Anama aşiqəm - Missaliyeva

Anama aşiqəm - Missaliyeva

Anama aşiqəm,yalnız Anama,

Ən gözəl gözlərə sahib idi o.

Anama aşiqəm,yalnız Anama

Qəlbimin taxtına layiq idi o.


Anama aşiqəm,yalnız Anama,

O mənə özümü bəxş eləmişdi.

Ona aşiq olmayıb,kimə olum bəs?!

O mənə ömrünü həsr eləmişdi .


Anama aşiqəm,yalnız Anama,

Mənə təbəssümü öyrədən qadın.

Olmasa,varlıqdan söz gedə bilməz!

Mənə "Ana" sözün söylədən qadın.


Misrama baxıram sanki nəfəsin,

Bir canlı qönçətək duyulur hələ.

Özün olmasan da yaşadıram mən,

Misramda can verib daima sənə.

17 dekabr 2025

Şərhlər (2)

  1. Orhhan_18

    @Orhhan_18

    13 yanvar 26, 21:24

    Mükəmməl
    Məncə bu işi davam etdirməlisiniz

    1. M.Aliyeva

      @M.Aliyeva

      13 yanvar 26, 21:47

      Çox sağ olun.🙏

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol