Hər kəsin daşıdığı bir yükü var - SİRİUS

Hər kəsin daşıdığı bir yükü var - SİRİUS

Bəzən insanın yaşadıqları ona yük olur. Zaman keçdikcə bu yüklər daha da artır ,ağırlaşır.  İnsan indidə olduğu halda keçmişi buraxmayıb özünə yük edir... Gələcəyi hələ yaşamayıb onu da yük edir çiyinlərində. Bu gün keçir artıq dünən sayılır. Sabahlar isə bu günümüzdür. İnsan bilinmir harada yaşayır keçmişin labirəntində? Yoxsa gələcəyin astanasında? Çiyinlərinde tonlarla yük itib qalır heç tanımadığı heç gəlmədiyi bir yerdə. İndiyə fikir vermir. Bəziləri ya keçmişdə ilişib qalır ya da gələcəyi düşünərək bu günü də məhv edir.Hər kəsin əlində mütləq bir yük var görürsünüz? Onlar əslində görünən tərəfdir. İnsan içində gör nə qədər yük daşıyıbsa bunu artıq çölə vurur. 

Hər kəsin əlində öz yükü var. Nə heç kim sənin yükünü daşımır nə də sən onların.Heç kim heç kimə kömək edə bilmir əslində,insanın qəlbində daşıdığı yükləri heç kim görmür, çəkdiyi ağrılardan heç kim xəbərdar deyil.  Hər kəs sənin əlində olan yükə baxır, ağırdır?  yoxsa yüngül? 

Hər kəs özünə görə bir yük daşıyır. Bəzən tikanlı daşlı yollardan keçirik,bütün yüklərimizlə . Yerə qoysaq sanki hər şeyi itirəcəyik. Bəlkə də daşimaga alişmişiq ,yerə qoya bilmirik ama bu yüklər bizi uçurama aparır, fərqinde deyilik. Bu yüklərimizi bir yerde buraxmalıyıq. Bəzən bir insanın varlığını dərd edərək onu özümüzə yük edirik. Adını da sevgi qoyuruq. Bəzən danışmadıqlarımız içinizdə böyük bir boşluq yaradır. Dilə gəlməmiş duyğularımızın , hələ də həyata keçməmiş arzularımızın ,ən gözəl xəyyallarımızın həyata keçməməsi belə yük olur insana .

Sevincimiz azaldığı an qəlbimizi böyük bir kədər bürüyür.

-Sənin də yüklərin var...ama hələ azdır.

+ Axı mənim yüklərim sadəcə ürəyimdədir....

-Bəzi yüklər ürəklərdə bəziləri əllərdə daşınır .Ama yüklərin ağırliğı çiyinlərimizə çökür.

Qız bayaqdan oğlana qulaq asırdı sakitcə sözünü kəsmədən.O danışdığca öz içindəki suallara cavab tapmağa çalışırdı. Bir yere fikir verdi. Özünün nə qədər yüklər daşıdığının fərqinə vardı . Sanki o yüklər çox ağırlaşmışdı. Sonra qız astaca soruşudu: Səni qucaqlasam bütün yüklərimden azad olaram? 

"SİRİUS" 


Şərhlər (13)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    17 iyul 25, 01:04

    Hər kəsin içində bir yük var — keçmişindən, yaşadığı ağrılardan, susduğu sözlərdən ibarət bir yük. Amma başqaları yalnız sənin əlində olan yükə yəni görünən hissəyə baxır. Onlar sənin içindəki fırtınaları, gecə yatmadan öncə çəkdiyin sızıları, kiminsə bir sözü ilə içində qırılan yerləri görmür...

    İndi mən astaca soruşuram.Məni qucaqlasaz bütün dərdlərim keçərmi🥺😥

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 19:52

      Sizə burdan sevgi dolu qucaqlamalar göndərirem. Əzizim .🥹🫂🫂❤️

  2. ramil

    @ramil

    16 iyul 25, 22:18

    Məncə ürəkdə olan yük çiyinlərdə olan yüklərdən daha ağır və dözülməzdir.

    "Hekayənin son  cümləsi,insana xüsusi bir hisss bəxş edir və belə sonluqlar oxucuya daha çox oxuma həvəsi yaradır ..."

    Uğurlar 🌟 

    1. SİRİUS

      @SİRİUS

      19 iyul 25, 19:53

      Təşəkkürlər.🙏

  3. Asuela

    @Asuela

    16 iyul 25, 12:22

    en ağır olanı ise insanın yaşamadığı anı bele yük etmesidir..

    duyğuları bele sade ve derin anlatdığınız üçün teşekkürler❤️

    1. SİRİUS

      @SİRİUS

      16 iyul 25, 18:21

      Mən sizə təşəkkür edirəm dəyərləndirdiyiniz üçün. Minnətdaram 🙏 🍀 

  4. Əlizadə Fəxriyyə

    @Əlizadə Fəxriyyə

    15 iyul 25, 18:09

    Hal hazırda ki, vəziyyətim və qarşıma çıxan yazı😢Məndə özümü boşluqda hiss edirəm.. Ümüd edirəm nə vaxtsa düzəler.. Uğurlar.

    1. SİRİUS

      @SİRİUS

      16 iyul 25, 18:20

      İçimdeki boşluqlar özümüzü tapanda tamamlanır. Təşəkkürlər.

  5. N.O

    @N.O

    15 iyul 25, 16:43

    Mən bəzən ağ göyərçin kimi olmaq istəyirəm təmiz və sərbəst sanki bir buludlar arasında qanad açmaq və insanlara kinayə ilə ordan gülmək istəyirəmMən bəzən ağ göyərçin kimi olmaq istəyirəm təmiz və sərbəst sanki bir buludlar arasında qanad açmaq və insanlara kinayə ilə ordan gülmək istəyirəm

  6. XIII

    @XIII

    15 iyul 25, 13:33

    Daha bir motivasiyaedici bir yazı,əla.Uğurlar arzulayıram..

    1. SİRİUS

      @SİRİUS

      15 iyul 25, 16:39

      Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.

  7. Dərya Qasımova

    @Dərya Qasımova

    15 iyul 25, 13:16

    İnsan bəzən ən yüngül şeyi belə, çiyinlərində dağ kimi hiss edir. Çünki bəzən yükün ağırlığı çəkisində deyil,ürəyin danışma gücündə gizlənir 

    Uğurlar 

    1. SİRİUS

      @SİRİUS

      15 iyul 25, 13:30

      Deyerləndirdiyiniz üçün təşəkkür edirəm ✨ 💐 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol