Onlar artıq bir süfrənin arxasında əyləşən bir ailə deyil , ayrı ayrı cəbhələrdə döyüşən insanlar idi . 

- Salam balam necəsən ? 

- Yaxşıyam həyatım sən necəsən ? 

- Bu gecə gəlirsən mən səni görmək istəyirəm...

- Bu gecə mümkün deyil .

- Niyə ? 

- Çünki bu gecə həyat yoldaşımla 20 -ci il dönümümüzdür. Onunla olacağam. 

- Tamam həyatım onda sabah gecə mümkünsə gəl sənin üçün çox darıxmışam . Birdə kartıma pul atda. Alış-veriş etməliyəm. 

- Tamam birdənəm atıram indi . Nə qədər lazımdı ? 

- 300 atsan bəsdi . 

-Baş üstə həyatım . 

- Bax gör gəldi ? 

- Çox sağol ürəyim . ❤️‍🔥

- Sabah gecə gələcəm mütləq konum atarsan .

- Tamam həyatım. 

Rafiq telefonu söndürüb yere qoydu . Həyat yoldaşı Səriyyə əxlaqlı hibaclı ,və çox gözəl bir qəlbə sahib idi. Ama bütün olanlardan xəbərsiz idi.

Təzə evli olduqları bir dönəmdə kişinin xəyanətini tutmuşdu . İş elə bir yerə gəlib çıxmışdı ki, artıq onlar boşanmağa qədər getmişdilər . Lakin Səriyyə bunu belə qəbul etdi . Çünki Rafiq ona söz vermişdi . Bir daha əsla ona xəyanət etməyəcəyinə . Səriyyə ailəsini dağıtmaq əvəzinə bir arada tutmağı və həyat yoldaşını bağışlamağı seçmişdi. Səriyyə ailəsini dağıtmaq istəmədi, çünki artıq özünü deyil ,iki övladını düşünürdü . Ləman ,və Həsən . Ləman Həsəndən 3 yaş böyük idi. O zamanlar Ləmanın 8 , Həsənin 5 yaşı vardı. Hətta bir dəfəsində Rafiq gəzdiyi qadını uşaqları ilə danışdırmışdı sizə təzə mama alacağam demişdi və Səriyyə həmən vaxtı qapıdan içəri girib bu mənzərənin şahidi olmuşdu. Xeyli mübahisə etdikdən dava qırğın düşdükdən sonra onlar yenə ayrılmadılar. Çünki Səriyyə bir gün hər şeyin düzələcəyi ümidi ilə yaşayırdı. 

Və beləcə illər bir birinin ardınca gəlir keçir . Keçən illər boyunca Səriyyə Rafiqin heç bir xəyanətini görməmişdi . Ya yaxşı rol aparmağa başlamışdı ya da gizləməyi bacarırdı . Kim bilər ki ? Bir yastığa baş qoyduğu adamı elə həyat yoldaşı aldadar? Hər zaman güvənmək təhlükəlidir. Ama hər zaman şübhə içində olmaq zəhər kimidir. 

Səriyyə o zəhəri illərdir daşıyırdı içində . Artıq güvənini itirmişdi. Sadəcə güvəninimi itmişdi ? Xeyr Rafiq onun bütün duyğuları bütün hissləri sevən qəlbi ilə oynamışdı. Rafiq onu bir tək yanıltmadı eləcə də uşaqların da ağlında güvənilməz biri olaraq qalmışdı.  Bir qadın həyatını  puç edən  bir adamı necə yeniden sevə bilərki ? Necə yeniden güvənə bilərki? 

Səriyyənin 38- ci yaş dönümündə Rafiq ona qızıl alacağını bir ay qabaqcadan söz verdi. Səriyyə gün keçdikcə səbirsizliklə gözləyirdi. Çünki indiyə qədər həyat yoldaşı ona heç hədiyyə almamışdı. O hədiyyə sanki Səriyyənin illərdir gözlədiyi bir hədiyyə idi. O qədər sevinirdiki ,sanki hədiyyəni almadan öncə çox xoşbəxt olmuşdu. Lakin bu xoşbəxtliyi çox uzun çəkmədi. Doğum günündə yoldaşını ona prastoy bir qolbaq və bir üzük almışdı. Elə onunla da Səriyyə bir daha doğum gününü qeyd etməyəcəyinə söz verdi özünə . Həyatının ən ağır zərbəsi bəlkə də bu deyildi . Ama həqiqətən də çox yaralanmışdı. Çox incinmişdi. Ən nifrət etdiyi şey birinin söz verib əməl etməməsi idi. Nə bilərdiki bir gün yoldaşı da belə edəcək. Səriyyə göz yaşları içində dilləndi: 

- Bir daha mənə söz vermə .

- Aşkım niyə belə edirsen ? Bax sənə yemək sifariş etdim . Düzdü restorana getməyə pulum olmadığı üçün evdə hazırladıq uşaqlarla. 

- Mən onu demirəm . Niyə məni hər dəfə ümidləndirib hisslərimlə oynayırsan? 

- Mən sənin hislərinlə oynamıram. Sadəcə qızıl mağazası açıq deyildi . Bilirsən işdən gec gəlirəm . Və o vaxta kimi bağlanır. Ona görə ala bilmədim. 

- Daha əvvəl ala bilərdin. 

- Uzatmayaq bəsdi . 

- Səriyyə Rafiqin onu heç cürə anlamadığını görüb artıq danışmadı . Kəlmə kəsmədi. Sanki doğum günündə dünyası başına yıxıldı . Bir daha həyat yoldaşından heç nə gozləmədi. Çünki bilirdi ya söz verib tutmayacaq ya da pulu olmayacaqdı. 

5 oktyabr idi. Bu gün onlar üçün özəl bir gün idi. Bəli bu gün onların 20 -ci il dönümü idi. Rafiq bir neçə gün əvvəl Səriyyəyə maaşını ala bilərsə gedib bir restoranda şam yeməyi yeyəcəklərini söyləmişdi. Səriyyə nə qədər ümid etməyə çalışsa da yenə içindən bir səs yox ona inanma deyirdi. Və artıq gün o gün idi. Həmən gün Rafiq işə getməmişdi. Sanki evde qalıb dincəlmək istəmişdi. Səriyyə isə axşamçağı saat 17:00 da işdən çıxacaqdı . Düşünürdü ki işdən çıxanda yoldaşı onu gəzməyə aparacaq. Qırılmış həvəslə də olsa işdən çıxıb evə qayıtdı. Çox yorğun idi . Uzandığı yerde yuxuladı. Rafiq də həmən vaxtı çölə çıxıb mağazadan evə bazarlıq etdi. Hər şey qaydasında idi . Lakin Rafiq evə qayıdıb Səriyyəni yüksək səsi ilə bağıraraq çagıracağı ana qədər. 

Səriyyə yorğun halda yuxudan ayıldı. 

- Hanı bəs biz restorana gedəcəyik? Səriyyə incə səslə dilləndi. 

- Restoranda xərcləyəcəyimiz pulla evə ərzaq aldım. Getmirik heç yerə dur yeməyə bir şeylər hazırla.  

- Bəs sən söz vermişdin biz gedəcəyik?

- Rafiq bağırmağa başladı . Evə ərzaq aldım deyirəm sen nə getməkdən bəhs edirsen. Dur bir tikə zəhər hazırla yeyək. 

- Mən sənə niyə güvənirəm ki zatən . Deyib Səriyyə bir daha yanıldığının şahidi oldu. 

- Az danış dediyimi elə.

Səriyyə artıq yoldaşının ondan uzaqlaşdığını soyuduğunu , ona hörmətsizlik etdiyini ,onu heç saydığını hiss edirdi .Parçalanmış bir qəlb ikinci dəfə parçalana bilərmi ? Və bu ölümdən də betər idi. Eyni evdə ama sanki başqa dünyalarda yaşamaq necə də acı idi. Tərif olunmaz bir ağrı yaşayırdı Səriyyə. Səriyyə Rafiqin artıq tamam vecsizləşdiyini görüb həyatında başqa birinin olduğundan şübhə etməyə başladı.

Bir qadının şübhəsi bütün həqiqətənlərden daha gerçəkdir. Səriyyə yoldaşının yatdığından əmin olduqdan sonra telefonunu gizlicə götürüb araşdırmağa başladı. 

Adsız nömrələr var idi. Diqqətini çəkən bir nömrə oldu ki, o nömrə ilə həm işdən çıxanda həm işə gedəndə əlaqə saxlamışdır. O nömrəni öz telefonuna qeyd edib sabah o nömrəyə zəng edəcəyinə qərar verdi. Bir dəfə xəyanət edən adam ikinci dəfə niyə etməsinki ? Bəlkə o elə qadınlarla görüşür? Hə hə yüz faiz elədi keçən dəfə də tanımadığı bir qadının maşınına oturub evə gəlmişdi .... buna bənzər milyonlarla sual Səriyyənin ağlında dolaşırdı. İndi deyəcəksiz niyə birdəfəlik bitirmirdi hər şeyi ? Çünki illərini sərf etdiyi bir ailə 2 uşaq heç nəyi yarım qoymaq istəmirdi. Məhv etmək asandır. Ama o çətini seçmişdi. 

Səhər açıldı Səriyyə Rafiqlə biraz mübahisə etdi. 

- Bilirəm 

- Nəyi ? 

- Başqa qadınlarla danışdığını ,hətta onların şəkilini də görmüşəm . 

- Mən qələt edərəm . Başımı daşdan daşa döyərəm.

Ayrılmaq istəyirsənsə birdəfəlik ayrılaq.

- Mən qələt edərəm başımı daşdan daşa döyərəm. 

Səriyyə nə qədər danışsa da elə eyni sözləri eşidirdi. Rafiq hər şeyi inkar edirdi. Lakin o Səriyyənin onun telefonundakı nömrəni öz telefonuna qeyd etdiyini və o nömrəyə işə gedərkən zəng edəcəyinden xəbərsiz idi.

Mübahisə etməyin mənası yox idi. Səriyyə qalxıb hazırlaşıb işə getmək üçün yola düşdü. 

O nömrəni qadın açsa hər şey bitəcəkdi. Ama kişi açsa işi molla ilə həll edəcəkdir. 

Səriyyə düşündükcə dəli olurdu. Sanki o nömrəyə zəng etmək istəmirdi. Bəlkə de qorxurdu? Hər şeyin bitəcəyindən ? Bəlkə də qorxurdu bütün şübhələrinin həqiqət olacağından. 

Axır nəhayət Səriyyə o nömrəyə zəng etməy cəsarətini özündə tapdı. Düyməyə basdı və zəng getdi , telefon çalmağa başladı. Bir neçə saniyə sonra qadın səsi eşildi. Səriyyə ağlına gələn bir qadın adı dedi : 

- Salam Günel xanımdır danışan? 

- Qarşı tərəfdən cavab geldi xeyr Günel xanım deyil. 

- Bağışlayın səhv düşmüşəm ...deyib Səriyyə telefonu söndürdü. 

O an qadının dünyası dağıldı. İndiyə qədər əziyyət çəkib ,hər cür təhqirə hər cür tənqidə, hörmətsizliyə ,sevgisizliyə ,dözüb dayandığı ailəsi bir xənayət üzündən dağılacaqdı .

Səriyyə artıq evə gəlib Rafiqlə dalaşmağın mübahisə aparmağın bir mənası olmayacağını anlayırdı bu işi tez bir zamanda bitirəcəkdi . Çünki hər şey zatən bitmişdi.  İş yoldaşı Gülnarə də xəyanət üstündə öz həyat yoldaşından boşanmışdı . Buna görə Səriyyəni daha yaxşı anlayırdı. Səriyyə illərdir dözüb dayandığı öz canından keçərək həyatda tutduğu yaşatdığı o ailənin paramparça olduğunun şahidi oldu. Çox dəyər verdi . Özünə vermədiyi sevgini yoldaşına göstərdi. Özünə paltar almaq əvəzinə yoldaşının hər istədiyini etməyə çalışdı . Təki o inciməsin , təki o belə düşünməsin ,təki o başqa yerdə sevgi axtarmasın, təki o yaxşı olsun , təki hər şey istədiyi kimi olsun deyib bir ömrü çürütdü. 

Və Səriyyə yaşadığı hər şeydən sonra bir  cümlənin mənasını anladı ,ama artıq çox gec idi.

Həyatınıza daxil olan insanlara hər şeyinizi vermeyin heçnəysiz qalarsınız...!


Bəs sən xənayəti bağışlardın? Yoxsa bağışlamazdın? 


"SİRİUS"