 11:38

    Zaman geri dönmür.Heç vaxtı da dönməyəcək.Bu zaman içərisində bəzən susuruq,bəzən doluruq,yaxşı günlərdə olur pis günlərdə.İstəsək də istəməsəkdə keçmişin səhifələri bağlanır.Ancaq gələcəyimiz hələ yazılmayıb.Gələcəydə kaşkilərimiz olmasın deyə hələ gec deyil bir işiq bir umid var deyə yaşamağı bacarsaq nə mutlu bizlərə...

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 12:23

      Keçmiş əzab, gələcək qorxu, bu gün isə həyatdır...

      1. Aynur Yusifova

        @Aynur Yusifova

        11 iyul 25, 13:04

        Buda oxucu ilə yazarın fərqi.Cavabınız mükəmməl🥰😊

  7. SİRİUS

    @SİRİUS

    11 iyul 25, 11:31

    Əlinizə etməyinizə sağliq. Ürəkdən gələn sözləri kəlimələrə töküb cümlələrə siğdirmisiz . Teşekkür edirəm.🙏

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 12:24

      Minnətdaram 🙏 

  8. Aynur Yusifova

    @Aynur Yusifova

    11 iyul 25, 11:29

    Salam.İlk öncə onu deyim ki dünən Uraqan müəllim sorğu keçirdi.Tək şansın olduğu üçün Simurq xanımı seçdim.Düzdü o mənim favorimdi.Amma bu o demək deyil ki, sizin qələmə aldıqlarınızı dəyərləndirmirəm.Bu saytda olan bütün yazarların paylaşımlarına hörmətlə yanaşır hər birini vaxt olduqca oxuyuram.Sizə də təşəkkür edirəm ki,saytı özəlləşdirir və gözəlləşdirirsiz 

    Şeirlədə bağlı fikirlərimi yazacam...

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 12:26

      Yazdıqlarım qədər oxucuların rəyləri də özəldir mənə. Könlünüz, ruhunuzu oxşamağı bacardımsa, nə xoş mənə. Təşəkkürlər diqqətinizə görə 

  9. ramil

    @ramil

    11 iyul 25, 11:08

    "Kaş qaytaraydım ötüb gedən illəri"

    Uğurlar🌟

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      11 iyul 25, 11:15

      Təşəkkürlər 🙏 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol