İSAKIN CİNAYƏTİ

(SEVGİ ETİRAF)

Elə bu zaman serjant Henri daxil oldu.
– Cənab Bekir, bir itkin barədə bizə zəng gəldi.
– Mən indiki işlə məşğulam, Henri. Zəhmət olmasa, bunu başqasına tapşırın.
– İtkin düşən şəxs Mandarin otelin işçisi Eyden Abilyano-dur…

Deyvid və Alisa bu xəbəri eşidən kimi Mandarin otelə getmək üçün yola düşdü. 15-20 dəqiqə içində otelə çatdılar, lakin Alisanın gözlərində qəribə bir gərginlik vardı. Bunu görən Deyvid Alisanın əlindən iki əli ilə tutub gözlərinə baxdı. Arada kiçik bir sakitlik çökdü.

  • Alisa, niyə belə narahatsan?

  • Bilmirəm. İçimdən bir hiss bizim çox yanıldığımızı deyir, amma məni başqa bir hiss də bürüyüb.

  • Narahat olma, Alisa. Biz bu cinayətin üstəsindən də gələ bilərik.

  • Doğru deyirsən. Lakin tək bu deyil, başqa bir hiss də var ki, mən ona ad verə bilmirəm. Bu hissi anlaya və nə olduğunu hiss edə bilmirəm, Deyvid.

  • Biz bunun da öhdəsindən gələcəyik, Alisa – deyərək Alisanın əlini ovucunda asta sıxdı.

Söhbətdən sonra Deyvid və Alisa içəri girdi. Bu səfər isə onları otelin direktoru Daniel Yanez sərt bir şəkildə qarşılayaraq dedi:
– Siz kimsiniz? Mənim resepsionistimi mənə demədən həbs etmisiniz?

Bu qarşılaşmadan heç xoş hal almayan Deyvid əlini direktorun yaxasından tutaraq onu özünə tərəf çəkdi.

  • Sən bizi işçilərinlə səhv salmısan, sanki – əsəbi şəkildə Danielin gözlərinə baxmağa başladı.

  • Xeyr, cənab, mən elə demək istəmirdim. Tam əksinə, mən sadəcə sizdən xəbər etmədən apardığınız üçün elə dedim. Bir az əsəbi olduğum üçün işçilərə və sizə düzgün yaxınlaşmadım. Üzürlü sayın, xahiş edirəm.

  • Bir də olmasın! Gəl, gedək, Alisa.

Deyvid əsəbi şəkildə Danieli kənara itələdi və Alisanın əlindən tutaraq yuxarı çıxdılar. Bu hadisə Alisaya çox yad idi, çünki Deyvid ilk dəfə Alisanın əlindən tuturdu. Əslində bu həyəcanın da bir səbəbi var idi, çünki Alisa əslində Deyvidi ilk gördüyü gündən ona aşiq olmuşdu və bu hisslərini Deyvidə aça bilmirdi. Lakin Alisa bir şeyi də bilmirdi...

Onlar gəlib cinayətin baş verdiyi otağa daxil oldular. Otaq həmin otaq idi, lakin fərqli bir ab-hava var idi otaqda. Yox, otaqda heç bir şey dəyişilməmişdi. Lakin əl-ələ tutuşan Deyvid və Alisa tam qəribə idi.

  • Gəldik, Alisa. İndi biz burda Eyden Abilyanonu axtaracağıq.

  • Deyvid, sənə bir şey demək istəyirəm – Alisa qapını örtüb Deyvidin əlindən bir az da bərk yapışaraq qarşısına keçdi.

  • Ə...əəə... əlbəttə, Alisa, buyur – həyəcanlı səslə dedi.

  • Biz artıq doqquz aydır ki, birlikdə işləyirik. Yəni MƏN VƏ SƏN... Yəni, Deyvid, mən səni ilk gördüyüm andan aşiq olmuşam, Deyv.

  • A... Alisa, zarafat edirsən?

Deyvidin gözlərinə baxan Alisa özünü Deyvidə yaxınlaşdıraraq dodaqlarından öpdü. Bəlkə də Alisa polis olarkən ilk dəfə təlim keçəndə, ya da test olunanda bu qədər həyəcanlı deyildi, amma bu öpüşdə dodaqlarının necə titrədiyini görmək mümkün idi.

  • Mən həqiqətən SƏNİ SEVİRƏM, Deyv... – titrək səslə dedi.

  • Mən də səni sevirəm, Alisa... ya da sevgilim deməliydim...

Deyvid və Alisa bir-birlərinə gülümsəyərək baxdılar.

  • Hey, Deyv, aclığın var?

  • Hə, Alisa, lakin biz iş başındayıq, yeməyə çıxa bilmərik.

  • Onda gözlə, yemək bizə gəlsin. Mənim çox sevdiyim bir restoran var, oradan sifariş verək.

  • Olar.

  • Burger yeyirsən?

  • Əlbəttə, sevgilim.

Alisa gülərüzlə Deyvidin əlini buraxır və otağın telefonunu götürüb zəng edir. Bir neçə saniyə sonra zəng açılır.

  • Salam, ən gözəl cütlüklərin ən sevdiyi ONE LOVE restoran, buyurun.

  • Salam, bizim üçün bir cütlük burger seti.

  • Başqa bir şey olacaq?

  • Xeyr.

  • Ünvan, zəhmət olmasa.

  • Mandarin Oriental otel, mərtəbə 18, otaq 663.

  • Oldu, xanım, bizi seçdiyiniz üçün təşəkkür edirik!

Alisa telefonu masaya qoydu, lakin dəstəyi asmadı. Bu an sönməyən telefondan bu səslər eşidildi:

“Mandarin Oriental otelə sifariş var. 18-ci mərtəbə, otaq 663, nömrə 56-47.”

Bu sözləri eşidən Deyvid və Alisa şok oldular.

  • Bəs bu, otaq 662-nin telefon nömrəsi deyilmi?

  • Doğru deyirsən, Deyv...

  • BÖLÜM 7