Sükutla anırıq — Ruh.Antares

Sükutla anırıq — Ruh.Antares

“Sükutla anırıq”


Bu şeir, əlimizdən alınan, amma qəlbimizdə yaşayan bir dost üçündür.

Ruhu qarşısında susduq, söz olduq.

İçimizdə dağ boyda həsrət qaldı...

Qoy bu sözlər ona gedən bir dua,

bizə isə bir az təsəlli olsun…


Sanki bir qəlb ağlayır,zamansa donub,

Sanki cavan bir canı məzara qoyub…

İnanmır heçkəs bu vəziyyətə,

Yoxluğun bizləri,dərdlərə salıb.


Nə yaşadın,nə də görəsən?

Bütün yaşıdlarınnan fərqlənmisən.

Uşaq yaşlarınnan əziyyətlər görüb,

Heç əziyyət çəkdiyini düşünməmisən.



Yazılan qismətdir,Allahımız var

Narahat olma,hər kəsin günahı var.

Səni tez almasının,Əziz qardaşm

Yəqin ki bir özgə təmannası var…


—Ruh.Antares

Şərhlər (3)

  1. Dərya Qasımova

    @Dərya Qasımova

    27 iyul 25, 15:36

    Qardaş çətin günün dayağı, səssizcə güvəndiyin dağ kimidir..

    Uğurlar 

  2. SİRİUS

    @SİRİUS

    27 iyul 25, 15:17

    Yaxşı qardaş min dostdan üstündür. Uğurlar 🫶💫

  3. Aynur Yusifova

    @Aynur Yusifova

    20 iyul 25, 22:02

    Niyəsə şerin oxuyarkən kövrəldim.😔🥺

    Bəlkə də qardaşım sözünə görə.Çox istərdim həyatda bir qardaşım olsun...

Fikir bildir

Öz profilinizlə yazmırsınız. Hesab açın — şərhləriniz adınızla qalsın, profiliniz, seçilmişləriniz olsun.
Qeydiyyat Daxil ol