Bəzən səni öldürən tərk edilmək deyil,yanında qalıb, içindən səssiz-səssiz getmələrdi.Sanki qəlbinə gizli bir qış gəlib,içində səssizcə qar kimi əriməyə başlayır.Sən bunu hiss edirsən, amma qəlbinə yalan danışır,inandırmağa çalışırsan ki, hər şey hələ də əvvəlki kimidir.Əslində içində, qarın əridiyi yerlərdə, kölgələr yavaş-yavaş yer tutur.Xəyanət bir anda baş verməz, o yavaş-yavaş, incə bir zəhər kimi içindən axır,duruşlar dəyişir, baxışlar uzaqlaşır, səs tonu soyuyur.Sən isə bunu görmək istəmirsən “Bu, sadəcə keçici fırtınadır,” deyirsən.Lakin sükut, ən çox həqiqət danışan dillərdən biridir.Gecənin ən sakit anında, o, birdən-birə susur.Sənin sualına cavab verməkdənsə, səssizliyi seçir.O sükutun içinə gizlənmiş minlərlə yalan var.Bəzən elə anlar yaşayırsan ki, sözlər artıq kifayətsiz ,qaranlığın ən dərin yerində yalnız nəfəsin səs-küyü qalır.Sənə bir sualım var: Səncə bu səssizliyin içində nə gizlənir?
Halbuki o çoxdan getmişdi...İndi isə gözlərinin önündə yox, ruhunun ən dərin qatlarındadır.Sadəcə qorxduğun həqiqət ilə inanmaq istədiyin yalan arasında sıxışıb qalmısan.Ürəyində fırtınalar qopur, amma səssizcə dözürsən.Hər gecə, hər nəfəsdə bu boşluğu daha da dərin hiss edirsən, səhranın qumlu küləyi kimi, içində sonsuz bir fırtına var.Unutmamalısan ki, ən sərt fırtınadan sonra ən parlaq ay işığı doğar.Xəyanət yalnız sevgidə baş vermir.O, sənin “dostumdur” dediyin bir insanın, ən ağır anında səni tək qoymasıdır. “Ailəmdir” dediyin insanların,səni olduğun kimi qəbul etməyib, öz istəklərinə uyğun dəyişdirməyə çalışmasıdır.Uzun illər güvəndiyin birinin,sənin yoxluğunda başqasının yanında hüzur tapmasıdır.Xəyanət, sadəcə səni aldatmaq deyil,sənin saf niyyətinə və səmimiyyətinə səssizcə vurulan zərbədir.O, səni içindən çürüdən görünməz qaranlıqdır.İnsan xəyanəti bəzən bir sözlə deyil, sükutla hiss edir.Bəzən xəyanət bir baxışda deyil, bir dönüb getməkdə gizlənir.Çünki bıçaqlar hər zaman qan çıxarmır, bəzən səni elə səssiz parçalayıb yox edir ki, yalnız gecələr o ağrını anlayırsan.Onun gözlərinə baxırsan,amma orada artıq sən yoxsan.O baxışlar səni tərk edib, uzaqda başqa birinə yönəlmişdir.Sanki ay işığının altında solğun bir kölgə kimi, sən orada itmisən.Xəyanət edənlər çox vaxt həssas olduğun üçün sənə yük olurlar.Onlar sənin dərin hisslərini anlaya bilmirlər və buna görə də sadəcə günahlandırırlar.Çox hiss etdiyin üçün, onların yüngül və səthi dünyası ilə toqquşursan ,onlar bu toqquşmanı özlərinin haqlı çıxması üçün istifadə edirlər.Bunun səni incitdiyini heç vaxt anlamırlar, çünki səni sənin hiss etdiyin qədər hiss etmirlər.Onlar səni aldadırlar,çünki sənin qədər saf deyillər.Çünki xəyanət edəndə, sədaqət anlayışları yox, sadəcə vərdişləri onların içində hökm sürdürür.
Sən soruşursan: “Niyə mənə bunu etdilər?”
Cavab acıdır: Çünki edə bildilər.
Onlar sədaqətsiz idilər, səni deyil, özlərini düşündülər.Sənin sevgini, güvənini və fədakarlığını anlaya biləcək qədər yetkin deyildilər.Özünü günahkar hiss edirsən,çünki təmiz qəlb sahibi insanlar başqalarının pisliyini özlərində axtarırlar.“Harada səhv etdim?” deyə düşünürsən.Tək səhvin odur ki:doğru insanı seçməmisən.Xəyanət sənin üçün dərs deyil, dönüş nöqtəsidir.O andan sonra daha çox susmağı, danışmaqdan çox dinləməyi öyrənirsən.Hamıya açılmaq yerinə, içində qırılmadan möhkəm qalmağı bacarırsan.Qorxursan, amma buna rəğmən güclü görünürsən.Güvənmək istəyirsən,amma əvvəlcə sınamaq ehtiyacı duyursan.Artıq “yanındayam” deyən hər kəsə dərhal inanmırsan,çünki sənin yanından səssizcə çəkilməyi bacaran insanları tanıyırsan.Bəzən sənə edilən xəyanət, sənin deyil, onların həqiqi üzünü görməyin üçün göndərilmişdir.İnsanlar dəyərlərini itirdikcə, maskalar düşür.Maskalar düşdükcə sən tək qalsan belə, rahat nəfəs almağı öyrənirsən.Həyatda hər kəsin içində daşıdığı bir yara var.Ən dərin yaralar heç vaxt görünməyən bıçaqlardan gəlir.Gecənin sakitliyində tək qalanda, əlini ürəyinin üstünə qoyub soruşursan:
“Bu yara bir gün sağalar?”
Sükut cavab verir: “Sadəcə zaman...”
Zamanla bərpa təkcə bədən deyil, ruh da olur.Qaranlıq içində belə, kiçik bir işıq parıldayır, səni dirçəlməyə çağırır.
Bəs sənin sükutun dərinliyində gizlənən yaraların yükünü daşımaq üçün ruhun hansı qüdrətə ehtiyac duyur?
Şərhlər (4)