İskın Cinayyəti - (bölüm 4) - Xeyka

İskın Cinayyəti - (bölüm 4) - Xeyka
|
Səslərə qulaq asaraq oxu:
İpucu: Mətndən bəyəndiyiniz cümləni seçin və üzərində açılan
Şəkil düyməsinə basaraq onu xüsusi kartpostal kimi yükləyin!
Bəyəndiyiniz cümlə...
Şəkil

İSAKIN CİNAYƏTİ – Bölüm 4
Mandarin otel

Deyvid üzünü Alisaya çevirərək dedi:
– Əgər zəng gələn telefon anbardadırsa, bu o deməkdir ki, cinayətdə Mandarin otelinin personalının da əli var…

Deyvid və Alisa birinci mərtəbəyə enib resepsiyona yaxınlaşdılar. Deyvid irəli keçərək söhbətə başladı:

– Salam.
– Salam, cənab. Mandarin otelə xoş gəlmisiniz! Sizi burada görməkdən şadıq.
– Biz isə heç də şad deyilik, – deyə Deyvid cavab verdi və cibindən polis vəsiqəsini çıxararaq göstərdi. – Manhattan polisi, Deyvid Bekir.

– Buyurun, cənab Bekir. Problem nədir?
– İsak bəyin cinayəti.
– 18-ci mərtəbə, otaq 663… İsak bəy. Əsl adı ilə desək, Xəyal Cəfərov.
– Əsl adı?
– Bəli. O, əslən Azərbaycan vətəndaşıdır. Yazdığı kitablar və musiqiləri ilə ölkəsində tanınmış biridir. Hətta ölkəmizdə belə kitabları çoxlu sayda satılır.
– Demək azərbaycanlıdır. Bəs o, otağında qalırdı?
– Bəli, lakin arada yaxın dostu onu ziyarətə gəlirdi.
– Yaxın dostu haqqında məlumatınız var?
– Əlbəttə. M. Mahmudov.
– Harada yaşadığını bilirsiniz?
– Bəli. O, Azərbaycanın paytaxtı Bakı şəhərində yaşayır. Bir həftə əvvəl Xəyal bəylə sağollaşıb Bakıya geri döndü.
– Bəs sən bu qədər məlumatı haradan bilirsən?
– Biz müştərilərimiz barədə hər bir məlumatı öyrənirik. Baxın, indi necə lazım olur.
– Aha… düz deyirsən, bizə indi elə sən özün də lazımsan.
– Necə yəni?
– Otaq 662 niyə bağlıdır?
– Otaq təmirə çıxarılıb, – deyə gözlərini qaçırdı.
– Demək təmirdədir. Bəs otaqda olan telefon?
– Hamısı təmir üçün anbara göndərilib.
– Bu da o deməkdir ki, 662 nömrəli otağın 56-47 daxili telefonu işlək vəziyyətdə deyil, eləmi?
– E… ee… bəli, doğru deyirsiniz. Qeyd etdiyiniz telefon işləmir.
– Bəs necə olur ki, həmin telefondan 9-1-1-ə İsakın özünü öldürdüyü barədə məlumat verilir?
– Cənab, bu dediyiniz mümkün deyil, – deyə əlləri əsərək alnının tərini sildi.
– Mümkün olmasaydı, bizə zəng gələn nömrə bu olmazdı, – Deyvid üzünü Alisaya çevirərək əlavə etdi: – Zəhmət olmasa, cənabı öz gözəl nəzarətimiz altına alın. Bu axşam sorğuya çəkiləcək.

BÖLÜM 5

Kiçilt
Böyüt
<a onclick=XeYka" loading="lazy">

XeYka

Qəzet Kənarı yazar....

Şərhlər (0)

Fikir Bildir

Qeydiyyatdan Keç

Fantastik dünyamızdan zövq al!

Uraqan Ekosistemi

Digər Şəbəkələrdə biz

Mirapolisə Daxil Ol WhatsApp ilə Əlaqə
Telegram Instagram Facebook Threads 1000Kitap Youtube