Güvəndiyim bir səltənət,
Nə baharım,nə barım var.
Dünya boyda ərşə qalxan,
Yerdən göyə imanım var.
Qurban olum, nə Adəmtək
Gül Behiştdə bir ad-sanım,
Züleyxatək taxtu-tacım,
Nə Leylatək sarayım var.
Mənim təkcə Allah kimi,
Rəhman kimi bir rəbbim var.
Yola çıxdım yardımıyla,
Mən bir işə qədəm qoydum.
Tək bir Vədud sevgisiylə,
Mən birinə aşiq oldum.
Yusif sevdi azadlığı,
Bir kölətək quban verdi.
Züleyxa da tax-tacından,
Sanki birdən nifrət etdi.
Öz malını, hər şeyini,
Yetimlərə zəkat verdi.
Bəs Leylatək sarayından,
Bəs Məcnuntək öz ağlından,
Səhralarda öz yarını arayandan,
Son nəfəsdə halallığı
Öz yarına haram etdi.
Sual edir insanoğlu, adəmoğlu,
Bilərəkdən, tikanlıdır, alovludur.
Bəs nə üçün alıb ələ sən bu yolu,
İsrarınla addımlayıb ömür boyu,
Sən nələri gözə aldın,gözdən aldın?
Nəyin var ki?Fəda etsən nə dəyişər?
Fəda etsən parçalanan dəli könül sakitləşər?
Dar ayaqda imdadına,harayına yar yetişər?
Ki, yetişməz öz yarının fəryadını duymayan kəs,
İki dünya bir olsa da, sevgi qədri bilməyən kəs,
Mənsə tərki-dünya olub həm səninlə olan bir kəs,
Həm də sənsiz dünya qurub,o dünyada tək qalan kəs.
Şəhriyarı örnək alıb, misralarla həmdəm olub,
Dərd-sərimi mən varağla bölüşmüşəm.
Yar içində yanar könül, hicran adlı səngər olub,
Susqun gecə, qəmli nəğmə — görüşmüşəm.
Sinədəftər səndən yana, ahım qopur hər bir nəfəs,
Bir ad olur dilimdə tək — Hirdayeşim.
Hicranını yazıb könül, göz yaşını mürəkkəbə,
Mən səniylə hər yazıda bölüşmüşəm
Şərhlər (0)