Şair kimdir?

Şair kimdir?

Nə qədər keçsə də əsrlər, illər, 

Onun sözlərini oxuyar dillər. 

Bitməz o kəlmələr, doğacaq küllər, 

Əbədi varlığa inanır şair.


Düşmənə dağ çəkən sədası vardır, 

Dostuna can verən vəfası vardır. 

Dərdlərə dərmandır, şəfası vardır, 

Məlhəm tək yaraya davadır şair.


Dilini qoruyar namusu kimi, 

Haqqın yanındadır, nahaq qənimi, 

Mənalar dənizi, sözün hakimi, 

Ölməz bu dünyaya gəlirsə şair.

Şərhlər (2)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    08 mart 26, 11:33

    Əbədi varlığa inanır şair...Əbədi varlıq istəmirəm varlığı olan insanların var olmasını istərəm...

  2. Şəbnəm

    @Şəbnəm

    08 mart 26, 11:03

    Ruhunuza sağlıq, qələminizə qüvvət 👍

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol