Soruşdunmu? — Aytən Cəlilova

Soruşdunmu? — Aytən Cəlilova
                                                                                       
Dərd nədir tanımayan insan olarmı?
Dərdi olmayan heç yaşayarmı?
Gülüb keçərkən dərdsiz sananlar!
Dərdi olan kəs heç bildirərmi?
🔸️
Gecələr ağlayıb,gündüz gülənlər,
Necə də yaşayır bu duyğularla.
Heç gülən insandan soruşdun görən,
Nə üçün gülürdür hər yetən sözə?
🔸️
Gülən insanın dərdi böyükdür,
Aciz olanın ömrü böyükdür.
Aciz olandan soruşdun görən,
Nə üçün bu qədər ruhsuz olubdur?
🔸️
Hərkəslə acı danışan insan,
Təklikdə yumşalır nədəndir görən?
Hərkəsdən nifrət qazanan insan,
Sevgiyə yumşalır nədəndir görən?
🔸️
Bu olanların bir adı vardır,
Sevgisiz böyüyən solğun fidanlar.
Yaxşıca suvarılmayan həmin o fidan,
İndi də boynunu büküb, ağlayır.
                                                                                       
(C.A🌒)

Şərhlər (13)

  1. Orhhan_18

    @Orhhan_18

    10 iyul 26, 14:53

    Şeiri oxuduqca özümdən bir parça tapdım sanki. Gecələr yatıb, gündüzlər gülən misalı

  2. ramil

    @ramil

    31 iyul 25, 23:31

    Şeir çox gözəldir,uğurlar🌟

    Gecələr ağlayıb,gündüz gülənlər,

    Necə də yaşayır bu duyğularla.

    Heç gülən insandan soruşdun görən,

    Nə üçün gülürdür hər yetən sözə?

    🔸️xüsusi olaraq bu bənd diqqətimi çəkdi,və bu barədə danşmaq ödəyirəm:

    Gecələr ağlayıb gündüz gülən insanlar ,əsasəndə çox danışan insanlar,həyatı boyu təsadüf hallarda ciddiyə alınan insanlardır,və özlərini başa düşən insan gördükdə isə,çox danışmağa başlayarlar...

    Xoş sözdən,xoşbəxtçilikdən uzağ düşmüş insandır hər sözə gülən...

    1. ramil

      @ramil

      31 iyul 25, 23:32

      İsdəyirəm*

  3. XIII

    @XIII

    07 iyul 25, 17:55

    Uğurlar arzulayıram,bu mövzuda şeirlərin daimi olsun,amma çalış,məndən sənə bir tövsiyə,qafiyə sistemini də nəzərə alıb üzərində işlə,uğurlar..

    1. AytenCelilova

      @AytenCelilova

      08 iyul 25, 14:14

      Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər.

  4. MinayNadirova

    @MinayNadirova

    05 iyul 25, 19:34

    Afərinn möhtəşəm diii

    Afərinn möhtəşəm diii

    1. AytenCelilova

      @AytenCelilova

      07 iyul 25, 00:21

      Təşəkkürlər🌸

  5. Dərya Qasımova

    @Dərya Qasımova

    05 iyul 25, 16:46

    Heç gülən insandan soruşdun görən,Nə üçün gülürdür hər yetən sözə?_ Bu misralardann xüsusən, xoşum gəldi. Bəzən insan dərdlərini, başına gələnlərininsadəcə içində saxlayır. Çünki danışmağa heçkimi yoxdu və ya, danışsa belə onu heç kəs başa düşməyəcək. Uğurlar 🤍

    1. AytenCelilova

      @AytenCelilova

      05 iyul 25, 18:08

      Təşəkkürlər fikrinizi bölüşdüyünüz üçün.🌸

  6. Feride

    @Feride

    05 iyul 25, 16:30

    Dərd hamının olar , bəzi adamların az bəzilərin üzəyə dözməyən qədər çox əsas əlimizdən gəldiyincə  o dərddə özümüzü itirməməkdir  ❤️

    1. AytenCelilova

      @AytenCelilova

      05 iyul 25, 18:06

      Elədir dərdimiz olmasa ayaqda dik dayana bilmərik bəlkədə.Çünkü biz o dərdlərdən təcrübə alırıq.Təki heçkəs ağır dərlərlə üzləşməsin.

      Fikrinizi bildirdiyiniz üçün təşəkkürlər.🌸

  7. Aynur Yusifova

    @Aynur Yusifova

    05 iyul 25, 10:00

    5 sətir şeirdə nə qədər böyük düşüncəli sözlər yazılıb.Hər biri ayrı ayrılıqda yaşanacaq bir hekayədi.Bəlkə də kimlərsə bu sətirlərin hər cümləsini yaşamış və bəlkə də yaşayacaq.Amma bu həyatda kimsəyə yalandan gülməyi arzu etməm.Onun nə dərdi bitməz nə dərmanı tapılmaz.

    Sizə də uğurlar 🧚🧚🧚

    1. AytenCelilova

      @AytenCelilova

      05 iyul 25, 11:59

      Təşəkkürlər🌸

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol