Bu şəhər - SİRİUS

Bu şəhər  - SİRİUS

Bu şəhərdə ümidlər,

Qaranlığa qərq olub.

Bu şəhər də çox adam,

Məhkumdur həbs olub.


Bu şəhər çox sevgini,

Yerlə yeksan edibdir.

Bu şəhər çox adamı 

Yarım qoyub gedibdir.


Bu şəhər də arzular,

Nakam qalıb itibdir.

Bu şəhər də insanlar,

Çarmıxa çəkilibdir.


Bu şəhər də ürəklər,

Sadə bir orqandır.

Bu şəhər də sevgilər,

Sadəcə bircə andır.


Bu şəhər ikimizə,

Bəlkə də dar gəlirdi.

Çoxları bizi bir yerde,

Görməyi istəmirdi.


Bu şəhər də çoxunun,

Xəyyalların alıbdır.

Bu şəhər də çoxundan 

Xatirələr qalıbdır. 


Bu şəhər də insan 

Tanınmaz hal alıbdır.

Bu şəhər də leysan 

Gözlerdən ah alıbdır.

"SİRİUS" 




Şərhlər (12)

  1. XeYka

    @XeYka

    18 avqust 25, 03:06

    Bu Şəhərdə Qırıq Hisslər çoxdu, bu şəhər ölü ruhları daşıyan diri cəsədlərlə doludu.....

    Qələminizə sağlıq. Uğurlar....

    1. SİRİUS

      @SİRİUS

      18 avqust 25, 16:58

      Təşəkkürlər 🙏 

  2. ramil

    @ramil

    17 avqust 25, 12:10

    Şeirdə daxili qırılmalarla dolu insanların,bu şəhərdə necə də, yarım qalmalarını əks etdirir.Bu insanların hər hansısa bir həbs xanada deyil,bir şəhərə necə həbs olunduğunu bildirir...

    Maraqlı idi.

    Uğurlar🌟

    1. SİRİUS

      @SİRİUS

      17 avqust 25, 12:41

      Təşəkkürlər. İstəsəniz keçib bundan əvvəl yazdiğim bir məqaləyə göz atın . Nəisələrlə dolu ...bir quyunun dərinliyindən söhbət gedir. 🙏🍀

      1. ramil

        @ramil

        18 avqust 25, 00:22

        Çox sağolun.Tamam oxuyacağıma dair söz verə bilərəm.

        1. SİRİUS

          @SİRİUS

          18 avqust 25, 16:58

          Minnətdaram 🙏 

  3. SİMURQ

    @SİMURQ

    17 avqust 25, 10:51

    Bu şəhər, qaranlığa qərq olmuş küçələri, yarımçıq qalan arzuları, yerlə yeksan edilmiş sevgiləri, çarmıxa çəkilmiş insanları ilə dolu olsa da, hər bir ürəkdə hələ də bir ümid qığılcımı yanır, hər bir xatirə unudulsa da, ruhumuzun dərinliklərində sevgilər sığınacaq tapır.Bizə dar görünən bu məkan, əslində hər itirilmiş, hər yarım qalmış və hər xəyal qırıqlığı ilə birlikdə, insanın içindəki müqavimətin, həyatın gözəlliklərinə olan sonsuz ehtirasın və keçmişin dərsləri ilə gələcəyin işığını daşıyan bir dünyaya çevrilir, çünki şəhərin hər bir küncü, hər bir küçəsi, hər bir insanı ilə bir-birinə bağlı olan ümid, xatirə və sevgi ipi üzərində dayanan sonsuz bir həyat hekayəsidir.Uğurlar ✨

    1. SİRİUS

      @SİRİUS

      17 avqust 25, 11:15

      Çox təşəkkür edirəm ✨ 

  4. Dərya Qasımova

    @Dərya Qasımova

    17 avqust 25, 08:36

    Yazdıqlarınız çox tanış gəldi… bu şəhər doğrudan da bir çox arzunu, sevgini, insanı yarımçıq buraxır. Sanki hamı nəyisə itirib, amma heç kim danışmır. Siz danış mısınız, səssiz qalanların yerinə. Bəlkə də bu şəhər heç vaxt dəyişməyəcək, amma siz içinizdəki  hissləri çox dürüst ifadə etmisiniz. Buna görə təşəkkür edirəm. 🤍

    1. SİRİUS

      @SİRİUS

      17 avqust 25, 11:16

      Nə demək mən sizə təşəkkür edirəm. Bu qədər içden olduğunu hiss etdiyiniz üçün. 🤍🙏

  5. Aynur Yusifova

    @Aynur Yusifova

    17 avqust 25, 07:49

    Bu şeir bir insanın yaşadığı şəhərdəki çətinliklərdən, qırılmış ümidlərdən və yarım qalan sevgilərdən bəhs edir. bu şəhərdə insanlar dəyişib, duyğular dəyərsiz olub. Artıq burada nə sevgi var, nə ümid. Hər şey sanki yorub, yıpradıb insanları. Sevgilər çox qısa sürür, insanlar bir-birindən uzaq düşür. Hətta bu şəhər ikimizə dar gəldi – deyə, sanki burada bir yerdə xoşbəxt olmaq da mümkün deyil.  

    1. SİRİUS

      @SİRİUS

      17 avqust 25, 11:17

      Bir yazını ancaq bu qədər yaşamaq olardı. Teşekkür edirəm. 🙏🤍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol