Adi günlərdən biri idi. Bakıda səhər saatlarından başlayaraq aramsız külək əsirdi. Güclü külək yol kənarındakı ağacları və elektrik dirəklərini sözün həqiqi mənasında yarpaq kimi silkələyir, bəzən də yolların və avtomobillərin üzərinə aşıırırdı. Nəticədə yollar bağlanır, avtomobillər saniyələr içində yararsız hala düşürdü. Amma Bakı küləklər şəhəri olduğundan və şəhər sakinləri də buna öyrəşdiyindən öz gündəlik həyatlarına normal şəkildə davam edirdilər. Kübra da onlardan biri idi. O, yaşadığı Maştağa qəsəbəsindəki həyət evinin qonaq otağında günorta namazını qılırdı. Beş uşaqlı ailənin sonuncu və tək qız övladı olaraq Zərdabın Əlibəyli kəndində dünyaya gələn Kübra anadangəlmə tam görmə məhdudiyyətli idi. Lakin buna baxmayaraq, ailəsi "qızlarının gözləri görmür" deyib sağlam övladlarından fərqləndirməmiş, ona da təhsil verib cəmiyyətə qazandırmış, öz valideynlik borclarını layiqincə yerinə yetirmişdilər. Orta təhsilini Gözdən Əlil Uşaqlar üçün 5 saylı Xüsusi İnternat Məktəbində alan Kübra daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Təhsilini tamamladıqdan sonra isə Bakıdan olan özü kimi görmə məhdudiyyətli sinif yoldaşı Hafizlə ailə qurur. Bu izdivacdan onların Mərcan adlı qızı dünyaya gəlir.Cütlüyün evliliyinin 26-cı ilində isə Hafiz çalışdığı Təcili Tibbi Yardım Stansiyasında ürək tutmasından vəfat edir. Elə o zamandan da Kübra qızı Mərcan, kürəkəni Aydın, bir də Hafiz və Yunis adlı əkiz nəvələri ilə birgə onların evində yaşayırdı. 25 il idi ki, ibadətlə məşğul olan Kübra namazını yenicə qılıb qurtarmışdı ki, həyət darvazası döyüldü. O, canamazını səliqə ilə qatlayıb divanın yuxarısına qoyduqdan sonra qapını açmaq üçün yavaş addımlarla evdən çıxıb pilləkənlərlə həyətə düşdü və yenə yavaş addımlarla ortası tamet daşları ilə döşənmiş yolla darvazaya tərəf gedib gələnin kim olduğunu bilmək üçün soruşdu:
— Kimdir?
— Bizik, nənə!
Kübra səsi tanıyıb qapını açdı. Gələn nəvələri idi.
— O, mənim nazlı bəbələrim, — deyib Kübra dərsdən qayıdan nəvələrini elə qapıdaca mehribanlıqla qarşıladı. Hafizlə Yunis 11-ci sinifdə oxuyurdu.
— Salam, nənə!
Onlar da nənələrini salamlayıb içəri keçdilər. Hafiz darvazanı bağladıqdan sonra üzünü Kübraya tutub gülümsəyərək dedi:
— Nənə, mənə nazlı bəbə demə, nə olar!
Sonra qardaşına tərəf dönüb istehza ilə əlavə etdi:
— Sən Yunisə nazlı bəbə de, bu ləqəb ona yaraşır. Mən nazlı bəbəyəmsə, sən də ana quzususan.
Yunis qardaşının atmacasını cavabsız qoymadı:
— Qulaq asın, balalarım! — Kübra üzündə təbəssüm dilləndi. — Nə qədər böyüsəniz də, siz mənim nazlı bəbələrimsiniz və elə də qalacaqsınız. Hətta, əgər qismət olsa, arvadlarınızın və uşaqlarınızın yanında da sizə nazlı bəbələrin deyəcəyəm.
Hər üçü gülə-gülə evə doğru addımladılar .
— Verin çantalarınızı aparım, — Kübra nəvələrinə müraciət etdi.
— Sağ ol, nənə, özümüz apararıq, — deyə Yunis mehriban tərzdə cavab verdi.
Evə keçdilər .
— Nənə, evi təmizləmisən? Hər yer xlor qoxuyur, — deyə Hafiz birdən soruşdu.
— Hə, ağıllı balam, — Kübra cavab verdi.
— Ay nənə, niyə əziyyət çəkdin axı? Anam eləyərdi də, — Hafiz canıyananlıqla söylədi.
— Nə əziyyəti, oğlum? — Kübra gülümsədi. — Bura mənim də evimdir. Anangil harada qaldı?
— Bir azdan gələcəklər, — Yunis dedi.
Mərcanla Aydın oğlanlarının da oxuduğu qəsəbə məktəbində müəllim işləyirdilər. Aydın tarix, Mərcan isə riyaziyyat müəllimi idi.
— Yaxşı, gedin əyninizi dəyişin, əllərinizi yuyun, mən də ona qədər süfrəni hazırlayım, — Kübra bunu deyib mətbəxə sarı yönəldi.
Mərcan ilə Aydın birlikdə işdən evə qayıdırdılar.
— Of, külək də əsməyə vaxt tapdı, — deyə Aydın üsyankarcasına dilləndi.
— Belə danışma, Aydın, Allaha xoş getməz, — Mərcan etiraz etdi.
— Sənin də, Allahının da, — Aydın dodaqaltı mızıldandı.
Aydın ateist idi. O, Allahın, Quranın və Peyğəmbərin varlığına inanmır, inananları cahil adlandırırdı. Üç uşaqlı ailənin ikinci övladı olaraq Sabirabadın Bulduq kəndində dünyaya gələn Aydın Mərcanla universitetdə oxuduğu illərdə tanış olmuş, təhsilini tamamladıqdan bir ay sonra da evlənmişdi.
-Unutma ki, -Mərcan sanki bir faydası olacaqmış kimi izaha davam etdi.
-Günəşin çıxması, yağışın yağması kimi küləyin əsməsi də bir təbiət hadisəsidir. Təbiət hadisəsi isə bizim zərərimizə deyil. Aydın cavab olaraq nəsə demək istəyirdi ki, bu an arxadan kiminsə səsi eşidildi. Mərcanla Aydın səsi eşidib geriyə çevriləndə qarşılarında qonşuları Teybəni gördülər.
— O, salam, Teybə xala, cümən mübarək!
Mərcan Teybəni mehribanlıqla salamladı.
— Salam, qızım, sizin də cüməniz mübarək!
Teybə də eyni səs tonu ilə dilləndi:
— Necəsiniz, uşaqlar necədir?
— Şükür, biz yaxşıyıq, Teybə xala, sizdə nə var, nə yox?
— Biz də yaxşıyıq, qızım. Mərcan, sənə çox təşəkkür edirəm, bayaq Ramazanla danışdım, dedi ki, hər gün zəng vurub halını xəbər alırsan.
Ramazan Teybənin üç uşağından biri idi. 15 ildir şizofreniya xəstəliyindən əziyyət çəkən Ramazan iki həftə idi ki, ruhi-əsəb dispanserində müalicə almaqda idi. Mərcan Teybənin sözlərinə cavab olaraq səmimiyyətlə bunları dedi:
— Ramazan mənim qardaşımdır, Teybə xala. Bacı qardaşına hansı gündə lazımdır? Əla… bir korumuz var idi, bir də şizofreniyamız oldu,c Aydın pıçıltı ilə deyindi.
— Hətta biz anamla onun yanına getməyi də düşünürük. — Mərcan davam etdi:
— Çox sağ ol, qızım, Allah səndən razı olsun!
Teybə sakit səslə dilləndi və elə Ramazanda nə ananı məndən, nə də səni bacılarından ayırmır, — deyə əlavə etdi. — Nə isə, mən sizi çox saxlamayım. Yaxşı, Teybə xala, hələlik!
Onlar sağollaşıb evlərinə tərəf yönəldilər. Çöldə küləyin qulaqbatıran uğultusu eşidilir, evdə isə Kübra ilə nəvələri yemək yeyirdilər.
— Necə keçdi dərsiniz, uşaqlar? — Kübra mehribancasına soruşdu.
— Yaxşı keçdi, nənə, bütün dərslərdən 5 aldıq, — deyə Yunis fəxrlə cavab verdi.
Əla Kübra sevincək dedi. Sonra əminliklə əlavə etdi:
— Unutmayın, əziz balalarım, oxumaq, oxumaq, yenə də oxumaq!
— Nənə, yəni sən oxuduğun üçün heç peşman deyilsən? — Hafiz maraq dolu səslə soruşdu.
— Yox, niyə peşman olmalıyam? — Kübra təəccübləndi.
— Axı sən öz ixtisasın üzrə işləyə bilmədin! — Hafiz məyus halda dedi.
— Əziyyətin də hədər getdi.
— Qulaq as, oğlum, — Kübra qətiyyətlə dilləndi. — Birincisi, oxumaq insana təkcə işləmək üçün gərək deyil. Oxumaq həm də insanın dünya görüşünü artırır, baxış bucağını genişləndirir. Qısası, oxumaq insanı gözəl gələcəyə aparan işıqlı bir yoldur.
Bu vaxt darvaza təkrar döyüldü.
— Yəqin atamgildir, mən açaram, — deyib Yunis ayağa qalxdı.
— İkincisi, — Kübra sözünə davam etdi. — İnşallah, gün gələcək sən də, valideyn olacaqsan, valideynlik isə yalnız uşağı dünyaya gətirib böyütmək deyil, həm də düzgün yetişdirməkdir. Bunun yolu da savaddan keçir, yəni gərək özün savadlı olasan ki, uşağını da düzgün tərbiyə edə biləsən. Gələk sənin sualına, bunu yadında saxla ki, insan çox vaxt etdiklərinə görə yox, etmədiklərinə görə peşman olur. Əgər mən, Həzrəti Məhəmməd peyğəmbərimizin ümməti olan bizlərə "beşikdən qəbrə qədər elm öyrənin" dediyini bildiyim halda, buna əməl etməsəydim, peşman olardım. Bir də, elm öyrənmək və öyrətmək özü də ibadətdir, oğlum!
Bu vaxt otağın qapısı açıldı.
— Mərcan, sizsiniz, qızım? — qapının səsini eşidən Kübra dəqiqləşdirmək üçün soruşdu.
— Yox, yad planetlilərdir, — Mərcanla birgə otağa daxil olan Aydın istehza ilə cavab verdi.
— Aydın, bəsdir, — Mərcan ərinin üstünə acıqlandı, sonra anasına yaxınlaşaraq "Necəsən ana?" deyə mehribanlıqla soruşdu.
— Şükür, yaxşıyam, qızım. Sən necəsən? Necə keçdi günün?
— Həmişəki kimi, — Mərcan dedi.
— Of, bəsdir, boş-boş danışdınız. Tez ol, get yemək gətir, acından ölürəm. — Aydın donquldandı.
— Mərcan, biz yedik, qızım, — Kübra dedi.
— Sən ikinizə gətir.
— Yaxşı, ana, — Mərcan yemək gətirmək üçün mətbəxə getdi.
Belə başa düşürəm ki, bu evdə eşşək bizdən irəlidir hə, Kübra xanım?
- Aydın qaynanasına xitabən kinayə ilə dilləndi.
— Niyə? — Kübra heyrətləndi.
— Belə olmasaydı, yeməyə bizi də gözləyərdiniz.
Kübra bu sözlərdən pərt oldu. Vəziyyəti belə görən Hafiz sözə qarışdı:
— Ata, biz bir azdan hazırlıq kursuna gedəcəyik, ona görə yeməyimizi sizdən əvvəl yedik.
Aydın bir söz demədi. Gedək, hazırlaşaq, vaxta az qalıb. Yunis bunu deyib ayağa qalxdı. Bu zaman Kübranın səsli assistentlə işləyən sensorlu mobil telefonunun mesaj səsi eşidildi. Telefonunu cibindən çıxarıb açan Kübra rəfiqəsi Rozadan gələn səsli WhatsApp mesajını oxumağa başladı:
— Salam, Kübra, cümən mübarək olsun! Necəsən? Evdəkilər necədir? Kübra, təəssüf ki, mən səni bu gün məscidə apara bilməyəcəyəm. Qızım xəstələnib, onun yanına gedirəm. Xahiş edirəm, məni bu səfərlik üzrlü hesab elə.
Kübranın mesaja cavabı belə oldu:
— Salam, Roza, şükür, biz yaxşıyıq. Hə, başa düşdüm. Allah qızına şəfa versin, əlbəttə, get, mənə görə də narahat olma, görüm nə edirəm.
Kübra mesajı göndərib telefonu cibinə qoydu. Mərcan əlində sini geri qayıtdı. Uşaqlar da təkrar otağa girdilər.
— Ana, biz gedirik, — Yunis üzünü anasına tutub dedi.
— Yaxşı, oğlum, — deyib Mərcan sinidəki yeməkləri süfrəyə düzməyə başladı. Aydın yemək yemək üçün masanın arxasına keçdi.
Allaha əmanət olun, uşaqlar! Kübra mehriban səslə dilləndi.
— Of, iki sözündən biri Allahdır! Bir gün məni dəli eləyəcək bu kor qadın, — deyə Aydın dodaq altı mızıldandı.
Aydın ona heç bir zərər olmayan qaynanasını sırf gözləri görmədiyi, Allaha inandığı və onu uşaqlarına tanıtdığı üçün sevmir, ona ürəyində bitib-tükənmək bilməyən nifrət bəsləyirdi. Onun evində yaşamağına isə yalnız Mərcana görə dözürdü.
Uşaqlar, hamı ilə sağollaşdıqdan sonra hazırlıq kursuna getmək üçün evdən çıxdılar. Mərcan səndən bir şey xahiş edə bilərəm, qızım? Kübra tərəddüdlə soruşdu.
— Yox, Kübra sultan, xahiş eləməyin, buyurun, əmr edin!
Mərcan gülümsədi. Qızının bu sözlərindən sonra Kübranın az əvvəlki tərəddüdü həmin andaca yox oldu. Hər cümə olduğu kimi, bu gün də məsciddə dini söhbət var, məni ora həmişə Roza aparırdı, bilirsən, onun da qızı xəstələnib.
— sən də istəyirsən ki, səni Mərcan məscidə aparsın, eləmi? — Aydın qaynanasını qabaqladı.
— Hə, oğlum, — Kübra təsdiq etdi.
— Xeyr, aparmayacaq!
Aydın kəskin şəkildə dedi və əlavə etdi:
— Mən arvadımın orada danışılan gic-gic şeyləri dinləməyini istəmirəm.
— Oğlum, orada ancaq dindən...
Bilirsən nə var? Aydın Kübranın sözünü kəsdi.
— Mənə əslində heç olmayan, özünüzün uydurub inandığınız dininizi də, Allahınızı da, peyğəmbərinizi də söydürmə!
— Bəsdir! Aydın — Kübra bu yerdə özünü saxlaya bilməyib hiddətlə bağırdı.
Aydın onun qəfil qışqırmasından ani çaşqınlıq yaşasa da, özünü o yerə qoymadı. Qışqırma qarşında uşaq yoxdur.
— Qulaq as, Aydın, — Kübra əsəbi halda dilləndi.
— Sən Allaha, peyğəmbərə, dinə inanmırsan, bunu başa düşdük. Amma bu sənə onları təhqir etmək və kiminsə inancına qarışmaq haqqını vermir. Bir də ki, Mərcan sənin arvadındırsa, mənim də qızımdır və inancıldır.
— Hə, yəni, demək istəyirsən ki …Aydın qaynanasının sözlərinə cavab vermək istəyirdi ki, Mərcan vəziyyətin gərginləşdiyini görüb sözə qarışdı.
— Aydın, dayan, ana, sən də əsəbləşmə, get, hazırlaş, səni məscidə aparacam.
— Sağ ol, qızım, məni yanılmayacağını bilirdim. Yaxşı, saat 3-də məsciddə olmalıyıq.
Kübra bunları deyib ayağa qalxdı və hazırlaşmaq üçün ağır addımlarla otaqdan çıxdı. Aydın ağzını açıb nəsə demək istəyirdi ki, Mərcanın sərt baxışlarını görüb susdu. Hər ikisi yemək yeməyə başladılar.
Üç gün keçdi. Axşamüstü idi. Kübra qonaq otağında oturub Brayl əlifbası ilə çap olunmuş kitab oxuyurdu. Bu vaxt otağın qapısı açıldı.
— Kimdir?
— Mənəm, nənə, Hafiz.
Gəl, oğlum. Hafiz gəlib divanda nənəsinin yanında oturdu.
— İftar vaxtına nə qədər var?
— Bir saat, — deyə Kübra cavab verdi.
Bu gün 11 ayın sultanı müqəddəs Ramazan ayının ilk günü idi. Kübra da hər il olduğu kimi, bu il də oruc tuturdu.
— Nənə, sənə çətin deyil? — deyə Hafiz qayğıkeşliklə soruşdu.
— Nə, oruc tutmaq? — Kübra nəvəsinin nə demək istədiyini başa düşdü.
— Hə, Hafiz cavab verdi.
— Yox, oğlum, — Kübra qətiyyətlə dedi. — Allahın rizasına qazanmaq haqq, hesab günü onun hüzuruna alını açıq, başı uca çıxmaq üçün görülən heç bir iş çətin deyil. Axı sən neçə saatdır ki, yemək yeməmisən?
Kübranın nəvəsinin bu sözünə də cavabı belə oldu:
— Qulaq as, oğlum, Allah bizə bir gündə 24 saat və ildə 12 ay vaxt verir, bunun da yalnız bir ayını oruc tuturuq. Bizim 11 ay ərzində yemək yediyimiz vaxt, oruc tutanda ac qaldığımız vaxtdan daha çoxdur. Bir də ki, Allah bizə bu dünyada yaşamaq haqqı, yaşamaq üçün də saysız, hesabsız nemətlər verib, biz də əvəzində ibadət edərək ona olan qulluq borcumuzu yerinə yetirməliyik. — Nənə, sən dini təhsil almısan? — Deyə birdən Hafiz maraq dolu səslə soruşdu.
— Təəssüf ki, yox, oğlum, — Kübra məyus halda dedi və dərindən ah çəkib əlavə etdi:
— Mənim vaxtımda biz Sovetlər Birliyinin, daha doğrusu Rusiyanın əsarəti altında yaşayırdıq, onlar da bizə nəinki dini təhsil almağa, heç məsciddə ibadət etməyə belə icazə vermirdilər. Ona görə də çox istəməyimə rəğmən dini təhsil ala bilmədim. Niyə soruşdun?
— Bəs sən indicə mənə danışdıqlarını haradan öyrənmisən?
Hafiz nənəsinin sualına sualla cavab verdi.
— Bax bu kitabdan öyrənmişəm, — deyə Kübra əlindəki kitabı göstərdi.
— O nə kitabdır, nənə? — Hafiz dərhal maraqlandı.
— Bu bizim müqəddəs kitabımız olan Qurani-Kərimdir, oğlum, — deyə Kübra cavab verdi.
— Hə, mən bu kitabı əvvəllər sənin əlində görmüşəm. — Hafiz dedi.
— Yəni, bu kitabda hər şey yazılıb?
— Hə, mənim balam.
Kübra əminliklə dinləndi.
— Bu kitab bizim yer üzündəki ən yaxşı və ən doğru bələdçimizdir. Nənə, mənə kitab barədə daha ətraflı məlumat verə bilərsən?
Hafizin kitaba marağı daha da artdı.
— Əlbəttə, baxa bilərsən!
Kübra həvəslə danışmağa başladı.
— Nəinki, biz müsəlmanların, hətta digər dinlərdən olan insanların da oxumalı olduğu bu müqəddəs kitab 610-cu ildə Həzrəti Məhəmməd peyğəmbərimizə Məkkədə Nur dağındakı Hira mağarasında Allah tərəfindən mələk Cəbrayıl vasitəsilə vəhy edilmiş, ilk ayəni isə "Əl-İqra", yəni "Yaradan Rəbbinin adı ilə oxu" olmuşdur. Kitab 114 surədən, 6236 ayədən, 30 cüzdən və hər cüzü 20 səhifə olmaqla 600 səhifədən ibarətdir. Surələrin 86-sı Məkkədə, 28-i isə Mədinədə vəhy olunub. Ən uzun surə 286 ayədən ibarət olan Bəqərə, ən qısa surəsi isə 3 ayədən ibarət Kövsər surəsi olan Quran Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitir. Quran elə bir kitabdır ki, onu gözlə oxuyan ancaq yazısını görər, qəlbi ilə oxuyan mahiyyətini duyar, ruhu ilə oxuyan isə Allahı dərk edər. Qısası, başqa səmavi kitablardan fərqli olaraq 23 il ərzində hissə-hissə nazil olan və təhrif olunmadan günümüzə qədər gəlib çatan bu müqəddəs kitab Yaradanın şüurlu varlıqlar olaraq yaratdığı bizlərə onu dərk edib sevməyimiz, ən əsası isə insan kimi yaşamağımız üçün göndərdiyi ən mükəmməl hədiyyədir. Ona görə də biz bu kitaba müqəddəs kitab deyirik. Hə, onu da deyim ki, Quran Ramazan ayında nazil olunub. Bəs sən bu kitabı haradan almısan?
Deyə Hafiz növbəti sualını ünvanladı. Kübranın nəvəsinin bu sualına da cavabı belə oldu:
— Almamışam, rəhmətlik babanın ad günü hədiyyəsidir. Baxa bilərəm, Hafiz əlini kitaba tərəf uzatdı.
— Əlbəttə, baxa bilərsən, Kübra dedi və əlavə etdi:
— Amma yazıları oxuya bilməyəcəksən, çünki bu kitab bizlərin, yəni görmə məhdudiyyətli insanların yazıb oxuduğu Brayl əlifbası ilə yazılıb. Bir də əllərin təmizdir?
— Hə, təmizdir. Hə, qoy onu da deyim ki, Qurani-Kərimə əl vuran insanın təkcə əlləri yox, ruhu və qəlbi də təmiz olmalıdır, — deyə Kübra əlavə etdi.
Kitabı nənəsinin əlindən alan Hafiz onu öpüb alnına qoymuşdu ki, otağın qapısı gurultu ilə açıldı. — Hə, deməli, belə — deyib Aydın qəzəbli halda içəri girdi.
— Bayaqdan sizi dinləyirdim, deməli sən mənim evimdə xurafatla məşğulsan.
— Əstəğfurullah, oğlum, mən sadəcə...
Kübra mülayim səslə cavab vermək istəyirdi ki,
-Dayan!
Aydın onun üstünə çımxırdı.
— Birincisi, mənə oğlum demə, mənə sənin kimi kor ana lazım deyil. İkincisi isə mən sənə bu evdə yaşamağa yalnız Mərcanın xatirinə icazə vermişəm, uşaqlarımın tərbiyəsini pozub onların başını xurafat şeylər ilə doldurasan deyə yox! Aydın-dır.
Ata, nənəm... Hafiz nənəsini müdafiə etmək istədi, kəs səsini! Aydın oğlunun da sözünü ağzında qoydu.
— Mənə de görüm elmə, təhsilə sərf eləməli olduğun vaxtını niyə belə boş-boş şeylərə sərf edirsən, hə, cavab ver! O, lənət kitabı mənə ver !
Aydın Hafizin hələ də əlində tutduğu Quranı aldı.
— Aydın xahiş edirəm, ver onu mənə!Oğlum, o müqəddəs kitabdır! — Kübra ayağa qalxıb yalvarmağa başladı.
— Bəsdir zəhləmi tökdün, kor qadın!
Qaynanasının bu sözlərindən sonra daha da özündən çıxan Aydın əlindəki Quranı bütün gücü ilə onun başına çırpdı. Kübra aldığı qəfil zərbənin təsirindən səndirləyib çarəsiz halda divana çökdü. Bu vaxt mətbəxdə yemək bişirən Mərcan və otağında dərs oxuyan Yunis səsi eşidib gəldilər.
— Aydın, nə edirsən?
Utanmırsan? Mərcan irəli yeriyib yerə düşən kitabı götürmək istədi.
— Çəkil görüm!
Aydın sərt hərəkətlə arvadını sinəsindən geri itələdi, sonra da üzündə iyrənc bir təbəssümlə:
— İndi görək sənin bu kor ananın müqəddəs kitabı mənə nə edəcək, deyərək yerdəki Quranı ayağı ilə qaldırıb yuxarı atdı. Kitab əvvəlcə tavana, ordan televizora, sonra isə təzədən yerə çırpıldı. O saatda Aydın kitabı təpikləməyə başladı.
— Aydın, dayan!
— Nə edirsən?
— Ata, eləmə!
Mərcanın və uşaqların qışqırıq səsi Kübranın ağlama səsinə qarışdı. Hər kəs Aydına mane olmağa çalışır, o isə heç kimin ona yaxınlaşmağına imkan vermir, Quranı futbol topu kimi o tərəf, bu tərəfə atırdı. Elə bu an gözlənilməz hadisə baş verdi. Aydının saniyələr içində rəngi qaraldı. Sonra o, sağ əlini ürəyinin üstünə qoyub kökündən qopmuş ağac kimi yerə yıxıldı.
— Aydın, sənə nə oldu?
— Ata!
Mərcan ilə Yunis təşviş içində yerdə hərəkətsiz halda uzanan Aydına sarı yüyürdülər.
— Nə oldu, qızım?
Kübra təlaşla ayağa qalxdı.
— Bilmirəm ana, deyəsən ürəyidir.
Mərcan həyəcanlı səslə dedi və tez:
— Təcili yardım çağırın! — deyə əlavə etdi.
— Mən çağıraram, — deyib Kübra telefonu əlinə götürdü.
İki saat keçdi. Kübra Hafiz və Yunislə birgə Sabunçu Rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasının gözləmə zalında bir saatdan çox idi ki, əməliyyat olunan Aydından xəbər gözləyirdi.
— Allahım, yalvarıram, Aydın əməliyyatdan sağ-salamat çıxsın, sağalıb yenidən ailəsinin yanına qayıtsın, — deyə Kübra əllərini açıb dua etməyə başladı.
Nənə, atam az əvvəl səni təhqir etdi, sən isə onun sağalması üçün dua edirsən? — deyə Hafiz təəccübləndi.
— Qulaq as, ağıllı balam. Kübra sağ əlini yanında oturan nəvəsinin çiyninə qoyub danışmağa başladı. Atanın Allahı və müqəddəs kitabımızı təhqir etməsi məni təhqir etməsimdən daha ağırdır, amma Allah bağışlayandır və əgər əbədi olan Allah bağışlayırsa, onda fani olan biz qullar da bağışlamağı bacarmalı, hər nə olur olsun, çətin vəziyyətə düşən birinin yanında olmalıyıq. Bir də ki, nə bilmək olar, bəlkə bu olanlar atanızı doğru yola qaytarar. Bu vaxt Mərcan da onların yanına gəldi.
Bir xəbər var? Yox. Hafiz başını buladı.
— Harada idin, qızım?
Kübra mülayim səslə soruşdu.
— Aydının ailəsinə xəbər verdim. Mərcan üzgün halda cavab verdi. O saatda yola çıxdılar, sonra da Teybə xala və məktəbin direktoru ilə danışdım.
— Lap yaxşı, Kübra başını tərpətdi.
— Ana, sən orucunu açdın?
— Hə, qızım, açdım. Hafiz sağ olsun, mənim üçün şirniyyat və çay aldı.
— Lap yaxşı, gör nə deyirəm, bəlkə sən uşaqlarla birlikdə evə gedəsən?
— Yox, qızım, Kübra etiraz etdi.
— Heç olmasa qoy Aydının valideynləri gələnə qədər burada qalım. Bu vaxt tibb bacısı sürətli addımlarla onlara yaxınlaşdı.
— Təcili bizə iki müsbət qan lazımdır.
— Qan?, Mərcan təlaşlandı.
— Bəli, iki müsbət qan. — Tibb bacısı təkrar etdi.
— İndi biz qanı haradan? necə tapaq?
Mərcan çarəsiz halda tibb bacısına baxdı.
— Ana, biz verə bilərik. Yunis dedi.
— Yox, oğlum, Mərcan başını buladı. Sizin yaşınız azdır. Mənim qanım iki müsbətdir, mən verərəm deyərək Kübra cəld ayağa qalxdı.
— Yaxşı, onda buyurun gedək, Kübra ilə tibb bacısı birlikdə gözləmə zalından çıxdılar. Kaş atamın da ürəyi nənəmin ürəyi kimi olardı. — Hafiz.kövrəldi.
— Bayaq o nənəmə nələr dedi, amma nənəm onun sağalması üçün dua edirdi, indi də qanını verir...
— Qulaq as, Hafiz, — Yunis üzünü qardaşına tutdu, — nənəm həmişədeyir ki, Allah insana fiziki görkəminin necə olmasını, bir də ailəsinin kim olmasını seçmə haqqını vermir. Nə eləyək ki, indi bizim də bəxtimizə Aydın kimi ata yazılıb? Məni ən çox maraqlandıran bilirsən nədir? Atamın ailəsində hər kəs – yəni nənəm, babam, əmim, bibim – hamısı Allaha inandıqları halda, o necə ateist olub?
— Ah, oğlum, — Mərcan dərindən köksünü ötürüb dilləndi. — Bizim təhsil aldığımız vaxtlar Sovetlər Birliyinin, daha dəqiq desək Rusiyanın əsarəti altında yaşadığımız vaxta təsadüf edirdi. Həmin vaxtlar ən çox da ali təhsil müəssisələrində ateizm təbliğ olunurdu. Allaha şüklər olsun ki, mən babanın və nənənin sayəsində o lənətə gəlmiş müəllimin təsirinə düşmədim, amma atan... — Mərcan bu yerdə ağlamağa başladı. — Mən onu fikrindən döndərmək üçün çox çalışsam da alınmadı. Nənənlə babana onun ateist olduğunu demədim, çünkü atanızı sevirdim və onların bunu öyrəndikləri zaman evlənməyimizə razı olmayacaqlarını bilirdim. Sonra babanız rəhmətə getdi, mən də atanızı bir təhər razı salıb nənəniz tək qalmasın deyə onu bizə gətirdim. Yazıq nənən də həqiqəti o zaman öyrəndi. O da atana doğru yol göstərməyə çalışdı, amma bacarmadı.
— Özünü üzmə, ana, — Yunis böyük adam təmkini ilə dilləndi. — İnşaallah, atam sağalar və nənəmin dediyi kimi, bəlkə bu dəfə doğru yola qayıdar!
Mərcanla Hafiz başlarını tərpətdilər.Bir neçə saat keçdi. Səhər saatları idi. Yenə hər kəs xəstəxananın gözləmə zalında həyəcanla Aydından bir xəbər gözləyirdi. Artıq Aydının atası İdris, anası Gülüstan, bacısı Həyat və qardaşı Cahandar da gözləyənlər arasında idilər.
— Niyə hələ bir söz demirlər? — Həyat gözləri yaşlı halda atasına baxdı.
— Ağlama, qızım, gözləyək görək nə olur, — İdris qızını sakitləşdirməyə çalışdı.
Bu zaman Kübra ilə Gülüstan birlikdə namaz qılmaqdan qayıtdılar.
— Mərcan, — Kübra qızını səslədi.
— Burdayam, ana, — Mərcan yorğun halda dilləndi.
— Bir xəbər var?
— Hələ yox, — deyə Hafiz anasının əvəzinə cavab verdi.
Bu vaxt ağ xalatlı tibb bacısı onlara tərəf gəldi.
— Nə oldu? — Gülüstan təlaşla yerindən qalxdı.
— Gözünüz aydın, Aydın bəyin əməliyyatı yaxşı keçdi, — tibb bacısı hər kəsə xitabən dedi. — Bir neçə saat əvvəl özünə gəldi, on beş dəqiqə əvvəl də palataya köçürüldü.
— Onu görə bilərik? — sualı sevinci səsində açıq-aşkar hiss olunan Mərcan verdi.
— İndi həkim yanındadır, əgər məsləhət bilsə görərsiniz.
— Qızım, xahiş edirəm məni də özünlə Aydının yanına apar, özüm həkimlə danışaram, oğlumu görmək istəyirəm, — Gülüstan təkid etdi.
— Qulaq asın, xanım, — tibb bacısı ciddiləşdi, — sizinlə açıq danışacam. Oğlunuz ağır ürək əməliyyatı keçirib. Əslində biz xəstə əməliyyatdan çıxan kimi yaxınlarını məlumatlandırırıq, ancaq sizə Aydın bəy tam ayılana xəbər verdik. Bilirsiniz niyə? Gözlədik ki, o özünə gəlsin, çünki bizim onun nəinki oyanmağına, hətta yaşamağına belə ümidimiz yox idi!
Hər kəs eşitdikləri qarşısında yerindəcə donub qaldı.
— Ona görə də onu yormaq olmaz, dediyim kimi Aydın bəyi ancaq həkim icazə versə görə bilərsiniz.
Tibb bacısı bunu deyib getdi. Aydın palatasında taqətsiz halda uzanmışdı.
— Özünüzü necə hiss edirsiniz, Aydın bəy? — başının üstündə dayanan həkim mehriban səslə soruşdu.
— Yaxşıyam, həkim, — deyə Aydın yorğun səslə cavab verdi, sonra da, — məni nə vaxt evə buraxacaqsınız? — deyə soruşdu.
— Niyə evə getmək üçün belə tələsirsiniz? — həkim suala sualla cavab verdi, sonra əlavə etdi: — Yeni əməliyyatdan çıxmısınız, heç olmasa bu gün müşahidə altında qalın. Qulaq asın, Aydın bəy, - Aydının yenə nəsə demək istədiyini anlayan həkim onu qabaqladı.
-Siz kəskin miokard infarktı, yəni ürək tutması ilə bağlı olduqca ağır əməliyyat keçirdiniz. Sizi əvvəl Allahın, sonra da Kübra xanımın sayəsində xilas edə bildik.
— Kübra xanımın? — Aydının gözləri heyrətdən böyüdü.
— Bəli, qayınananızın, — həkim davam etdi. — Əməliyyat əsnasında sizə təcili qan lazım oldu, Kübra xanım da...
— Mənə qanını verib ölümdən xilas etdi, — Aydın həkimin cümləsini tamamladı.
— Bəli, — deyə həkim təsdiq əlaməti olaraq başını tərpətdi.
— Onu görmək istəyirəm, — Aydın yalvarıcı səslə dedi.
Həkim tibb bacısına Kübranın palataya çağrılmasını tapşırdı.
— Allahım, sənə çox şükürlər olsun, oğlumu bizə bağışladın! — deyərək Gülüstan sevinclə əllərini göyə qaldırdı.
— Sənə çox təşəkkür edirəm, Kübra xala, — deyə Cahandar üzünü Kübraya tutdu. — Bayaq siz namaz qılmağa gedəndə Hafiz olanları bizə danışdı. Aydın səni təhqir edib qəlbini qırdığı halda, sən ona qan verib ölümdən qurtardın, ona yenidən yaşamaq şansı verdin. Allah səndən razı olsun!
— Aydına yenidən yaşamaq imkanını mən yox, Allah verdi, —Kübra sakit tərzdə dilləndi. — Ona qan verməyimə qaldıqda isə, özünə insan deyən və insan olmağın yolunun da darda qalana əl uzatmaqdan keçdiyini bilən hər kəs mənim etdiyimi edərdi.
— Aydının bu günə qədər sizə etdiklərinə görə sizdən onun yerinə mən üzr istəyirəm, Kübra bacı, — İdris məyus halda dedi. — Sizə bir ata olaraq yalvarıram, onu bağışlayın.
— Günahkar olmadığınız bir məsələyə görə üzr istəməyin, İdris qardaş, — Kübra bayaqkı tövrlə yenidən dilləndi. — Qaldı Aydını bağışlamağıma; Aydın uşaqdır, biz böyüklər isə uşaqlarımızı səhvlərinə görə mühakimə etmək, küsüb üz çevirmək yerinə, hər zaman onları doğru yola dəvət etməli, onlara qarşı bağışlayıcı olmalıyıq.
— Düzdür! — hər kəs bir ağızdan razılığnı bildirdi.
Bu vaxt bayaqkı tibb bacısı yenidən göründü:
— Aydın bəy Kübra xanımı görmək istəyir.
— Nə? — Mərcan heyrətləndi.
— Məni? — deyə Kübra dəqiqləşdirmək istədi.
— Bəli, sizi, — tibb bacısı dedi və əlavə etdi: — Oyananda da sizin adınızı sayıqlayırdı.
Hamı eşitdikləri qarşısında heyrətləndi.
— Buyurun, gedək. - Yaxşı, Aydın bəy, mən indi gedirəm, lazım olsam tibb bacısına deyərsiniz.
Həkim bunu deyib çıxdı. Ardınca da Kübra, tibb bacısı ilə birgə Aydının qaldığı otağa daxil oldu.
— Buyurun, beş dəqiqədən sonra gəlib sizi aparacağam, — deyən tibb bacısı Kübranı Aydının çarpayısının yanındakı stola əyləşdirib getdi.
— Aydın? — Kübra yumşaqcasına səsləndi.
— Canım anam... — Aydın kövrək halda dilləndi.
Kübra heyrətləndi, çünki Aydın 20 ildə ilk dəfə idi ki, ona “ana” deyirdi.
— Özünü necə hiss edirsən, oğlum? — deyə Kübra canıyananlıqla soruşdu.
— Səni gördüm, yaxşı oldum, — Aydın dedi, sonra da Kübranın əlini əllərinin arasına alıb öpərək alnına qoydu.
— Aydın, nə edirsən, oğlum? — Kübra əlini geri çəkmək istədi.
— Bunu çoxdan etməli idim, — Aydın məyus səslə ağır-ağır danışmağa başladı. — Bilirsən, mən ayılana qədər yuxumda ancaq səni görmüşəm.
— Məni? — Kübra təəccübləndi.
— Hə, — Aydın davam etdi. — Sən əlində Quran kitabı ilə başımın üstündə dayanıb sağalmağım üçün dua edirdin. Mən sənin səsinə oyandım, özü də adını sayıqlayaraq. Ana, dünəndən bu günə, yəni narkozdan ayıldığım müddətədək bütün həyatım bir film lenti kimi gözlərimin qarşısından keçdi. Onların içində səninlə olan xatirələrim də var idi. Bu günə qədər məni düşdüyüm qəflətdən çıxarmağa çalışdığın üçün səni sözün həqiqi mənasında düşmən gözündə görmüş, inanclı olduğun üçün cahil adlandırmışam.
Kübra bu yerdə nəsə demək istəyirdi ki, Aydın onun sözünü kəsdi:
— Səni hər zaman vəziyyətinə görə incidib alçaltmış, ən ağır sözlərlə qəlbini qırmışam. Yalvarıram məni bağışla. Allaha and içirəm ki, bunlar bir də təkrarlanmayacaq. Bundan sonra sən mənim ikinci anamsan. Yalvarıram, sən də məni öz oğlun kimi qəbul elə!
Aydın susub qayınanasının nə deyəcəyini gözlədi.
— Onsuz da sən mənim oğlumsan, Aydın, — Kübra mehriban səslə danışmağa başladı. — Mərcan nə rəhmətlik atasına, nə də mənə sənin ateist olduğunu deməmişdi. Mən həqiqəti bir də sizinlə yaşamağa başlayandan sonra öyrəndim. Lakin xoşbəxtliyinizə mane olmamaq və yuvanızı dağıtmamaq üçün səsimi çıxarmadım. Daima sənin müsbət xüsusiyyətlərini görməyə, sənə də o yöndə yaxınlaşmağa...
— Və doğru yola qaytarmağa çalışdın, — Aydın düzəliş verdi. — Bilirsən, ana, dünən mən sənə “kor” dedim, amma əsl kor mənəm ki, gözlərim gördüyü halda sənin qəlbin və beyninlə gördüklərini görə bilməmişəm.
— Belə bir söz var, oğlum, — Kübra mülayim tərzdə dilləndi. — Deyirlər ki, səhvini başa düşüb Allahdan bağışlanmağını diləyən – insan, əksinə, səhvini başa düşməyən və onu təkrar edən isə şeytandır. Sən səhvini başa düşüb insan olmağı seçmisənsə, xoş halına!
— Səncə Allah məni səhvlərimə görə bağışlayar? — Aydın gözlərini ümidsiz halda Kübranın üzünə tikdi.
Kübranın cavabı belə oldu:
— Qulaq as, oğlum. Bunu bil ki, Allahın mərhəməti yer üzündə yaratdığı bütün canlılardan və onlara yaşamaq üçün verdiyi nemətlərdən də boldur. Sən hər zaman dua və tövbə et, yaxşı?
Kübra bunu deyib bir ana kimi Aydının başını sığalladı, sonra da əyilib yanaqlarından öpdü. Aydının isə onun bu isti münasibətindən gözləri yaşardı. İndi onun qəlbinə sonsuz bir peşmanlıq hissi hakim kəsilmişdi.
İyirmi doqquz gün keçdi. Gözəl yaz fəslinin bir ayı arxada qalmışdı. Səhər saatları idi. İlıq yaz günəşinin şüaları artıq canlanmış təbiəti sığallayır, insanların ruhunu oxşayırdı. Kübra evlərinin mətbəxində çay dəmləyirdi. Bu vaxt qapı açıldı və:
— Bayramın mübarək olsun, canım anam! — deyib Mərcan içəri girdi.
— Səninlə bahəm, qızım.
Kübra dəm çaynikini qaz plitəsinin üstünə qoyub yavaş addımlarla qızının səsinə tərəf getdi. Ana-bala qucaqlaşıb öpüşdülər. Bu gün müqəddəs Ramazan bayramı idi.
— İnşaallah, birlikdə neçə belə bayramlara çıxaq.
Kübra səmimiyyətlə dedi.
— Amin, — Mərcan da anasının duasına qoşuldu.
— Yaxşı, gəl süfrəni hazırlayaq, — deyib Kübra soyuducudan lazım olan ərzaqları çıxardı.
— Bəs Aydınla uşaqlar hanı? — deyə Mərcan anasından soruşdu.
— Bilmirəm, qızım, mən yalnız darvazanın örtüldüyünü eşitdim, — deyə Kübra müəmmalı tərzdə cavab verdi.
— Nə vaxt çıxdılar?
— Bir saat olar.
— Qəribədir, — Mərcan duruxdu. — Səhər tezdən bunların üçü də hara gediblər?
— Yəqin kiminləsə bayramlaşmağa gediblər, — Kübra ilk ağlına gələn fikri dedi.
— Bayramlaşmağa? — Mərcan təəccübləndi. — Uşaqlar bəlkə, amma Aydın...
— Aydın çox dəyişib, qızım. Daha əvvəlki kimi deyil, hiss eləmirsən?
Anasının bu sözləri Mərcanın ürəyindəki şübhəyə son qoydu. O, ağzını açıb nəsə demək istəyirdi ki, qonaq otağından Aydının:
— Hey, millət! — deyən gur səsi eşidildi.
Kübra ilə Mərcan səsi eşidib otağa girən kimi Aydın, Hafiz və Yunis bayramlaşmaq üçün onlara tərəf yeridilər. Aydın iyirmi il ərzində ilk dəfə “bayramın mübarək” deyib Kübranı, uşaqlar isə analarını qucaqladılar.
— Nənə, gəl səninlə də bayramlaşaq, — deyib Hafiz özünü Kübranın üstünə atdı.
— Hə, indi deyin görüm, harada idiniz? — hamı bayramlaşdıqdan sonra Mərcan üzünü ərinə və balalarına tutdu.
— Məscidə bayram namazına getmişdik, — deyə Aydın təbəssümlə cavab verdi.
— Məscidə? — Mərcan heyrətləndi.
— Hə, — Aydın gülümsəyərək dedi və əlavə etdi: — Neçə gün idi ki, namaz öyrənirdim. İlk namazımı da bayram günü məsciddə camaatla birgə qıldım.
— Şükürlər olsun sənə, ey Uca Rəbbim, evimizə iki bayram birdən gəldi! — Kübra sevincək dedi.
— Sənin sayəndə, canım anam, — deyib Aydın qayınanasını yenidən qucaqladı. — Sən olmasaydın mən heç vaxt qəflət yuxusundan oyanmaz, doğru yolu tapa bilməzdim. Hə, bir də başıma o hadisə gəlməsəydi...
— Bəzən bir müsibət, min nəsihətdən daha yaxşıdır, — deyə Mərcan dilləndi.
— Düz deyirsən, — Aydın arvadının sözlərini təsdiqlədi.
Sonra gözləri yaşarmış halda danışmağa davam etdi:
— Hamı namazı elə şövqlə qılırdı ki, onlara baxdıqca ibadətsiz keçirdiyim illərimə heyfim gəldi.
— Hələ gec deyil, oğlum, — Kübra əlini mehribancasına kürəkəninin çiyninə qoydu. — Qarşıda kim bilir səni neçə illər gözləyir.
— İnşaallah, səhvlərimi düzəltməyə ömrüm yetər, — deyə Aydın əllərini Allaha açdı.
— İnşaallah! — deyə hər kəs başını tərpətdi.
— Yaxşı, gedim yeməyi hazırlayım, — Mərcan bunu deyib mətbəxə, qalanlar isə yemək masasının arxasına keçdi.
Şərhlər (0)