Gözəldir əlbət

Gözəldir əlbət

Gözəldir dünyanın hər bir qarışı,

Çiçəklər toplanır bax səbət-səbət.

Çobanyastığından qopart bir ləçək,

Gözəldir, gözəldir, gözəldir əlbət.

Gözəldir həyatda sevib-sevilmək,

Günəşə səhərlər salamı vermək,

Neçə xoş üzləri həyatda görmək,

Gözəldir, gözəldir, gözəldir əlbət.

Mərdlərlə süfrədə çörəyi bölmək,

Dostuna güvənib sirrini vermək,

Bircə zarafata ürəkdən gülmək,

Gözəldir, gözəldir, gözəldir əlbət.

Dünyanın malından əlini üzmək,

Kasıba əl tutub sədəqə vermək,

Həyatda yaxşı bir ad qoyub getmək,

Gözəldir, gözəldir, gözəldir əlbət.

Gözəldir dünyanı fani anlamaq,

Yenə də səhərə ümid bağlamaq,

İçində ülvi hissləri saxlamaq,

Gözəldir, gözəldir, gözəldir əlbət.

2 iyun 2026

Şərhlər (4)

  1. Qonaq Nərmin

    @Qonaq Nərmin

    03 iyun 26, 13:06

    Cox gözəldir. Bəyəndim

    1. M.Aliyeva

      @M.Aliyeva

      03 iyun 26, 14:20

      Çox sağ olun, Nərmin xanım.🥰💞

  2. Şəbnəm

    @Şəbnəm

    03 iyun 26, 09:47

    Motivasiya dolu gözəl bir şeir. Ruhunuza sağlıq, qələminizə qüvvət. Çox bəyəndim 🥰 

    1. M.Aliyeva

      @M.Aliyeva

      03 iyun 26, 10:36

      Çox sağ olun,Şəbnəm xanım.Bəyənməyinizə sevindim.💞

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol