Səncə dəyərmi? - Ruh.Antares

Səncə dəyərmi? - Ruh.Antares

"Səncə dəyərmi?"

(Ramil İbadlı)

Min cürə əziyyətə, səncə dəyərmi?

Sevgidir, puldur... buna dəyərmi?

Yaradandır çəkən haqqı-hesabı —

Ondan uzaqlaşmağa, səncə dəyərmi?


Dünya nə verir ki, ala ki səndən?

Canı verən Allah, alacaq səndən.

Düşünmə dünyaya boşuna gəldin,

Bununçün sorğuya, səncə dəyərmi?


Aldanma, ey insan, vara-dövlətə,

Sanki — alıb kasıbdan atırlar itə.

İnan ki, axirətdə sual olacaq:

“Bunca zalimliyə səncə dəyərmi?”

Şərhlər (7)

  1. SİRİUS

    @SİRİUS

    03 avqust 25, 01:24

    Bu dünyada sadəcə yaşamağa dəyər . Başqa pislik etməyə qəlb qirmağa zülm etməyə,ağlatmağa ,uzaq qalamağa ,həsrət olmağa dəyməz . Dünya çox balacadır həmdə çox ... uğurlar arzulayıram 🍀

  2. ZeynəbNəbiyeva

    @ZeynəbNəbiyeva

    13 iyul 25, 01:52

    Bəzən insan düşünür bunuki bu qədər etdiklərinə dəyərmi??? Sonda isə cavab dəyməz.. ama  biz həyata nəyəsə görə gəlmişik bizim bir səbəbimiz alın yazımız yazılıb diyə ona görə bəlkədə dəyər.. . Əllərinizə salıq

    1. ramil

      @ramil

      13 iyul 25, 02:48

      Əslində dəyər) 

      Aldığımız dərslərə görə, hə birdə sizin bildirdiyiniz fikir "alın yazısı" olduğuna görə 😊🙏

      Uğurlar🌟

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    12 iyul 25, 16:53

    Əslində həyatda çox şeyə dəyməz.Amma bu həyatda yaşayırıqsa,dəyə biləcək işlər də olmalı.Ən azından insanın bir amalı,məqsədi olmalı ki yaşamağına da dəysin😊

    1. ramil

      @ramil

      13 iyul 25, 02:51

      Çox doğru.Əgər insanın bir məqsədi olmazsa,

      təbii ki,yaşamağınında mənası qalmaz...

      Uğurlar🌟 

  4. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    12 iyul 25, 14:48

    Min cürə əziyyətə səncə dəyermi? qəşəng idi.. Uğurlar

    1. ramil

      @ramil

      13 iyul 25, 02:51

      Çox sağolun🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol