Səhər gəlir yavaş-yavaş,
Göylər al-əlvan rəngə bürünür.
Günəşim qarşıda ümidim kimi-
İşıldayır üzümə.
Soyuğu təkliklə eyni tuturam;
Sanki günəş də deyir: "Yalqız deyilsən,
İsidib hər zaman mən ürəkləri,
Nurlu şəfəqlərlə çox doldurmuşam.
İndi sıra səndədir, mən yanındayam,
Səni tənhalıqda qoymayacağam".
Yaman dayaq olmaq istədi mənə,
Axı sən sadəcə gündüzlər varsan!
Dərdimə həmdəmdir gecəmdəki ay,
Yanında izləyir məni ulduzlar...
Soyuqdu gecələr, yamanca soyuq,
Hər gecə üzümdə həmin o donuq
Baxış var ki, illərin xatirəsidi.
Hər axşam simamda ortaya çıxar,
O lalə yanaqda şehlər çoxalar.
Göyləri bürüyən qara buludtək,
Məni də fikirlər qoynuna alar.
Yox, axı sabahdır, indicə sabah,
Yenə qəm notuma gəl toxunmayaq.
Qoy xeyirlə başlasın hər sabahımız,
Olsa da gecələr hey sirdaşımız.
Gündüzlər sevincin şahidi olsun,
Xoşbəxtlik qəmimdən bu yana dursun,
Yoldaş olmasınlar ömür yolunda,
Axı itəcəyəm mən bu təzadda.
Deməyə ürəkdə çox sözüm vardır,
Qoy onlar qalsınlar başqa sabaha...
M.Aliyeva" loading="lazy">
Şərhlər (0)