Qapında dayanmışam...— İlkin Asif

Qapında dayanmışam...— İlkin Asif

Qapında dayanmışam...

        

Əldə çiçək, qapında dayanmışam...

Qapının zəngi “O evdədir” – deyir.

Bəlkə boylanasan bir mən tərəfə –

Ürəkdə nələr var, o deyə bilmir.

 

Bir səmaya göz gəzdir – bax, gün batır,

Aylar, günlər məni nə hala salır,.

Bir qəlbim varsa, o da sənə atır –

Nur üzünə vurur, göz görə bilmir.

 

Pəncərədə çiçəklər ki, sarmaşıb –

O gül-çiçəkdə sənin ətrin qalıb.

Sənin sevdan məni nə hala salıb –

Ürək nə danışa, nə dinə bilmir.

 

Bax sevgilim, yağışda yağır göydən,

Yağış deyil, göz yaşı axır gözdən,

Harda görülüb yaş axsın sözlərdən...?

Sözlər ayaq açıb yeriyə bilmir...

Şərhlər (3)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    19 iyul 25, 00:43

    Əslində çiçək də bir bəhanədir.Sevginin yanında...

  2. Fatima

    @Fatima

    18 iyul 25, 12:41

    Şeir çox dərin və hiss doludur. Oxuyanda elə bil içində nəsə qırılır insanın... Gözləmə, həsrət, bir az da ümidsizlik var. Amma o duyğular o qədər təbii ifadə olunub ki, insan özünü o səhnədə hiss edir. “Yağış deyil, göz yaşı axır gözdən” deməyiniz çox güclü təsir bağışlayır.

  3. SİRİUS

    @SİRİUS

    18 iyul 25, 12:35

    Şeir ürəkdən süzülüb gəlir . Muhteşem. Uğurlar 🫶 💫 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol