Qadağa - Şahmalı Hasan

Qadağa - Şahmalı Hasan

Yağış yağır, yanaqlarım yaşdı yenə

Qara buludlar alıb başımın üstünü 

Qəlbimin dörd divarları içindəyəm

Dəli şeytan deyir yandır bir xatirə

Eylə ciyərlərinə mehman tüstünü 

Yola sal getsin, yolçu yolda gərək

Sarvansız qalan fikir karvanlarını

Darmadağın et hicran mülkünü 

Sök parça-parça sevgi büstünü 

Bir zaman bağbanı idin sən

Qədir ağaclarından saldığın bağa 

Həsrət küləyi bir yarpaq da qoymadı

Gül bağın döndü bomboz dağa

İndi bağın önündən keçənlər gülür 

Girişdə yazdığın sözə ki,

Sevməyə qoymuşam artıq qadağa...

Şərhlər (4)

  1. Aynur Yusifova

    @Aynur Yusifova

    12 oktyabr 25, 15:51

    Şeriniz qəşəy idi.Qaldıkı sevidə qadağa qoymağınız heçdə doğru fikir deyil.Səni sevməyən dəyər verməyən biri üçün həyatını sevgini qadağaya çevirmə.Özünü topla və həyatına davam et😊

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      13 oktyabr 25, 21:28

      Əlbəttə, haqlısınız! Təşəkkürlər 🙏 Amma ki, şeir sadəcə təxəyyül məhsulumdur.

  2. SİRİUS

    @SİRİUS

    07 oktyabr 25, 15:39

    Məncə bir insana göre dəyməz sevməyə qadağa qoymaq ki ,o insan sənin üçün dəyərli və xeyirli olsaydı səninlə olardı. Maraqlı şeir idi . Uğurlar ✨ ❤️ 

    1. Şahmalı Hasan

      @Şahmalı Hasan

      08 oktyabr 25, 12:44

      Doğrudur 👍 

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol