QARA ADAM

- Salam cənab. Mənə zəhmət olmasa bir Malbro bir də alışqan verərsiniz

Satıcı bu qəribə geyimli adamı görəndə biraz həyacanlandı. Çünki bu geyimdə gəzən şəxslər ya Mafia olurdu ya da gizli qatil. Külək onun paltosunu asta titrədir və şarfının bir tərəfini yellədirdi. Bu qəribə adamın danışması belə fərqli idi. Onun qalın səsi, gözünün üstünü bağlayan Yumru papağı lap ona qorxunc bir abu hava qatırdı. Satıcı adamı süzdü və dedi:

- Başqa nəsə olacey brat?

- Xeyr.

- Alın. 7 manat 50 qəpik.

- 7,50 ? 

- Həri brat. Nə oldu qiymətin bəyənmədin? Ya paddelka olduğunu fikirləşirsən?

- Xeyr cənab. Gözlədiyimdən daha ucuz qiymətə satılır. İşçilərimə tapşıracam daim buradan alsınlar.

- Allah canını sağ eləsin Qədeş. Amma bir şey mənə maraqlı qaldı? Olar soruşum?

- Əlbəttə, buyrun. 

- Siz nə iş görürsüz ki? Belə pal-paltarınızda ayrı bir abu hava verir haa.

- Bəli cənab elədi. Mən bir şirkətdə muxbir işləyirəm.

- Eehh necədə zor. İşin asandıki day denən.

- Elə demək olmaz cənab. Nədə olmaya hər işin öz çətinliyi var. 

- Yox əşi sən oturursan kamputir başında ağzına gələni yazsan sorada deyirsən ki “işim çətindi”.

 Bu sözləri eşidən qəribə geyimli adam əsəbləşdi və paketdən bir siqaret çıxarıb dodaqlarının arasında yandırdı. Sonra isə işarə barağı ilə şapkasını yuxarı qaldırıb dedi:

- Hə doğru deyirsniz. Elə indi evə gedəcəm, kompüteri açacam və yazacam. Yazacam ki bu gün bir Mafia dar küçələrin birindəki market satıcısını amansızca anlından 2 güllə ilə vuraraq qətl edib. Satıcı elə yerindəcə vəfat edib və Mafiada bu məlumatı Muxbir ilə paylaşmaq üçün televizya binasına müraciət edib.

- Nə demək istirsən ala sən? Küçü heç bilirsən mən kiməm? 

- O bağışlayın tanımadım. Amma Bu tanıyacaq – deyib paltosunun cebindən silahını çıxararaq satıcıya doğru tutur. 

- Bağışla cənab, Xaiş edirəm canımı bağışla. Evdə iki uşağım var, arvadımda xəstədi. Mənə bir şey olsa balalarım yetim qalar.

- Onda öncədən necə danışacağını bilməlisən.

- Bəs cənab sən kimsən?

- Mən QaraAdam, bəzən Qanım qara olanda QaraQAn’da deyirlər.

- Niyə Qara-Qan ?

- Çünki hərkəsə aşırı dərəcədə fanat olduğu kumirinin adı ilə çağırırdılar.

- Bəs o da sizin kimi Mafiadı elə? 

- Xeyr. Əksinə o insanlara yaxşı ilə pisi ayırmağı, nəyin doğru olduğunu deyən yazıçı və Repçi idi.

- Bəs sonra nə oldu? Axı respublika dağıldıqdan sonra başa keçən o əclaf bütün musiqiçiləri öldürtdü axı. 

- Bəli o da bu oyunun qurbanı oldu. Çünki yaxşı bilirdilər ki O, adam sağ qalsa hərkəsi ayılmağa çağıracaq.

- Ona görəmi ibadətgahları dağıtdırdı?

- əlbəttə bəs sən nə bilirdin? Elə bilirsən ki bu millətə olunan yaxşılıqdır? Çöldə Mafialar at oynadır. Bu adm bütün təhsil alanları, təhsil almaq istəyənləri və təhsil verənləri astırır.

- Bəs bunun qarşısı necə alınmalıdır? O, əclaf başa gəldikdən bəri evimizə bir tikə çörək aparmaz olduq. 

- Suiqəsd ilə. 

- Suiqəsd?

- Bəli. Bir neçə dəqiqə sonra onun maşını burdan keçəcək və mən marketdən ona atəş açacam. 

- Bəs sonra nə olacaq?

- Sonra onun maşınındakı polislər marketə yəni bura qaçacaq və əli Silahlı şəxsi həps edəcək.

Bu an yoldan maşın səsi gəlir və qəribə adam silahını yola tərəf doğruldaraq saymağa başlayır. 3... 2... 1... Və Atəş açır. Eynən danışdığı kimi mərmi başçının alnından dəyir. Sürücü tez maşını saxlayır və arxadan gələn polislər tez marketə doluşur. Marketdə əli silahlı Satıcını görüb həps edirlər. 


(Atəş açılan zaman)

- Bəs cənab indi atəş açdın. Nə olacaq?

- Buyur bu silahı və narahat olma Samir qızın Xumar və oğlun Cavada mən baxacam.

- Sənin adın nədir?

- Xəyal.....