İsakın Cinayəti - Bölüm 2 (İntiharın ilk 1 saatı) XeYka

İsakın Cinayəti - Bölüm 2 (İntiharın ilk 1 saatı) XeYka


“911”


- …o… o vuruldu… O, özünü vurdu…


- Salam. 9-1-1 polis xidməti. Zəhmət olmasa, sakit danışın və nə baş verdiyini izah edin.


- O… qonşum… İsaac… O, özünü vurdu.


- Haradasınız? Ünvanı qeyd edin. Ambulans və polis göndəriləcək.


- Küçə: W 60th, Mandarin Oriental oteli, 18-ci mərtəbə.


- Zəhmət olmasa, adınızı və soyadınızı da deyin.


- Eyden Abilyano.


- Təşəkkür edirik. Qısa zamanda oradayıq.


- Zəng bitən kimi operator dəstəyi yerinə qoydu və dərhal Manhattanın ən yaxşı cinayət polisi, Komandir Deyvid Bekir ilə onun şəriki Alisa Parkeri hadisə yerinə yönləndirdi…


(Hadisələr Polis Deyvid Bekır'ın gözü ilə davam edir)


Yenə gözəl və rəngarəng Manhattan küçələri və yenə hərgün gəldiyim Kafedəki Acı Kofe ilə peçenyem. Sakin şəkildə kofemi qurtumlayıb peçenyemdən yeyirdim ki telefonuma zəng gəldi.


- Salam Cənab Deyvid. Küçə - W60th, Mandarin Oriental otelində baş verən silahla intihar haqqında məlumat aldıq. Təcili şəkildə ora getməlisiniz. Alisa xanımada məlumat verdik. 15 dəqiqə içində hadisə yerində olacaq.


- Tez ora gedirəm. Sənə məlumat verən şəxsin kim olduğunu, haradan məlumat verdiyini və hadisənin baş verdiyi vaxtdan nə qədər fərqlə məlumatı 9-1-1-ə ötürdüyünü öyrənib mənə məlumat göndərirsən.



Telefonumu söndürdüm və Hadisə yerinə getmək üçün maşına minib yola düşdüm. Bəlkədə elə bu anda məni dinləyəndə ağlına bir sual gəlir. "Bəs çıxanda kafedə içdiyi kofe və Yediyi peçenyenin hesabını verdi?" – Xeyr vermədim. Bu kafedə polislərin içdiyi bütün kofelər və Yediyi peçenyelər pulsuzdur. Lakin biz bunun qarşılığında bizə xidmət edən qarson üçün bəxşiş saxlayırıq....


Elə sən bu anı canlandıranda mən də hadisə yerinə gəlib çatdım. Mandarin Oriental restoranın qapısından içəri girdikdə çox gözəl bir məkan görünürdü. Gözə dəyən ışıltılar insana xoşbəxtlik hissi yayırdı... Liftə minib 18-ci mərtəbəyə çıxdım. İntiharın baş verdiyi otağa çatanda Alisa-nın bütün araşdırmalara əl qoyduğunu gördüm və ona yaxınlaşdım...


- Salam gözəl xanım. Bu gün hansı cinayət hadisəsi ilə məşğulsunuz? O-oh üzürlü sayın İntihar deyəcəkdim.


- Məncə yanlışlıqla dediyin daha düzgün idi.


- Necə yəni?


- Beynində Açılan Yaraya baxanda bu 12,7mm mərmi ilə atəş açılan otomatik yükləməli bir tapancadır. Buda həmin o məşhur silah "Desert Eagle"-dır.


- Desert Eagle ilə özünə qəsd edənlər o zaman intihar etmiş sayılmırki Alisa Xanım düzdü?


- Yığışdır Axmaq Zarafatlarını və Cəsədə fikir ver. Ətrafında "Desert Eagle"-aid birşey belə yoxdu qalmışdı ki silahln özü olsun.


- Bax bunu Tamamilə Doğru Deyirsən.


- Onda Bu nə Sayılır Deyvid bəy?


- Bu intihar yox cinayətdir......



BÖLÜM 3


Şərhlər (4)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    22 sentyabr 25, 18:48

    Diqqətimi çəkən cəsəd sözü oldu.Həqiqtən də insan ölən kimi ilk adı unudulur.ölümlü dünya

    Hekayə də maraqlı idi.Qələminizə sağlıq💫🌟💫

    1. XeYka

      @XeYka

      23 sentyabr 25, 00:59

      Hekayəni oxuyub rəy bildirdiyiniz üçün təşəkkür edirəm. 

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    09 sentyabr 25, 08:03

    Siz çox maraqlı qələmə almısınız, oxuyanda insanı tam hadisənin içinə salır. Xüsusən də sonunda “bu intihar yox cinayətdir” deməyiniz daha çox maraq oyatdı. Davamını səbirsizliklə gözləyirəm. Uğurlar 🤍

    1. XeYka

      @XeYka

      09 sentyabr 25, 10:30

      Fikir Bildirdiyiniz Üçün Təşəkkür edirəm 🖤 Davamı Dahada Maraqlı Olacaq

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol