Sirli Qanadlar — Simurq

Sirli Qanadlar — Simurq

Bütün Bölümləri


📖 Kitab haqqında

Bəzən ruhumuzda səssizcə çırpınan qanadların səsini yalnız susduğumuz anlarda eşidirik...

“Sirli Qanadlar” – sadəcə məqalələr toplusu deyil, ruhun səssiz çağırışlarına yazılmış cavabdır. Hər yazı bir yaddaş pıçıltısı, unudulmuş bir hissin sətirlərdə bərpasıdır.

Bu kitab, ağrılarla böyüyən, susqunluqda sehir axtaran və içinə baxmağa cəsarəti olan hər kəs üçündür.

Burada oxuyacaqsınız:

İçinizdəki unudulmuş sehirin necə sakitcə sizi gözlədiyini,

– Sadə bir baxışın, bir melodiyanın ruhu necə oyatdığını,

– Və ən əsası: sehrin heç vaxt itmədiyini – sadəcə, susduğunu.

“Sirli Qanadlar” – kül içindən doğan Simurq ruhunun, insan qəlbinin qırıq, amma hələ də parlayan qanadlarının hekayəsidir.

Bu sətirlərdə bəlkə də öz səsinizi tapacaqsınız.

Və o zaman anlayacaqsınız:

“O sehir hələ də sizdədir.”


1. Bölüm2. Bölüm3. Bölüm4. Bölüm5. Bölüm6. Bölüm

Şərhlər (14)

  1. Aytac

    @Aytac

    30 avqust 25, 00:24

    “Sirli Qanadlar” – kül içindən doğan Simurq ruhunun, insan qəlbinin qırıq, amma hələ də parlayan qanadlarının hekayəsidir.

                        Simurq 🐦‍🔥

  2. AytenCelilova

    @AytenCelilova

    25 iyun 25, 19:48

    Sona ana kimi səbrlə gedib,zövqlə oxumaq xoş idi.Hər bölümdə özlüyümü tapdım.Uğurlar arzulayıram💫🌟

    1. AytenCelilova

      @AytenCelilova

      25 iyun 25, 19:52

      Son anına kimi səbrlə gedib,zövqlə oxumaq xoş bir hiss idi.Hər bölümdə özlüyümü tapdım.Uğurlar arzulayıram💫🌟

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    21 iyun 25, 19:01

    Hər bir bölümü oxumuşam. Sevinc, kədər kövrəlmək, gülümsəmək bir sözlə insanı duyğuların hər birini yaşatmağı hiss etdirməyi bacarmısız.Sizi ürəkdən təbrik edirəm.Uğur arzu edirəm.✨✨✨✨✨✨ 

  4. Siyah_kalp

    @Siyah_kalp

    20 iyun 25, 22:59

    Uraqan bəy uğurlarınız bol olsun əllərinizə sağlıq digər bölümleri de oxuyub rəy yazacam 🫠

    1. Aynur Yusifova

      @Aynur Yusifova

      21 iyun 25, 19:03

      Bir şeyi diqqətinizə çatdırım ki😊 bu hekayələr Uraqan müəllimin deyil.Ola bilər ki diqqət etməmisiniz😊 Simurq başqa bir yazarımızdı.🌹🌹🌹🌹

  5. Aylin Qasımzadə

    @Aylin Qasımzadə

    20 iyun 25, 22:32

    Təbriklər. Uğurlarınız davamlı olsun. Sizinlə qürur duyuruq. 

  6. Fatima

    @Fatima

    20 iyun 25, 22:01

    “Sirli Qanadlar” – sanki insan ruhunun unudulmuş səslərinə yazılmış bir cavab, içimizdəki qaranlıqdan işığa gedən səssiz bir yoldur. Hər sətir, oxucunun qəlbinə yavaşca toxunur, onu özünə baxmağa, içindəki susmuş sehirə qulaq asmağa dəvət edir.Bu kitab, sadəcə sözlərin birləşməsi deyil – ruhun pıçıltıları, hisslərin sükutda danışmasıdır. Oxuduqca insan öz içində itirdiyi parçaları tapır, bəlkə də illərlə susan o kiçik "qanad çırpıntısı"nı nəhayət eşidir.

    “Sirli Qanadlar” – özünü unutmuş hər kəsin yadına salır: Sehr itmir. O sadəcə gözləyir.

  7. Sitarə

    @Sitarə

    20 iyun 25, 21:54

    Bəzi ifalar,yazılar,kitablar və s.Bəzən susqunluğumuzun ifadəsi olur...Digər bölumləri də oxuyub fikir bildirəcəm.Uğurlar✍️💫

  8. İslam

    @İslam

    20 iyun 25, 20:32

    Sizə uğurlar və bol şans arzulayıram. Hal-hazırda yalnız bu hissəni oxudum, amma bir neçə gün içində bütün bölümləri oxuyacağam. Təbriklər

  9. Sunay Məmmədova

    @Sunay Məmmədova

    20 iyun 25, 20:25

    Uğurlarınız sonsuzzz, oxucularınızdaa bol-bol olsunn✨

  10. Musayeva Aydan

    @Musayeva Aydan

    20 iyun 25, 19:54

     Bəzən dilə gətirmədiklərimizi, səsli heç kim ilə bölüşə bilmədiklərimizi, səssiz kağıza yazırıq, Simurq xanım uğurlarınız bol olsun ❤💫

  11. ramil

    @ramil

    20 iyun 25, 19:54

    Təbriklər. Uğurlarınız bol olsun inşAllah 

    Uraqan bəyin, bütün oxucu kateqoriyası,sizinlə qürur duyur ✨

  12. Fatimə Bayramova

    @Fatimə Bayramova

    20 iyun 25, 19:51

    Sizinlə qürur duyuram,uğurlarınız davamlı olsun. Siz də öz içinizdəki "Sirli qanadları" tapdınız və sözlərlə uçub azad oldunuz 🪽🪶

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol