Şah əsər — Ruh.Antares

Şah əsər — Ruh.Antares


"Şah əsər"

Dünya olubdur – dəli həyatı,

Gözlədim, bəlkə də bir gün qayıtdı.

Sən demə, yuxuymuş gözəl həyatım –

Gözəl bir yuxudan dostum oyatdı.

Sükansız bir gəmi – məndə içində,

Nakam sevginin gəzirəm içində.

İllərdir yatıram, bəlkə görəydim –

Yaşadığım sevgini yuxum içində.

Yazıram duyğumu – hiss də etmirlər,

“Mən varam,” – deyirəm, diqqət etmirlər.

Əsərlər əsəridir dünya – şah əsər,

Görən bir dəfə də dua etmirlər?

Ediblər dəlilər dünyaya səfər,

İnsanlar dəlidir – insanı kəsər.

Bu gündə səbirlə gözləyirəm mən –

Mənim də üzümnən xoşbəxtlik əsər.

Mələyin nazil etdi Yaradan sizə,

Dedi: “Savab yazacam, inanın bizə!”

Allahın kəlamına inanmadılar –

Çəkdilər bir-birini gedər-gəlməzə.

Bilirsiz, dostlar, çox şey günahdı –

Etmə günah, bu həyat bitən həyatdı.

Çox bel bağlama dünya malına –

Görərsən, saçını dünya ağartdı.

Qeyd:

“Şah Əsər” - şeir dünyanı bir şah əsər kimi təsvir edir.

Şərhlər (12)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    30 iyul 25, 16:40

    Bu dünya fanidir.Dünya sizi ağartmasın.Günaha batmayın.Bu həm xəbərdarlıq,həmdə içdən gələn haraydır.Həm tanriya həmdə insanlığa səslənirmiş kimi yazmısız.

    1. ramil

      @ramil

      06 avqust 25, 14:37

      Düşüncələriniz,mənim üçün dəyərlidir ✨

  2. Dərya Qasımova

    @Dərya Qasımova

    30 iyul 25, 15:37

    Şeiriniz çox səmimi və düşündürücüdür. Həyatın çətinliklərini, insanın içindəki boşluğu və duyulmamaq hissini çox yaxşı ifadə etmisiniz. Bu arada adının haqqını da verir..)

    Uğurlar maraqlı idi 🤍

    1. ramil

      @ramil

      30 iyul 25, 22:37

      Çox sağolun 🙏 

  3. SİMURQ

    @SİMURQ

    30 iyul 25, 15:07

    Uğurlar, gözəl alınıb. Şəkilsiz paylaşmağı özünüz seçibsiniz deyəsən. 

    1. ramil

      @ramil

      30 iyul 25, 15:20

      Çox sağolun)

      Xeyir özüm seçmədim,sadə bir şəkil seçmişdim,ancaq paylaşanda belə oldu...

      1. SİMURQ

        @SİMURQ

        30 iyul 25, 17:06

        İstəsəniz köməklik göstərə bilərəm🙏🏿

        1. ramil

          @ramil

          30 iyul 25, 19:36

          Şəkili siz əlavə etdiniz deyəsən))

          Çox sağolun 🙏 

          1. SİMURQ

            @SİMURQ

            30 iyul 25, 20:16

            Buyrun, bəyəndinizsə nə xoş mənə 🙏🏿. 

  4. SİRİUS

    @SİRİUS

    30 iyul 25, 14:50

    Bütün yazılar ozunmağa deyər olduğu kimi sizin şeiriniz de oxunmağa təqdir olunmağa layiqdir. Uğurlar.🍀✨

    1. ramil

      @ramil

      30 iyul 25, 14:56

      Çox sağolun 🙏 

  5. ramil

    @ramil

    30 iyul 25, 14:37

    Düşüncələriniz mənim üçün dəyərlidir ✨

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol